Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-2019/2025 17.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə xitam verilməsi və pul» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 Qazax Rayon Dövlət Notaıfiat Kontoru vasitəsi ilə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 740-cı madəsini əsas götürməklə bağlanmış kredit müqaviləsi üzrə ondan aldığı 50000 (əlli min) manat pulun və dövlət rüsumu üçün ödədiyi 490 (dörd yüz doğsan) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə xitam verilməsi və pul» tələbi barədə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-310/2022 nömrəli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə 50000 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsinə dair notariusun 12 iyun 2015-ci il tarixli icra qeydi vardır və həmin icra qeydi qüvvədədir. Ona görə də, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-588/2017 saylı 11 aprel 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, işə məhkəmədə baxılmalı olmaması səbəbindən işə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 240 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə xitam verilməsi və pul» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ödənilmiş 240 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2019/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-2019/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver