Məhkəmə qərarları › İş №2(023)-197/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-197/2024

29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-197/2024 29.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı rəisi Şəmmədov Ramiz Məhəmməd oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə 29 mart 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı rəisi, ədliyyə müşaviri X1 məhkəmədə iddia qaldıraraq Cavabdeh “Attenti” markalı 35655942 nömrəli elektron nəzarət vasitəsini qırdığına görə dəyəri olan 2277.40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı rəisi, ədliyyə müşaviri X1 iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh Qazax Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(023)-59/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-ci, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Cavabdeh üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək və yaşayış yerinin hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə ediulmişdir. xx.xx.2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə tərtib edilmiş protokola əsasən Cavabdeh üzərinə “Attenti” markalı 35655942 nömrəli elektron nəzarət vasitəsi quraşdırılaraq cəza çəkdiyi müddət ərzində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilmişdir. Bu nəzarət vasitəsini üzərində gəzdirdiyiu və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh tətbiq edilmiş elektron qolbaq enerji toplamaması səbəbindən qeyri-işlək vəziyyətdə məhkumdan təhvil götürülərək Elektron manitorinq idarəsinə təhvil verilmişdir. Evrodizayn QSC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən qurğuya müdaxilə olunmuş, qırıq izləri müşahidə olunur. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. Beləliklə, Cavabdeh elektron nəzarət vasitəsini iistifadəyə tam yararsız vəziyyətə salmaqla dövlətə maddi ziyan vurmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Bundan sonra Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin sonuncu həmin məbləği ödəməkdən imtina etmişdir. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, onun üzərinə quraşdırılmış elektron nəzarət vasitəsi enerji toplamadığına görə onu İcra və Probasiya Şöbəsinə təhvil vermişdir. O həmin qurğuya heç bir müdaxilə etməmişdir və qurğunun işləməməsində onun təqsiri yoxdur. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 1(023)-59/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-ci, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh bir ədəd “Attenti” markalı 35655942 nömrəli elektron nəzarət qurğusu komplekti təhvil verilmişdir. Cavabdeh üzərində elektron nəzarət vasitəsini daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan məlum olur ki, ağıllı elektron qolbağın dəyəri 2277,40 manat manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh Qazax Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(023)-59/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-ci, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2, 29 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası ilə bağlı İddiaçındə xx.xx.2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə tərtib edilmiş protokola əsasən Cavabdeh üzərinə “Attenti” markalı 35655942 nömrəli elektron nəzarət vasitəsi quraşdırılmışdır. Cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsini kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə onu zədələmişdir, bununla da 2277,40 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 42.77 (qırx iki manat yetmiş yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.3, 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh «Attenti” markalı 35655942 nömrəli elektron nəzarət vasitəsini dəyəri olan 2277.40 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh ödənilməli olan 42.77 (qırx iki manat yetmiş yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar