Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-208/2025 07.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı ABDİ QİZİNİN nümayəndəsi X1 və Cavabdeh1 QİZİNİN iştirakları ilə İddiaçı XQİZİNİN Cavabdeh1 QİZİNA, XQİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: İddiaçı XQİZİNİN Cavabdeh1 QİZİNA, X QİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı XQİZİNİN nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QİZİNA, X QİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə iddiasının baxılamamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 QİZİ ərizə ilə müraciət edərək İddiaçı XQİZİNİN ona və XQİZİNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə iddianı baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi S.Xankişiyev tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən mülki iş üzrə iddiası baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı ABDİ QİZİNİN Cavabdeh1 QİZİNA, XOĞLUNA qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-208/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-208/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver