Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2133/2025 27.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının özlərini, özləri olmadıqda isə obların dəyəri olan pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan nisyə aldıgı, 1) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl sırqanın (qiyməti 324 manata); 2) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 16.45 qram olan, qızıl boyunbağının, (qiyməti 1974 manata), 3) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 14.23 qram olan, qızıl "tros" formalı boyunbağının, (qiyməti 1749 manata), 4) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 4 qram olan, qızıl qolbağının, (qiyməti 480 manata), 5) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl klonun, (qiyməti 360 manata), 6) 585 əyyarlı, ümumi çəkisi 8.1 qram olan, qızıl boyunbağı və klon dəstinin, (qiyməti 972 manata), 7) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl klonun, (qiyməti 360 manata), 8) 1 ədəd. 585 əyyarlı, ümumi çəkisi 15.1 qram olan, qızıl qadın saatının, (qiyməti 1812 manata), 9) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 13 qram olan, qızıl qolbağının, (qiyməti 1560 manata), 10) 585 əyyarlı, ümumi çəkisi 7.9 qram olan, brilliant qaşlı qızıl sırqa və üzük dəstinin, (qiyməti 1213 manata), 11) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.54 qram olan, qızıl boyunbağının, (qiyməti 184 manata), 12) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 14.7 qram olan, qızıl boyunbağının, (qiyməti 1768 manat), 13) 1 ədəd. 585 ayyarlı, ümumi çəkisi 13.89 qram olan, qızıl boyunbağının, (qiyməti 1666 manata), 14) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 5.64 qram olan, qızıl qolbağıın, (qiyməti 676 manata), 15) 585 əyyarlı, ümumi çəkisi 2.5 qram olan, qızıl sırqanın, (qiyməti 300 manata), 16) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.41 qram olan, qızıl salxanc sırqanın, (qiyməti 170 manata). 17) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1 qram olan, qızıl sırqanın, (qiyməti 120 manata), 18) 1 ədəd, açar formalı gümüş klonun, (qiyməti 39 manata), 19) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 23.1 qram olan, qızıl boyunbağının, (qiyməti 2772 manata), 20) 1ədəd, 585 əyyarlı, ümumi çəkisi 3.91 qram olan, qızıl qolbağının, (qiyməti 469 manata), 21) 585 əyyarlı, ümumi çəkisi 2.32 qram olan, qızıl ayətəl kürsi boyunbağı ilə birlikdə, (qiyməti 278 manata) və 22) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2,7 qram olan, qızıl boyunbağının (qiyməti 324 manata) özlərini, özləri olmadıqda, onların ümumi dəyəri olan, 16944 (on altı min, doqquz yüz, qırx dört) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət işlədiyi üçün, həmişə qazancının bir hissəsinə qızıl-zinət əşyası alaraq yığmışdır. Övladına ev almaq üçün aldığı qızılların bəzilərinin satılması zərurəti yaranmışdır. Həmin vaxtlarda cavabdeh, Cavabdeh, ondan, özünə və yaxın qohumlarının adlarını çəkərək, onlara nisyə olaraq, qızıl-zinət əşyaları almaq istədiyini bildirdi. Qazax Rayon Məhkəməsinin 2(023)-676/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən onun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayətinə əsasən iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1416/2025-004 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Hazırki iş üzrə Qazax Rayon Məhkəməsi tərəfindən 14 may 2025-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1416/2025-004 saylı xx.xx.2025-ci il tarixli qərardadında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və va ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı cavabdehdən müxtəlif adda, çəkidə və dəyərdə qızıl zinət əşyaları tələb edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, qeyd olunan ərizələrdə qızıl əşyalarının əyarı göstərilməmişdir. Bundan başqa qızıl əşyalarının hər birinin dəyəri ilə onların cəmi dəyəri arasında uyğunsuzluq var. Həmin qərardadda göstərilmişdir ki, Apellyasiya baxışının iclasında iddiaçıya iddia tələbində olan qeyrimüəyyənliyin və uyğunsuzluqların aradan qaldırılması təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq yenidən məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Eyni qaydada göstərilmişdir ki, Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə yönəlmiş və qeyri-müəyyənlik yaradan tələblərə baxaraq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla bağı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma va mazmununa riayət edilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qabul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz va bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz, Odur ki, yuxarıda qeyd etdiklərini əsas göstərərək iddia ərizəsinin forma va məzmununa etmiş olduğu dəyişiklikləri etdikdən sonra icraata qəbul edib məhkəmə araşdırması aparılıb baxılmasına köməkdarlıq edilməsini xahiş etmişdir. Bildirir ki, o, cavabdehi, yəni Cavabdeh bir neçə ildir ki, tanıyır. Onların bir birinə etibarı yaranmışdır. Onun, cavabdehə etibarı olduğuna görə, ona, nisyə olaraq, qızıl-zinət əşyaları satmağa razılaşmış və xx.xx.2022-ci il tarixində ona, 111 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl sırqanı, 324 manata. 2) tədəd, 585 əyyarlı, ümumi çəkisi 16.45 qram olan, qızıl boyunbağını 1974 manata; 3) 1 sdad, 585 ayyarlı, ümumi çəkisi 14.23 qram olan, qızıl "tros" formalı boyunbağını, 1749 manata, 4) 1 ədəd, 585 ayyarlı, ümumi çəkisi 4 qram olan, qızıl qolbağı. 480 manata; 5) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl kloma, 360 manata; 6) 585 əyyarlı, ümumi çəkisi 8.1 qram olan, qızıl boyunbağı və klon dəstini, 972 manata va 7) 1 ədəd, 585 əyyarı, ümumi çəkisi 3 qram olan, qızıl klonu, 360 manata, ümumilikdə 5739(beş min, yeddi yüz, otuz doqquz) manata, nisyə olaraq satmış və adı qeyd olunan qızıl-zinət əşyalarını ona təhvil vermişdir. Həmin vaxtı o, borcundan 800 (səkkiz yüz) manat pul ödəmiş və sonra ayrı-ayrı vaxtlarda, 100+100+45+100+100 (dört yüz, əlli) manat pul ödədi. Beləliklə o, 5739 (beş min, yeddi yüz, otuz doqquz) manat borcundan, ümumilikdə 1245(bir min, iki yüz, qırx beş) manat məbləğində pul ödəmişdir. Bundan sonra onun, 4494 (dört min, dört yüz, doğsan dörd) manat pul borcu qalmışdır. Bundan sonra yaddaş kitabına, öz xətti ilə, soyadını, adını, atasının adını, iş yerini, yaşadığı ünvanı, nisyə aldığı qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adlarını, çəkilərini, qiymətlərini yazmış və doğruluğunu öz imzası ilə təsdiqləmişdir. O, xx.xx.2022-ci il tarixində yenidən iddiaçının yanına gəlmiş və anasına, nisyə olaraq qızılzinət əşyaları almaq istədiyini bildirmişdir. O, yenə də cavabdehə etibar etmiş və ona nisyə olaraq qızıl-zinət əşyaları satmağa razılaşmışdır. Həmin günü ona, 1) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 15.1 qram olan, qızıl qadın saatı, 1812 manata; 2) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 13 qram olan, qızıl qolbağını, 1560 manata; 3) 585 əyyarlı. ümumi çəkisi 7.9 qram olan, brilliant qaşlı qızıl sırqa və üzük dəstini, 1213 manata; 4) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.54 qram olan, qızıl boyunbağını, 184 manata və 5) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 14.7 qram olan, qızıl boyunbağını, 1768 manata, ümumilikdə 6537(altı min, beş yüz, otuz yeddi) manata nisyə olaraq satmış və adı qeyd olunan qızıl-zinət əşyalarını ona təhvil vermişdir. Həmin vaxtı o, borcundan 700 (yeddi yüz) manat pul ödəmişdir. Beləliklə onun, cavabdehin 5837 (beş min, səkkiz yüz, otuz yeddi) manat pul borcu qaldı. O, yenə də yaddaş kitabına, öz xətti ilə, soyadını, adını, atasının adını, iş yerini, yaşadığı ünvanı, qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adlarını, çəkilərini, qiymətlərini yazdı və doğruluğunu öz imzası ilə təsdiqlədi Bundan sonra o, xx.xx.2022-ci il tarixində yenidən onun yanına gəlmiş və nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. O, yenə də cavabdehə etibar etmiş və ona nisyə olaraq qızıl-zinət əşyaları satmağa razılaşmışdır. O, həmin günü cavabdehə, 1) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 13.89 qram olan, qızıl boyunbağı, 1666 manata; 2) lədəd, 585 əyyarlı, ümumi çəkisi 5.64 qram olan, qızıl qolbağını, 676 manata; 3) 585 əyyarlı ümumi çəkisi 2.5 qram olan, qızıl sırqanı, 300 manata; 4)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.41 qram olan, qızıl salxanc sırqanı, 170 manata; 5) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1 qram olan, qızıl sırğanı, 120 manata və 1 ədəd açar formalı gümüş klonu, 39 manata, ümumilikdə 2971 manata nisyə satmış və qızıl zinət əşyalarını təhvil vermişdir. Həmin vaxt o borcundan 200 manat ödəmiş və 2771 manat borcu qalmışdır və bunları yaddaş kitabında qeyd edərək imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh yenidən onun yanına gələrək nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiyini bildirdi. O, yenə etibar etmiş və ona nisyə olaraq qızıl-zinət əşyaları satmağa razılaşmışdır. Ona 1) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 23.1 qram olan, qızıl boyunbağını, 2772 manata; 2) 1 ədəd, 585 ayyarlı, ümumi çəkisi 3.91 qram olan, qızıl qolbağını, 469 manata; 3) 585 əyyarlı, ümumi çəkisi 2.32 qram olan, qızıl ayətəl kürsi boyunbağı ilə birlikdə, 278 manata və 4) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl boyunbağı, 324 manata, ümumilikdə 3843 (üç min, səkkiz yüz, qırx üç) manata nisyə olaraq satmışdır. O, yenə də yaddaş kitabına, öz xətti ilə, soyadını, adını, atasının adını, iş yerini, yaşadığı ünvanı, qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adlarını, çəkilərini, qiymətlərini yazdı və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Beləliklə, cavabdeh, Cavabdeh, dört dəfəyə, ümumi 19090 (on doqquz min, doxsan) manata nisyə olaraq satmışdır. Cavabdeh, ümumi borcundan, ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 2145 (iki min, bir yüz, qırx beş) manat məbləğində pul ödəmişdir. Bundan sonra cavabdehin ümumilikdə 16944(on altı min, qırx dört) manat pul borcu yaranmışdır. O, dəfələrlə ya borcunun ya da qızıl zinət əşyalarının qaytarılmasını xahiş etmişdir. Amına Cavabdeh, onu aldadaraq pul borcunu verməmiş, nə də ki, nisyə olaraq aldığı qızıl-zinət əşyalarının özünü ona qaytarmamışdır. Buna görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, onun cavabdehə müxtəlif vaxtlarda qızıl-zinyət əşyalarımı nisiyə olaraq satmağından cavabdehin borcunun qalması ilə əlaqə dar olaraq həmin ümumi borcunu istəməyinə baxmayaraq, cavabdeh həmin borcu qaytarmaq istəməyir. Yəni ki, cavabdehin ondan almış olduğu xx.xx.2022-ci il tarixdə ümumi qızılların dəyəri 7215 manat təşkil etmiş, həmin borcdan cavabdeh müxtəlif vaxtlarda 800 manat ödəniş etmiş, daha sonra xx.xx.2022-ci il tarixdə almış olduğu qızılların ümumi dəyəri 6537 manat təşkil etmiş, həmin borcdan 600 manatını ödəmiş həmin borcdan da 5937 manat miqdarında borcu, xx.xx.2022-ci il tarixdə almış olduğu qızılların ümumi dəyəri 2969 manat təşkil etmiş həmin borcadan da 200 manatını ödəmiş həmin borcan da 2769 manat miqdarında borcu, xx.xx.2023-cü il tarixdə isə almış olduğu qızılların ümumi dəyəri 4083 manat təşkil etmiş, həmin borcdan da ümumiyyətlə ödəniş etməmişdir. Hətta bu olanlar barədə Qazax rayon məhkəməsində məhkəmə prosessində və özünün əl yazmalarla yazaraq imzalamış olduğu qəbzlərdə öz əksini tam aydın şəkildə tapır. Odur ki, cavabdehin müxtəlif vaxtlarda ondan almış olduğu qızıllara görə ümumi 19204 manat borcu qaldığını bildirmiş və həmin borcun, həmçinin 147 manat dövlət rüsumu, eləcə də vəkil üçün ödədiyi 320 manatın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, o cavabdehə qəbzdə qeydlər etdirməklə müxtəlif vaxtlarada qızıl-zinət əşyası satmışdır. Qızıl-zinət əşyaların verilməsinə dair cavabdehin əl yazma qəbzləri vardır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil iddia tələbini müafiə edərək, bildirdi ki, İddiaçı tərəfindən Cavabdeh qızıl-zinət əşyalarının satılmasına dair kifayət qədər sübut vardır. Belə ki, iş materiallarında olan əl yazma qeydlərdən cavabdehin qızıl-zinət əşyalarının alınması sübut olunur. Bundan başqa əvvəllər Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan zaman məhkəmədə cavabdeh öz izahatında borcun olmasını etiraf etmişdir. Odur ki, Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsi (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tural adına qiymətli daş-qaşların və qızıl zinət əşyalarının alqı-satqısı mağazası direktoru X2 tərəfindən verilmiş rəyin məzmununda qeyd olunmuşdur ki, Qazax şəhəri, Azadlıq küçəsi, ev 225-da qeydiyyatda olan İddiaçı ona təqdim etdiyi, qeyd dəftərində qeyd olunanlara əsasən, aşağıda adları, əyyarı və çəkiləri qeyd olunan qızıl-zinət əşyalarının hazırkı bazar qiymətinə uyğun təxmini qiymətləri aşağıda göstərilən kimidir. 1)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl sırqanın, qiyməti 324(üç yüz, İyirmi dört) manatdır. 2)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 16.45 qram olan, qızıl boyunbağının, qiyməti 1974(bir min, doqquz yüz, yetmiş dört) manatdır. 3)1 ədəd, 585 ayyarlı, ümumi çəkisi 14.23 qram olan, qızıl "tros" formalı boyunbağının, qiyməti 1749(bir min, yeddi yüz, qırx doqquz) manatdır. 4)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 4 qram olan, qızıl qolbağının, 480 (dört yüz, səksən) manatdır. 5)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl klonun, qiyməti 360(üç yüz, altmış) manatdır. 6)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 8.1 qram olan, qızıl boyunbağı və klon dəstinin, qiyməti 972(doqquz yüz, yetmiş iki) manatdır. 7)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3 qram olan, qızıl klonun, qiyməti 360 (üç yüz, altımış) manatdır. 8)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 15.1 qram olan, qızıl qadın saatının, qiyməti 2718(iki min, yeddi yüz, on səkkiz) manatdır. 9)1ədəd, 585 əyyarlı, ümumi çəkisi 13 qram olan, qızıl qolbağının, qiyməti 1560(bir min, beş yüz, altımış) manatdır. 10) 585 əyyarlı, ümumi çəkisi 7.9 qram olan, brillian qaşlı qızıl sırqa və üzük dəstinin, qiyməti 1213(bir min, iki yüz, on üç) manatdır. 11)1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.54 qram olan, qızıl boyunbağının, qiyməti 184(iki yüz, səksən dört) manatdır. 12) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 14.7 qram olan, qızıl boyunbağının, qiyməti 1768(bir min, yeddi yüz, altımış səkkiz) manatdır. 13) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 13.89 qram olan, qızıl boyunbağının, qiyməti 1666(bir min, altı yüz, altımış altı) manatdır. 14) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 5.64 qram olan, qızıl qolbağının, qiyməti 676(altı yüz, altımış altı) manatdır. 15) 585 əyyarlı, ümumi çəkisi 2.5 qram olan, qızıl sırqanın, qiyməti 300(üç yüz) manatdır. 16) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1.41 qram olan, qızıl salxanc sırqanın, qiyməti 170(iki yüz, yetmiş) manatdır. 17) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 1 qram olan, qızıl sırqanın, qiyməti, 120(bir yüz, iyirmi) manatdır. 18) 1 ədəd, açar formalı gümüş klonun, qiyməti 39(otuz doqquz) manatdır. 19) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 23.1 qram olan, qızıl "Mafyoz" formalı boyunbağının, qiyməti 2772(iki min, yeddi yüz, yetmiş iki) manatdır. 20) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 3.91 qram olan, qızıl qolbağının, qiyməti 469(dört yüz, altımış doqquz) manatdır. 21)585 əyyarlı, ümumi çəkisi 2.32 qram olan, qızıl ayətəl kürsi boyunbağı ilə birlikdə və qolbağının, qiyməti 278(iki yüz, yetmiş səkkiz) manatdır. 22) 1 ədəd, 585 əyyarlı, ümumi çəkisi 2.7 qram olan, qızıl boyunbağının, qiyməti 324(üç yüz, iyirmi dörd) manatdır. Göstərilən qızıl-zinət əşyalarının təxmini bazar qiyməti 19090 (on doqquz min, doxsan) manatdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(023)- 676/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ondan əsassız olaraq ümumilikdə 14893 manat pul tələb etmişdir. Hansı ki, o iddiaçıdan özü üçün yalnız 2022-ci ilin iyul ayında qızıl-zinət əşyaları götürmüşdür və həmin qızıl əşyaları üçün iddiaçıya 2813 manat borcu vardır. İddiaçı isə iddia ərizəsində ona heç bir dəxli olmayan qızıl-zinət əşyaları yazmaqla pul tələb etmişdir. İddiaçı məhkəməyə guya onun yazdığı qəbzləri təqdim etmişdir, hansı ki, o heç bir qəbz yazmamışdır. Bundan başqa iddiaçı onun qardaşı ilə Whatsapp yazışmaları təqdim etmişdir. Odur ki, onun iştirakı olmadan iddia tələbinə baxaraq, ona qarşı verilmiş iddianın qismən, yəni 2813 manat hissəsində təmin edilməsi və digər hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1416/2025 nömrəli qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Qazax Rayon Məhkəməsi tərəfindən 14 may 2025-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçıdan yalnız 2022-ci ilin iyul ayında özü üçün 4058 manatlıq qızıl-zinət əşyaları götürmüş və 1245 manat ödəniş etmiş və bu qızıl əşyaları üçün onun iddiaçıya 2813 manat borcu qalmışdır. İddiaçı isə yeni iddia ərizəsində fərqli tələblər irəli sürmüş və iddianın həcminidə dəyişmişdir və görünür ki, birici məhkəmədə təqdim etdiyi qəbzidə özü dəyişdirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən və verdiyi ifadələrdən də məlum olur ki, onun qeyd etdiyi digər tarixlərdə qızılları başqa şəxslər götürmüşdür. Hətta qızılların pullarınıda digər şəxslər ödəmişdir. Onun qeyd etdiyi məbləğdən başqa borcu yoxdur. Digər qeyd etdiyi qızılları onun özünün tanışı olan Qazax rayon Mərkəzi xəstəxanasında işləyən Ruqiyyə adlı şəxs götürüb və o onun da iş yoldaşı olmuşdur. Onun iş yoldaşı olduğu üçün kiminsə borcunu o niyə ödəməlidir və bu şəxs çıxıb başqa yerə gedib və bundan sonra iddiaçı onun borcunuda ondan tələb edir. Hansı ki, iddiaçı onunla daha yaxın münasibəti olub və bu gün əsassız olaraq digər şəxslərin borcları məndən tələb edilir. O ərizə də də qeyd etmiş ki, iddiaçının məhkəməyə təqdim etdiyi yazılar onun tərəfindən yazılmamışdır. Buna baxmayaraq əvvəlki məhkəmə qətnaməsinin əsaslandırma hissəsində qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından alqısatqı müqaviləsi üzrə əşyanın verildiyini iddiaçı, həmin əşyanın pulunun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı şifahi alqı-satqı müqaviləsi üzrə qızıl-zinət əşyalarını cavabdehə verməsini təsdiq edən sübutları, yəni nisyə dəftərində cavabdehin öz xətti ilə yazılmış səhifələri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyaları verilmişdir. Cavabdeh həmin borcdan müəyyən ödənişlər etmiş, qalan 14884 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Lakin Cavabdeh məhkəməyə göndərdiyi ərizədə 2022-ci ilin iyul ayında iddiaçıdan yalnız özü üçün qızıl zinət əşyaları götürdüyünü, həmin qızıl əşyaları üçün iddiaçıya 2813 manat borcu olduğunu, qızıl-zinət əşyaları götürərkən heç bir qəbz yazmadığını bildirsə də, həmin faktı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, o qarşı tərəfin təqdim etdiyi sübuta münasibət bildirmiş və məhkəmə isə ondan tələb edir ki, sən sübut etməlisən ki, bu yazını sən yazmamısan. Məhkəmə sübutetmə vəzifəsini belə qanuna uyğun şərh verə bilməmişdir. Bu yazılardan açıq aydın görürünür ki, bunu iddiaçı özü yazıb nisyə dəftəri kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə isə iddiaçının yazdığı yazıları o yazmış kimi qiymətləndirmişdir. Bunada sübut kimi qəbul edərək iddia tələbinə səhv hüquqi qiymət vermişdir. Hansı ki, təqdim edilmiş bütün sənədlərə və eləcədə iş üzrə ifadələr sübut olaraq birgə hüquqi qiymət verilməliydi. Onula olan alqı-satqı hissəsini o qəbul edərək, həmin hissədə borcunun olmasını etiraf edərək, iddianın həmin hissədə qismən təmin edilməsini məhkəməyə bildirmiş. Məhkəmə isə onun tərəf olmadığı alqı-satqı üzrə onun borclu hesab etməklə istinad etdiyi qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hansı ki, iddiaçı digər əsassız və yalan əqdlərinin onunla bağlanmasını sübut edəcək heç bir sübut təqdim edə bilməməsinə baxmayaraq əvvəkil məhkəmə həmin hissədə qanunsuz qətnamə qəbul etmişdir və digər bir məsələ isə əvvəlki məhkəmə əsassız olaraq ona münasibətdə 2813 manat borcunu qeyd etmək əvəzinə alqı-satqı ilə aldığı qızılların qaytarılmasını qət etmişdir. Bu isə qanunvericiliyin kobud qaydada pozulmasıdır. İddiaçının özünündə bildirdiyi kimi, o 2022-ci ilin iyul ayında ondan nisyə olaraq 4058 manat dəyərində qızıl-zinət əşyaları götürmüş və həmin məbləğdən 1245 manat pul ödəmiş və ona 2813 manat borcu qalmışdır. İş materiallarına olan yazılı kağızlardan görünür ki, həmin kağızılarda müxtəlif tarixlər və pul məbləğləri göstərilmiş, lakin həmin yazılarda qızıl-zinət əşyalarının satılması və ya alınması ilə bağlı əməliyyatın hansı şəxslər arasında baş verməsini təsdiq edən məlumatlar, o cümlədən qızıl-zinət əşyasını satan və alan şəxslərin imzaları mövcud deyildirdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlatı ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Lakin Orucova X1 Nuridə Aslan qızına satdığını iddia etdiyi qızıl-zinət əşyalarının həqiqətən ona təhvil verdiyini, həmçinin cavabdehin ona iddia tələbində qeyd olunduğu kimi 19204 manat borcu olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə Qazax Rayon Məhkəməsinin icraatında olan 2(023)-676/2025 nömrəli mülki iş üzrə məhkəməyə təqdim edilmiş ərizəsində iddia tələbini 2813 manat hissədə qəbul etmişdir. Həmçinin cavabdeh qeyd olunan faktı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də yenidən təsdiq etmişdir. Buna görə də məhkəmə Cavabdeh tərəfindən 2813 manat məbləğində borcun etirafını və İddiaçıın iddia tələbinin digər hissəsini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi 2813 manat məbləğində olan hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş yazılı kağızlarda müxtəlif tarixlər və pul məbləğləri göstərilmişdir. Lakin həmin yazılarda qızıl-zinət əşyalarının satılması və ya alınması ilə bağlı əməliyyatın hansı şəxslər arasında baş verməsini təsdiq edən məlumatlar, o cümlədən qızıl-zinət əşyasını satan və alan şəxslərin imzaları mövcud deyildir. Buna görədə həmin yazıların kimin tərəfindən tərtib edildiyi, orada göstərilən məlumatların hansı hüquqi münasibətə aid olduğunu və tərəflərin iradəsini əks etdirib-etdirmədiyini müəyyən etmək mümkün olmur. Məhz bu səbəbdən qeyd olunan yazılar iş üzrə mübahisəli halları təsdiq edən etibarlı və yoxlanıla bilən sübut kimi qiymətləndirilə bilməz və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 2813 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 48,13 manat və vəkilə ödənilən 320 manat məbləğində pul vəsaiti məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 2813 manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 48,13 manat və vəkilə ödənilən 320 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-2133/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2133/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver