Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-197/2023 08.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı nümayəndəsi, Vəkil1, Cavabdeh1 nümayəndəsi, Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə 08 sentyabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 6000 manat borcun və 80 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1dan 6000 manat borcun və 80 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etmiş və bildirmişdir ki, Cavabdeh2 Arşımed qızı onun həmkəndlisidir. O özünə məxsus “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili satdığını bildirmişdir. Cavabdehlə razılaşaraq ilkin olaraq 28 avqust 2021-ci il tarixdə 3000 manat pul vermişdir. Daha sonra hər ay 300 manat olmaqla 2022-ci ilin iyun ayına kimi pul ödəmişdir. Cavabdeh2 sözügedən avtomobili idarə etməsi üçün ona etibarnamə də vermişdir. Sözügedən avtomobil 10 ay İddiaçı olmuş və hər ay Cavabdeh2 300 manat pul ödəmişdir. Lakin Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirərək, polis vasitəsilə sözügedən avtomobili ondan almışdır. Cavabdehlər avtomobili aldıqdan sonra ödənilən pulu geri qaytarmalarını bildirsə də, cavabdehlər həmin pulu geri qaytarmaqdan boyun qaçırmışlar. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun anası iş üzrə Cavabdeh2 məxsusdur. İddiaçı ilə birlikdə toy-nişan bəzəkləri ilə məşğul olmaq üçün birlikdə işləmişlər. Həmin vaxt Cavabdeh2 özünə məxsus avtomobili kirayə olaraq İddiaçı vermişdir. Bununla bağlı sadə yazılı forma tərəflərin öz razılığı ilə kirayə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əvvəldən Cavabdeh2 3000 manat pul almış, qalan hər ay aylar üzrə avtomibil onda olduğu müddətdə 300 manat pul verlməli idi. Sözügedən avtomobili idarə etməsi üçün İddiaçı etibarnamə verilmişdir. Razılaşmaya əsasən həmin məbləğlər İddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. Sonradan Cavabdeh2 avtomobili satmaq qərarına gəldikdə, İddiaçı avtomobili qaytarmaqdan imtina etmişdir. İddiaçıya verilmiş etibarnamə ləğv edilmiş və avtomobil polis vasitəsi ilə alınmışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 nümayəndəsi, Vəkil2 iddianı müdafiə etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 Arşımed qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 Arşımed qızının məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının Cavabdeh2 məxsusdur. İşdə olan, 13 aprel 2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 özünə məxsus “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün 5 ay müddətinə İddiaçı vermişdir. İşdə olan, sadə yazılı icarə müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus “Vaz 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili başdan 3000 manat, aylıq 300 manat olmaq şərti ilə Daş Salahlı kənd sakini İddiaçı sürməyə icarəyə vermişdir. İşdə olan qəbzdən görünür ki, İddiaçı 10 ay hər ay 300 manat olmaqla 3000 manat pul Cavabdeh2 vermişdir. 28 avqust 2021-ci il tarixdə isə 3000 manat pul Cavabdeh1 vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyindən görünür ki, 28 avqust tarixli aktda “Avqustun 28-də Səkinəyə 3000 m pul verdim” yazıları önündəki imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, “VAZ 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh2 məxsusdur. Cavabdeh2 sözügedən avtomobili İddiaçı ilə olan razılaşmalarına əsasən əvvəl başdan 3000 manat pul Cavabdeh2 verməli, qalan hər ay avtomobil İddiaçı olduğu müddətdə ayda 300 manat pul Cavabdeh2 verməli idi. Bununla bağlı sadə yazılı icarə müqaviləsi də bağlanmış və Cavabdeh2 iddiaçının “Vaz 21214” markalı 10GG456 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməsi üçün etibarnamədə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyindən də göründüyü kimi, 28 avqust tarixli aktda “Avqustun 28-də Səkinəyə 3000 m pul verdim” yazıları önündəki imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. İddiaçının tələb etdiyi 6000 manat pul Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsinə əsasən ödənilən pul olmuşdur. İddiaçının Cavabdeh1 tələb etdiyi 3000 manat pulun onun tərəfindən qəbul edilməməsi Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza mərkəzinin 25 iyun 2023-cü il tarixli 4/535 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 qarşı pul tələbinə dair iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun İsa borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyibsə, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 Arşımed qızı və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-197/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-197/2023
08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver