Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1856/2025 26.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Rzayeva Hicran Rza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 noyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 395 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qazax rayon sakini kimi tanımışdır. O etibarnamə əsasında idarə etdiyi avtomobili 2025-ci ilin iyul ayının 1-də sürmək etibarnaməsi ilə cavabdehə kirayə vermişdir. Buna görə cavabdeh ayda 200 manat pul verməli idi. Cavabdeh iki ay avtomobilin kirayə haqqını vermiş, üçüncü ay avtomobilin kirayəsini verməmişdir. Kirayəni vermədiyinə görə avtomobili cavabdehdən geri almışdır. Cavabdeh qalan bir ayın kirayə haqqını verəcəyinə söz versə də, bu günə kimi onun pulunu verməmişdir. Bundan başqa cavabdeh avtomobili idarə edən zaman radara düşmüşdür və radarın cəriməsi olan 195 manatı da o ödəmişdir. Cavabdehin ümumilikdə ona 395 manat borcu vardır. Bununla bağlı o polis şöbəsinə də müraciət etmişdir. Cavabdeh onun borcunu ödəmək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdehlə olan razılaşmalarına əsasən avtomobilini ayda 200 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh sürmək etibarnaməsi vermişdir. Cavabdeh razılaşmalarına əsasən 2 ay icarə haqqını ödəmiş, 3-cü ay ödəmədiyinə görə avtomobiulini geri almışdır. Eyni zamanda avtomobili idarə edərkən cavabdehin adına gələn radar cərimələrini də ödəmişdir. Hazırda cavabdehin ona 395 manat borcu vardır. Lakin cavabdeh ona olan borcunu qaytaracağına söğz versə də, borcunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən iddiaçıya ümumilikdə 395 manat borcu var. Borcunu ödəməkdən boyun qaçırmır. Yaxın vaxtda borcunu qaytaracağına söz verir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh şifahi kirayə müqaviləsi əsasında iddiaçıya olan 200 manat pulu ödəməmiş, həmçinin iddiaçı ərizəsində qeyd etdiyi 195 manat cərimə məbləğini cavabdehin əvəzindən X1 hesabına ödəmişdir. Cavabdeh isə iddiaçıya borclu olduğu 395 manat pulu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı tam etiraf etmiş və İddiaçı olan 395 manat borcunu ödəməkdən boyun qaçırmadığını və borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və ya qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 395 (üç yüz doxsan beş) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1856/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1856/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver