Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1855/2025 12.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov X1 Valeh Alı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 6215 manat pulun və ödənilmiş 82,15 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə N saylı hərbi hissədə müddətdən artıq qulluq etmişdir. Münasibəti yaxşı olmuşdur. Hərbi hissədə ona yaxınlaşaraq uşağının xəstə olduğunu bildirmişdir. Müalicə xərcləri üçün pula ehtiyacı olduğunu bildirmişdir. Cavabdeh özü üçün bankdan kredit götürüb ona verməyini xahiş etdi. Şərti də bu oldu ki, aylıq krediti Valeh ödəyəcək. O, xx.xx.2023-cü il tarixdə Kapital bankdan onlayn vasitəsi ilə 8000 manat pul götürüb bütövlüklə cavabdehə vermişdir. 2024-cü ilin oktyabr ayına cavabdeh rahat şəkildə onun adına olan krediti ödəmişdir. Sonradan ödəmə qabiliyyətinin zəif olduğu üçün yenidən qrafik açılmalı oldu. Həmin qrafik üzrədə ödəniş az idi. Cavabdeh bir neçə ayda yeni qrafiq açıldıqdan sonra ödəniş etdi. Artıq 3 aydır ki onun adına olan krediti ödəmir. Adı bankda geçikməyə düşür. Hazırda onun banka borcu 6215 manat təşkil edir. Krediti ödə dedikcə deyir ki, ödəməyəcəkdir. Telefonlarına cavab vermir. Ona hədə qorxu gəlir. Artıq bilir ki cavabdeh onun adına olan kredit ödənişini ödəməyəcək. Ona görədə məcbur olub kredit borcunun qalan hissəsini cavabdehdən almaq üçün məhkəmədə iddia qaldırsın. Cavabdeh hazırda Göygöl rayonundakı N saylı hərbi hissədə qulluq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh borcundan cəmi 4100 manat pul ödəmişdir. Cavabdeh qalan pulu qaytarmır. Odur ki, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o iddiaçıdan cəmi 5000 manat pul götürmüşdür. İddiaçı pulu bankdan götürdüyü üçün faizlə birlikdə 6200 manat vermişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsin ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-dən kredit pul götürmüşdür. Kreditin ödənişlərinin ödənilmə tarixi xx.xx.2023-cü il tarixdən başkanılmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh hərbi hissədə bir qulluq etmişlər və yaxşı münasibtləri olmuşdur. İddiaçı "xxxx" ASC-dən kredit götürərək Cavabdeh 8000 manat məbləğində pul vəsaitini borc vermişdir. Həmin pul vəsaitinin 6215 manat məbləğində hissəsi Cavabdeh qalmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6215 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, İddiaçı cəmi 5000 manat pul almış və sonuncuya faizlə birlikdə 6200 manat məbləğində pul qaytarmışdır. Eyni zamanda məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ona olan borcundan cəmi 4100 manat pul qaytarmışdır. Beləliklə iddiaçının cavabdehə 8000 manat məbləğində pul vəsaitini verməsinə, eyni zamanda cavabdehin iddiaçıya 6200 manat qaytarmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 5000 manat pulun götürdüyünü etiraf etmiş, cavabdeh isə ona 4100 manat pulun qaytarıldığını təsdiq etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin iddiaçıya cəmi 900 manat (5000-4100=900 ) borcunun qalması müəyyən olunur. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 900 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun bir hisəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 900 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat, cəmi 930 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1855/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1855/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver