Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2102/2025 24.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisinə və üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisinə və üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025ci il tarixdə aparılmış, reyestrdə 8İ-1826 nömrə ilə qeyd edilmiş icra qeydinin ondan 804,10 manat məbləğində cərimə (peniya) tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o APP-1263-05371-24 nömrəli Online kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdur. Kredit ödənişlərində gecikmələr yarandığı üçün "xxxx" ASC” tələbin icraya yönəldilməsi məqsədilə Qazax rayon Notariat ofisinə icra qeydinin verilməsi baradə müraciət etmiş, Qazax rayon Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə reyestrdə 8İ-1826 nömrə ilə qeyd edilmiş icra qeydi aparılmış, həmin icra qeydinə görə, APP-1263-05371-24 nömrəli müaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 430 manat pulun, bundan əlavə 804,10 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun, cəmi 1259,10 manat pulun ondan tutulması aparılmışdır. Hesab edir ki, icra qeydi ondan 804,10 manat cərimə (peniya) tutulması hissəsində qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, tələbkar tərəfindən heç bir əsas olmadan, ona qanunsuz olaraq 804,10 manat, yəni yüksək həddə peniya hesablamış, cavabdeh olan notariat ofisi isə bu halı araşdırmadan icra qeydi vermişdir. Odur ki, icra qeydinin həmin hissədə ləğv edilməsi barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia ərizəsi verməli olmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, icra qeydi barədə məlumatı olmamış və ona təqdim edilmədiyinə görə öz etirazını bildirə bilməmişdir. Məhkəmə iclasında iştirak edə bilmir ona görədə, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X3 ərizə ilə müraciət edərək göstərmişdir ki, üzrlü səbəbdən xx.xx.2026-cı il tarixdə keçiriləcək məhkəmənin baxış iclasında iştirak edə bilmir. Odur ki, baxış iclasının iştirakı olmadan keçirilməsini və verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Qazax Rayon Notariat Ofisinin notariusu Gülnar İsmayılova məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 8İ-1826 saylı 19 fevral 2025-ci il tarixli reystr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASCnin xeyrinə ödənilməmiş 430 manat, 804,10 manat cərimə pulu və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 1259,10 manat pul tutulmalıdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, İddiaçı PP-1263-05371-24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borclunun 347 manat əsas borcu, 0 manat faiz borcu, 804,10 manat cərimə borcu, 33 manat komissiya haqqı üzrə borc olmaqla, ümumilikdə 1234,10 manat borcu vardır. İş materiallarına əlavə edilmiş APP-1263-05371-24 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən İddiaçı 1 ay müddətinə 430 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş 427408 saylı xəbərnamədən görünür ki, İddiaçı ünvanlanan bildiriş İddiaçı tərəfindən qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı teleqramından görünür ki, İddiaçı icra qeydi barədə hər hansı bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC-nın nümayəndəsi X2 etiraz ərizəsindən görünür ki, iddiaçı barəsində Qazax Rayon notariat ofisinin 8İ-1826 nömrəli icra qeydi xx.xx.2025-ci il tarixdə aparıldığı halda, onun tərəfindən sözügedən icra qeydinin mübahisələndirilməsi müddəti ötürülərək xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq icra qeydinin mübahisələndirilməsi müddəti ötürüldüyündən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC arasında APP-1263-05371-24 saylı, xx.xx.2024-cü il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya 430 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Qazax Rayon Notariat Ofisi tərəfindən 19 fevral 2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, üçüncü şəxs “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Bank notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı isə həm iddia ərizəsində, həm də məhkəməyə ünvanladığı teleqramda icra qeydinin aparılmasından tamamilə məlumatsız olduğunu bildirərək, icra qeydinə əsasən ondan tutulmalı olan pul məbləğini mübahisələndirir. Göründüyü kimi cavabdeh Qazax Rayon Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli, 8İ-1826 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli, 8İ-1826 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2102/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2102/2025
24.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver