Məhkəmə qərarları › İş №2(023)-1676/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1676/2023

13.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1676/2023 13.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair mülki işə 13 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanılmış MQŞ\00542 nömrəli Sazişin "alimentə dair hissəsində" təsdiq edilməsi və Cavabdeh 04 iyun 2020-ci il tarixdə doğulmuş X1 üçün 01 oktyabr 2023-cü il, öhdəliyin yarandığı tarixdən aylıq 120 manat sabit pul məbləğində alimentin alınıb ödənilməsi barədə X5 Heyyətinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə el adəti ilə evlənərək, 22 avqust 2019-cu il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində 342 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan xx.xx.2020-ci ildə Əsma adlı uşaq doğulmuşdur. Cavabdehlə 04 avqust 2023-cü il tarixdən ayrılmışlar və cavabdeh uşağına heç bir maddi köməklik göstərmir. Cavabdehlə xx.xx.2023-cü il tarixdə Qazax rayon 1 satylı Mediasiya Təşkilatında MQŞ\00542 nömrəli Barışıq sazişi bağlamışlar. Cavabdeh 01 oktyabr 2023-cü il tarixdən başlayaraq, Əsma adlı uşağın saxlanılması üçün hər ay 120 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliyini icra etməkdən boyun qaçırır və alimenti ödəmir. Cavabdeh “7 Qaya” Çörəkbişirmə sexində işləyir, aylıq qazancı 1.000 manat civarındadır. Bundan başqa aylıq veteran pulu da alır, himayəsində və öhdəliyində də heçkim yoxdur. Ərizəçi İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Cavabdeh və X3 xx.xx.2019-cu ildə 342 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X4 04 iyun 2020-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mediasiya Şurasının 19 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh və İddiaçı mediasiya sesiyasında barışıq sazişi bağlayaraq, nikah pozulduqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, Cavabdeh hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 18:00-dək X4 ilə görüşüb ünsiyyətdə olması, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 01 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 120 manat aliment ödəyəcəyi barədə razılığa gəlmişlər. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Cavabdeh nikahın pozulması, uşaqla ünsiyyət və nişan üzüyünün qaytarılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və İddiaçı ilə aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Cavabdeh “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Cavabdeh İddiaçı hər ay 120 (bir yüz iyirmi) manat ödəyəcəyinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cavabdeh və İddiaçı arasında mediasiya prosesi nəticəsində 19 sentyabr 2023-cü il tarixdə bağlanmış, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi barədə X5 Heyyətinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar