Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1866/2025 18.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, iddiaçı oğlunun və Cavabdeh QİZİNİN iştirakları ilə, İddiaçı OĞLU Cavabdeh QİZİna qarşı "pulun məcburi qaydada qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı OĞLU cavabdeh QİZİna qarşı qarşı “pulun məcburi qaydada qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun etibarından sui istifadə etməklə ondan qanunsuz və əsassız aldığı 2800 manat pulun və 48,40 manat dövlət rüsumu, cəmi 2848 manat olmaqla cavabdehdən məcburi qaydada alınmaqla ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı OĞLU ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QİZİna qarşı "pulun məcburi qaydada qaytarılması" tələbinə dair mülki işə obyektiv baxılması və araşdırılması üçün hər iki mülki işin bir icraatda birlədirərək X7 icraatın averilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə mülki işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işlərin materiallarını araşdıraraq hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1830/2025 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh QİZİNİN cavabdeh ALİYEVA LEYLA ARİF QİZİNA qarşı pul tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. İş materiallarında olan iddiaçı X3 cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair və X1 cavabdeh X4 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizələrindən görünür ki, hər iki iddia tələbləri üzrə mübahisə predmeti nikah dövründə əldə olunmuş əmlaklara payın müəyyən edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki işlərə baxılma tezliyinin təmin olunması, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və tərəflərin hüquqlarının təmin edilməsinin zərurətini nəzərə alaraq, hesab edir ki, mülki işlər bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı OĞLU Cavabdeh QİZİna qarşı "pulun məcburi qaydada qaytarılması" tələbinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-1830/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh QİZİNİN cavabdeh QİZİNA qarşı pul tələbinə dair Qazax Rayon Məhkəməsinin hakimi Elçin Mansırovun icraatında olan 2(023)- 1830/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1866/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1866/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver