Məhkəmə qərarları › İş №2(023)-1755/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1755/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1755/2023 22.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3300 manat pulun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3353 manat pulun alınıb ona verilməsinədair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o əvvəllər yaxın tanışı vasitəsilə tanış olduğu, iş üzrə Cavabdeh ehtiyyacı olduğu üçün xx.xx.2021-ci il tarixdə 2500 AZN (iki min beş yüz manat) məbləğində borc pul vermişəm. Həmin məbləği cavabdeh ona 3 ay müddətində yəni, xx.xx.2021-ci il tarixədək tam olaraq geri qaytarmalı idi. Bu barədə cavabdeh xx.xx.2021-ci il tarixdə Ağstafa rayon notariat ofisində üzərinə öhdəlik götürərək bore faktını Ərizə ilə təsdiq etmişdir. Ərizə əlavə olunmuşdur. Cavabdeh, həmin ərizədə qeyd olunan tarixdə borcunu geri qaytara bilmədi. Öhdəliyinin icraasın gecikdirdi və həmin ilin oktyabr ayında yenidən mənə borc pul üçün müraciət etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə ona yenidən müraciət edərək çətin maddi durumda olduğunu və anasının vəfat etməsi ilə əlaqədar pula ehtiyyacı ooduğundan bildirərək həmin borcdan başqa əlavə 800 AZN (səkkiz yüz manat) borc pul lazım olduğunu bildirdi. Bütün borclarını birlikdə qısa vaxtda (bir aya) geri qaytaracağını vəd etdi. O ikinci dəfə də cavabdehə inandım borc verdim. Cavabdeh həmin borca dair öz xətti və imzası ilə ondan pulun alınması faktını təsdiq etmiş və bu barədə Qəbz vermişdir. Qəbz əlavə olunmuşdur. Dəfələrlə cavabdehdən ona olan borcunu tələb etsə də, cavabdeh borcunu könüllü ödəməkdən boyun qaçırmışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan **********15 saylı Notarial qaydada vermiş olduğu Ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı 2500 manat borc pul götürdüyünü və xx.xx.2021-ci il tarixdə ödəməyə söz verməsini, əgər həmin pulu vaxtında ödəməsə İddiaçı onu adiyyatı orqanlara və Qazax Rayon Məhkəməsinə şikayət edə biləcəyi qeyd edilmişdir. Həmin müqavilə Cavabdeh imzasıyla təsdiq olunmuşdur. İş materiallarında olan, 01 oktyabr 2021-ci il tarixli Qəbzdən görünür ki, Qazax şəh, Azadlıq küç, ev 162-də yaşayan Cavabdeh İddiaçı borc 800 manat pul almasını və bu borcu bir ay müddətinə qaytaracağını söz verdiyini qeyd etmiş və imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeydedilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) işgünü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri,elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş,“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdətutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinəgötürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borcmüqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada bağlanan borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə c ə m i 3300 manat pul vermiş, cavabdeh isə həmin pulu geri qaytarmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, cəmi 3300 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 53 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat pul və 53 (əlli üç) manat ödənilmişdövlət rüsumu, cəmi 3353 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar