Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2015/2025 09.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi ilə, İddiaçıinin Cavabdeh qarşı «içməli suya görə yaranmış borcun tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıi Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qazax su meliorasiya sistemləri idarəsinə olan 689,20 manat məbləğində borcun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə tərəfindən içməli su ilə fasiləsiz təchiz olunmasına baxmayaraq, göstərilmiş xidmətə görə qanuni ödəniş öhdəliklərini yerinə yeriməmişdir. O, içməli suya görə aylıq istifadədə haqqını ödəməkdən yayındığı üçün debitor borcu yaranmışdır. İdarə olaraq onlar xidmət göstərməli qarşı tərəf bu xidmətin müqabilində ödəniş etməyə borcludur. Cavabdehin idarəyə olan ümumi borcu 689,20 manat təşkil edir. Dəfələrlə edilən yazılı və şifahı xəbərdarlıqlara baxmayaraq, borc indiyədək ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, İddiaçıi Qazax su meliorasiya sistemlərinin istismarı idarəsi ilə Cavabdeh arasında içməli suyun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar müqavilə imzalnmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********000 nömrəli abonent kartından görünür ki, Cavabdeh yekun olaraq su istifadəyə və tullantı sularının axıdılmasına görə 689,20 manat su borcu hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh sudan istifadəyə və tullantı sularının axıdılmasına görə Qazax su meliorasiya sistemlərinin istismarı idarəsinə 689,20 manat borcunun olduğu bildirilmiş və borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Dövlət su ehtiyyatları regional su meliorasiya xidməti publik hüquqi şəxsi Qazax su meliorasiya sistemlərinin istismarı idarəsi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Kərimov X1 meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən su təchizatı sistemindən su təchizatı və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh ötən illər ərzində su təchizatı sistemindən su təchizatı və kanalizasiya xidmətlərinə görə Qazax su meliorasiya sistemlərinin istismarı idarəsinə borcu yaranmışdır. Borcun ödənilməsi Cavabdeh tələb edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi öhdəsinə götürür. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 61.2-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə görə qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Qazax su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən su təchizatı ilə təmin edilmişdir. Qazax su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən Cavabdeh borcuna dair məhkəməyə təqdim edilmiş abonent kartından görünür ki, sözügedən mənzilə sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar xx/xx/2022-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 20079753 nömrəli, C854524 plomblu su sayğacının göstəricisinə uyğun olaraq, 689,20 manat borc hesablandığı göstərilmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcunu könüllü şəkildə ödəməkdən boyun qaçırmışdır. Beləliklə Cavabdeh Qazax su meliorasiya sistemlərinin istismarı idarəsinə 689,20 manat borcunun yarandığı təsdiq olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzil üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə hesablanmış borcun əvəz qismində 689,20 manat məbləğində pul vəsaiti İddiaçıinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçıinin iddiası təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzil üzrə su təchizatı xidmətinə görə hesablanmış borcun əvəzi qismində 689,20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıinin xeyrinə ödənilsin. Cavabdeh ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2015/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2015/2025
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver