Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-193/2024 28.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə Murtuz qızının iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 mart 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 3100 manat məbləğində qalıq borcun və ödənilmiş 51 manat dövlət rüsumunun, ümumilikdə 3151 (üç min yüz əlli bir) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 01 yanvar 2020-ci il tarixdə Cavabdeh ehtiyacı olduğu üçün 3300 manat məbləğində borc pul vermişdir. Həmin məbləği cavabdeh ona 1 ay müddətinə, yəni xx.xx.2020-ci il tarixdə tam olaraq geri qaytarmalı idi. Cavabdeh öz xətti və imzası ilə ondan pul almasını təsdiq etmiş və bu barədə qəbz də vermişdir. Bu səbəbdən cavabdehə inanmış və həmin məbləği qeyd olunan şərtlə ona borc vermişdir. Lakin cavabdeh ərizədə qeyd olunan tarixdə borcunu qaytara bilməmişdir. Cavabdeh öhdəliyinin icrasını gecikdirərək əsas borcdan cəmi iki dəfə, hər dəfə 100 manat olmaqla - cəmi 200 manat ödəniş etmişdir. Cavabdeh borcundan ilk 100 manatı 2020-ci ilin iyun ayında, növbəti dəfə isə 100 manat pulu 2021-ci ilin yanvar ayında ödəniş etmişdir. Hazırda cavabdehin ona olan borcu 3100 manat təşkil edir və həmin borcu ondan tələb edir. Cavabdeh indiyədək hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan boyun qaçırır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, Cavabdeh 3300 manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan borc pulu alarkən, bir ay ərzində qaytaracağına söz vermiş, hətta borcdan əlavə də ona hörmət də edəcəyini bildirmişdir. Lakin cavabdeh həmin borcdan cəmi iki dəfə, hər dəfə 100 manat olmaqla ödəniş etmişdir, qalan borcunu isə qaytarmamışdır. Cavabdeh borcundan sonuncu dəfə 2021-ci ilin yanvar ayında ödəniş etmişdir. Hazırda cavabdehin ona olan borcundan 2000 manat məbləğində təmin edilməsini xahiş edir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizədə göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı iddia etdiyi müqavilə öhdəliklərindən irəli gələn qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, iş yoldaşlarının iştirakı ilə iddiaçıdan 1000 manat borc almışdır. Müəyyənləşdirdikləri müddət ərzində iddiaçıya 1300 manat pul qaytarmışdır. Əgər o pulu qaytarmasaydı iddiaçı ötən 4 il müddət ərzində pulu tələb edərdi. İddiaçının məhkəməyə təqdim etdiyi ərizənin məzmunundan da görünür ki, xx.xx.2020-ci il tarixdə 1 ay müddətinə xx.xx.2020-ci ildə qaytarmaqla borc verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq verdiyi borcun qaytarılmadığını bilib 3 il müddət ərzində iddia qaldırmalı idi. İddiaçı hüququnun pozulduğunu bildiyi halda qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh iddiaçıdan 2 ay müddətinə qaytarmaq şərti ilə borc pul almışdır. Hazırda cavabdehin borc aldığı vaxtdan 3 il müddət keçmişdir. Cavabdeh iddiaçıya olan borcundan 1300 manat ödəmişdir. Cavabdeh borcundan sonuncu dəfə 2021-ci ildə ödəniş etmişdir. Hazırda cavabdehin 2000 manat borcu qalmışdır. Cavabdeh iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3300 manat pulu xx.xx.2020-ci il tarixdə borc aldığını, həmin pulu 1 aya qaytaracağına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 3300 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlə müəyyən olunur ki, 3300 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı qəbzlə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan yazılı qəbz əsasında aldığı ümumilikdə 3300 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh 3300 manat pul vəsaitindən yalnız 200 manat pulu qaytarmış, qalan 3100 manat pulu iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində 3100 manat pul tələb etsə də, məhkəmə iclasında iddianın 2000 manat məbləğində təmin olunmasını xahiş etmişdir. Bundan başqa, məhkəmə iş üzrə Cavabdeh qanunla nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə aralarında 01 yanvar 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 3300 (üç min üç yüz) manat borc olduğunu və həmin borcu 1 ay ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə iclasında proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə bağlanarkən borcun ödənilməsi üçün 1 ay müddət müəyyən edilsə də, cavabdehin borcundan son ödəmə tarixi 2021-ci ilin yanvar ayında olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının yanvar 2021-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, 2000 (iki min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdəın iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 51 manat dövlət rüsumunun 40 manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-193/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-193/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver