Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1830/2025 06.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə, X3 iştirakları ilə, İddiaçı Cavabdeh, Cavabdeh və X3 İddiaçı qarşı «pul» tələbi barədə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul və iddia ərizəsi üçün ödədiyi 39 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır aralarında yaranmış münasibətə əsasən onunla və başqa şəxslərə lotareya hər ay cəmləşdirib bir şəxsə verirdilər. Həmin pulların yığılmasının təşkili ona həvalə olunmuşdur. Cavabdeh kartına xx.xx.2025-ci il tarixdə terminal vasitəsi ilə 300 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, öz şəxsi kartından isə xx.xx.2025- ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə isə 200 manat pul vermiş, həmin məbləğ ümumilikdə 1900 manat olmuşdur. Əvvəllər dəfələrlə lotareya oynanılmış, cavabdehə verdiyi pulları geri qaytarmışdır. Lakin hazırkı qeyd etdiyi məbləğləri qaytaracağını bildirsə də həmin pulu qaytarmaqdan boyun qaçırır. Cavabdeh həmin vaxtdan müəyyən müddət keçsədə borcunu qaytarmaqdan imtina etmişdir. Bunda sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ondan əsassız aldığı qəbzlər üzrə 1620 manat pulun ondan alınaraq ona ödənilməsini və ilkin iddianın rədd olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə hazırkı iddia tələbi üzrə cavabdeh ona qarşı olan iddia tələbində qeyd edir ki, ona ümumilikdə 1900 manat pul verdiyini bildirir. Onun İddiaçı verdiyi pullar isə ümumilikdə 1620 manat təşkil edir. Cavabdeh isə bildirir ki, həmin pulları faizə hesablamışdır, hətta onun İddiaçı artıq verdiyi pullardan başqa da İddiaçı atası Arifdən də güyaki, onunla alış veriş adı altında əlavə 2800 manat pul almışdır. Hazırda Qazax rayon Məhkəməsinin icraatında atasınn ona qarşı pul tələbi iddiası vardır. Cavabdeh onu hədələyərək bildirirdi ki, onun dediyi pulları verməsə ərizə ilə onun həyat yoldaşı ilə yaşadığı evə gələcək və dava yaradacaqdır. Sonda o məcbur qalıb bu söhbəti atasına və həyat yoldaşına bildirmişdir. Sonradan isə ona ödədiyi qəbzlərlə aydın surətdə sübut olunur ki, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.3025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixlill xx.xx.2025-ci il tarixli qəbzlərlə ona artıq pullar ödəmiş və hazırda ona ödədiyi artıq ödənilmiş 1620 manat pulun cavabdehdən alınaraq geri qaytarılması zərurəti yaranmışdır. Hər bir tərəf isə öz təqdim etdikləri sübuta yetirməldir. O da iddiaçıya əlavə ödədiyi qəbzlərlə pulları yetirməlidir. İlkin iddia isə əsassızdır, tam əksinə o İddiaçı 1620 manatdan çox məbləği ödəmiş və hətta nömrəsi yandığı üçün digər ödənişlərdən çıxarışlar edə bilməmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1866 saylı qərardadı ilə, iddiaçı Alıyev Arı̇ f Qorçu oğlunun cavabdeh İddiaçı qarşı "pulun məcburi qaydada qaytarılması" tələbinə dair mülki iş Qazax Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Arı̇ f qızına qarşı pul tələbinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-1830/2020 saylı mülki işinə birləşdirilmişdir. İddiaçı X8 cavabdeh X2 qarşı “pulun məcburi qaydada qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun etibarından sui istifadə etməklə ondan qanunsuz və əsassız aldığı 2800 manat pulun və 48,40 manat dövlət rüsumu, cəmi 2848 manat olmaqla cavabdehdən məcburi qaydada alınmaqla ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X8 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ondan xx.xx.2025ci il tarixdə 490 manat, xx.xx.2025-ci il tarixdə 210 manat və xx.xx.2025-ci il tarixdə isə 2100 manat pul istəməklə ümumilikdə 2800 manat pul almışdır. Həmin pulları o öz kartından onun öz kart hesabına əməliyyat etməklə atmışdır. Belə ki, cavabdeh İddiaçı ona bildirmişdir ki, onun qızı Cavabdeh ilə hansısa mal alış-verişi edirlər. O da ona etibar edib inanaraq ona qeyd etdiyi 2800 manat pulu kartına vurmuşdur. Sonradan isə qızı Cavabdeh adına Qazax Rayon Məhkəməsindən 2(023)-1830/2025-saylı mülki bildiriş vərəqəsi və iddia ərizəsi daxil olmuş və həmin iddia tələbində hazırkı cavabdeh İddiaçı ona qarşı 1900 manat pul tələbi ilə müraciət etdiyini gördükdən sonra qızından soruşduqdu kı bu nə məslədir, oda bildirdi ki, onun ona heç bir borcu olmamışdır. Hazırda başqa düşür ki, cavabdeh ondan aldığı pulu əsassız almışdır və oda ona inandığı üçün bu pulları ona nahaqdan vurmuşdur. O bu məslədən sonra cavabdehə bildirdi ki, cavabdehə verdiyi ona məxsus pulun geri qaytarılmasını təmin etsin, cavabdeh isə bildirdi ki, o həmin pulu qaytarası deyil, bu qızının borcudur. O isə ona bildirdi ki, onun qızının borcu varsa onda o ondan qızı ilə hansısa alış veriş adı ilə ondan nə üçün bu pulları əsassız alıb. Oda cavabında bildirdi ki, get hara müraciət edirsən et. Hazırda o məcbur qalıb cavabdehdə olan əsassız aldığı pulun geri qaytarılmasını tələb edir. Əgər onun qızının ona 1900 manat borcu varıydısa onda o ondan qızının borcunu istəyərdi onun etibarından istifadə edib nə üçün ondan 2800 manat pul almı. Sonradan bilmiş ki, cavabdeh faizə pul verməklə məşğul olaraq bu kimi hərəkətlər edirmiş. Qızı özü isə ona 5000 min manatdan çox pul ödəmişdir. Qızını qorxudaraq ondan əsassız pullar almışdır qızı isə ona bildirməmişdir. Təbi ki, qızı barədə olan iş ayrıca məhkəmə icraatıdır. Onun isə cavabdehə heç bir borcu olmadığı halda onun etibarından istifadə etməklə əsassız pulunu almışdır. Ona görədə ondan əssasız alınmış həmin pulun məcburi qaydada cavabdehdən alınaraq ona qaytarılması zərurəti yaranmışdır. Cavabdehə olan bütün müraciətləri nəticəsiz qalmışdır. Məhkəmə qaydasında olmadan mübahisənin həlli mümkün deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ilk iddianı qismən qəbul edərək, bildirmişdir ki, o, İddiaçı ilə lotoreya formasında pul oyunu oynamışdır. Onun İddiaçı cəmi 1000 manat pul verəcəyi vardır. İddiaçı atası vasitəsilə 2800 manat pul vermişdir. İddiaçı ona 1620 manat verəcəyi vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ilk iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh ilə onun arasında lotoreya oyunu ilə pul alış verişi olubdur. Belə ki, o, və başqa şəxslər lotoreya oyunu oynayırdılar. Başqa şəxslər ona pul göndərirdilər və yığılan pullar Leylaya verilirdi. Sonradan Cavabdeh anasının pula ehtiyacı olduğunu dediyi üçün Cavabdeh 900 manat lotoreyadan, 1000 manat da borc olaraq pul vermişdir. Qarşılıqlı iddiaları qəbul etməyərək, X3 və Cavabdeh tələb etdiyi pullar lotoreya oyununun iştirakçılarının puludur və həmin pullar oyunda iştirak edən şəxslərə paylanmışdır. Lotoreya oyunundan kənar qarşılıqlı iddiaçılar ona borc pul verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, onun qızı Cavabdeh İddiaçı ilə lotoreya oyunu oynamışdır. Sonradan İddiaçı sələm pul götürmüşdür.Belə ki, İddiaçı Cavabdeh cəmi 1000 manat vermişdir. İddiaçı əlavə tələb etdiyi 900 manat 1000 manat pulun faizidir. Sonradan onun əri X1 Nuranə Musa qızına 2800 manat pul, qızı Cavabdeh isə İddiaçı 1620 manat pul vermişdir. Məhkəmə iclasında iştirak edən X8 qarşlıqlı iddia ərizəsini müdafiə erədək bildirdi ki, İddiaçı ona bildirmişdir ki, onun qızı Cavabdeh ona borcu vardır. Həmin vaxt ona inanaraq ümumilikdə 2800 manat pulu İddiaçı vermişdir. Beləliklə İddiaçı ona 2800 manat borcu qalmışdır. Odur ki, ilk iddianın rədd edilməsin qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və şahidlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddialar isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır. O lotoreya qrupuna qoşulmuşdur. Hər ay 200 manatdan oynayırdır. Lotoreyanı iki ay 200 manatdan vermiş və onun növbəsi üçüncü olmuşdur.Lakin onun növbəsi gələndə onun pulu verilməmişdir. Belə ki, onun növbəsi çatanda İddiaçı bildirmişdir ki, lotoreya pulunu yığan şəxs pulu qaytarmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İddiaçı tanıyır. O, lotoreya qrupuna qoşulmuşdur. Hər ay 100 manatdan lotoreya oynayırdılar. Həmin vaxt 5 ay, 100 manat pul vermiş və onun növbəsi altıncı olmuşdur. Lakin onun növbəsi çatanda onun pulu verilməmişdir. Belə ki, onun növbəsi çatanda İddiaçı bildirmişdir ki, lotoreya pulu yığan pulu qaytarmıt. Belə ki, lotoreya pullarını İddiaçı vasitəsi ilə verirdilər. İş materiallarında olan İddiaçı ödəniş kart üzrə çıxarışından görünür ki, onun kart hesabınan xx.xx.2025 ci il tarixdə 1000 manat və xx.xx.2025-ci il tarixdə isə 200 manat məbləğində pullar köçürülmüşdür. İş materiallarına əlavə olunmuş audio qeydlərdən və whatsapp yazışmalarından görünür ki, İddiaçı və Cavabdeh arasında lotoreya oyunu ilə bağlı öhdəliklər mövcuddur. Eyni zamanda həmin lotoreya oyunu ilə bağlı İddiaçı ilə X8 arasında danışıqlar vardır. İş materiallarında olan xx.xx.2025; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025-ci il tarixlərdə ümumilikdə 1050 manat pul köçürülmələri olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzlə Pasha Pay MMC terminal ilə 350 manat pul köçürlüməsi olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Nurana M-yə ümumilikdə 220 manat pul köçürlüməsi olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il, xx.xx.2025-ci ilvə xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Nurana M-yə ümumilikdə 2800 manat pul köçürlüməsi olmuşdur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında lotoreya oyunu olmuş və İddiaçı Cavabdeh 1900 manat pul vermişdir. Bundan sonra Cavabdeh qarşlıqlı iddia ərizəsi ilə müraciət erədək, İddiaçı 1620 manat pulun tutulmasını xahiş etmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1866 saylı qərardadı ilə, iddiaçı Alıyev Arı̇ f Qorçu oğlunun cavabdeh İddiaçı qarşı "pulun məcburi qaydada qaytarılması" tələbinə dair mülki iş Qazax Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh Arı̇ f qızına qarşı pul tələbinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-1830/2020 saylı mülki işinə birləşdirilmişdir. Məhkəmə iclasında X8 qeyd etmişdir ki, İddiaçı ondan lotoreya üçün 2800 manat pul almışdır. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki işin məhkəmə iclasında tədqiq olunmuş halları ilə görünür ki, İddiaçı ilə Cavabdeh araında lotoreya oyunu oynanılmış və onlar başqa şəxslərlə lotoreya oyunu əsasında bir-birlərinə qarşı pul öhdəliyi yaranmışdır. İddiaçı Cavabdeh 1900 manat pul alınmasını istəmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək borcunun yalnız 1000 manata münasibətdə qəbul etmişdir. Belə ki, Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, İddiaçı yalnız 1000 manatı borc almışdır. İddiaçı isə Cavabdeh ona həqiqətən lotoreyadan kənar 1900 manat borcu olduğuna dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Cavabdeh və X8 məhkəmə iclasında qarşılıqlı iddialarını əsası kimi lotoreya oyununa aid olmayan, İddiaçı faizli borc şəklində pul vermələrinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, iş materialında olan diskdə qeydə alınan səs yazılarından, whatsapp vasitəsi ilə həyata keçirilən yazışmalardan, tərəflərin və şahidlərin ifadələrindən aşkar görünür ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə lotoreya oyunundan yaranmışdır. Hazırda iş materialında olan tərəflərin məhkəməyə təqdim etdikləri biri-birlərinə göndərdikləri pul köçürmələrinə dair qəbzdə göstərilən pul vəsaiti lotoreya oyunu üçün yığılan və oyunun digər iştirakçılarına verilməsi üçün nəzərdə tutulan pullardır. Ona görədə qarşılıqlı iddiaçılar yəni Cavabdeh və X8 həmin sübutlara əsaslanaraq qarşı tərəfədn həmin pulu tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, ilkin iddia qismən təmin edilməli yəni Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı verilməli, qarşılıqlı iddilar isə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı ilkin iddiası qalan hissədə təmin edilsin. Cavabdeh və X3 qarşılıqlı iddiaları təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1830/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1830/2025
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver