Məhkəmə qərarları › İş №2(023)-217/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-217/2024

08.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-217/2024 08.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Mərdan oğlunun, Cavabdeh nümayəndəsi, Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iribuynuzlu mal-qara tələbinə dair mülki işə 08 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Aşırova X3 Rafət Vaqif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan orta hesabla qiyməti 1500 (bir min beş yüz) manat dəyərində bir ədəd iribuynuzlu dişi mal-qara və həmin iribuynuzlu mal-qaranın qidalanması üçün 168 manat dəyərində yemin cavabdehdən alınıb ona qaytarılması, həmin iribuynuzlu dişi və həmin iribuynuzlu dişi mal-qaranın qidalanması üçün 168 nanat dəyərində yem olmadıqda isə onların ümumi dəyəri olan 1668 (bir min altı yüz altımış səkkiz) manat məbləğində pulun və habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə el adəti ilə evlənmişlər. Həmin evlilikdən xx.xx.2021-ci il təvəllüdlü Ömər adlı uşaq doğulmuşdur. Onun cavabdehlə evlənməyinə az müddət qalmış valideyinləri ona cehiz əşyaları verməmişdən öncə gələcək ailə həyatının maddi cəhətdən rahat dolanışığı üçün məhsuldarlıq istiqaməti Ətlik və Südlük olan orta hesabla qiyməti 1500 manat dəyərində 1 ədəd iribuynuzlu dişi qara-mal və həmin malın qidalanması üçün 168 manat dəyərində yem hədiyyə etmişdir. Həmin hədiyyəni 2019-cu ildə Qazax rayon Aşağı Əskipara kənd sakini Şahid məxsus Dövlət qeydiyyat nömrə nişanı 35BG746 olan QAZEL markalı avtomaşınla Qazax rayonunun Xanlıqlar kəndində yerləşən cavabdehə məxsus evə aparmışlar ki, bundan sonra cehiz əşyaları gələcək və o həmin evə gəlin köçəcəkdir. O, 2020-ci ildə həmin evə gəlin köçmüş, bir müddət sonra cavabdehlə xasiyyəti tutmadığı üçün 2021-ci il tarixdə atası evinə qayıtmışdır. O, atası evinə qayıdanda cavabdeh nə həmin iribuynuzlu malqaranı, nə də həmin iribuynuzlu qara-malın dəyərində pulu ona verməmişdir. Bu günə kimi tələb etsə də, heç bir nəticə əldə edə bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Artıq 2021-ci ilin noyabr ayından o cavabdehlə faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Birgə yaşadıqları vaxtda rəsmi nikaha daxil olmağı cavabdehdən xahiş etsə də cavabdeh bundan boyun qaçırmışdır. Qazax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(023)- 490/2022 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci ildə doğulmuş X4 atası olması müəyyəm edilmişdir. Qeyd edilənlərlə əlaqədar ona məxsus olan orta hesabla qiyməti 1500 (bir min beş yüz) manat dəyərində bir ədəd iribuynuzlu dişi mal-qara və həmin iribuynuzlu mal-qaranın qidalanması üçün 168 manat dəyərində yemin cavabdehdən alınıb ona qaytarılması, həmin iribuynuzlu dişi və həmin iribuynuzlu dişi mal-qaranın qidalanması üçün 168 nanat dəyərində yem olmadıqda isə onların ümumi dəyəri olan 1668 (bir min altı yüz altımış səkkiz) manat məbləğində pulun və habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 2019-cu ildə Qazax rayon Məşğulluq Mərkəzindən məşğulluğu olmayan şəxs kimi ona iki baş iribuynuzlu mal-qara verilmişdir. O, həmin mal-qaranın hər ikisini də qızı nişanlı olan zaman cavabdehə məxsus evə aparmışdır. Müəyyən müddət sonra həmin heyvanlardan bir başını qızı nişanlı olarkən ona hədiyyə vermiş və onun gələcəkdə gəlin köçəcəyi evdə qalmışdır. Həmin vaxt inəyin saxlanması üçün 400 kq da yem vermişdir. O həmin inəyi Aşağı Əskipara kənd sakini Şahid məxsus Dövlət qeydiyyat nömrə nişanı 35BG746 olan QAZEL markalı avtomaşınla Qazax rayonunun Xanlıqlar kəndində yerləşən cavabdehə məxsus evə göndərmişdir. 2021-ci ildə qızı gəlin köçmüş və bir müddət sonra cavabdehlə xasiyyəti uyğun gəlmədiyi üçün ayrılmışdır. Cavabdeh qızına məxsus cehiz əşyalarını qaytarsa da, ona verdiyi bir baş inəyi qaytarmamış və qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək verdiyi izahatında göstərdi ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün suibyektiv hüquqa malik deyildir. Belə ki, qeyd olunan mal-qara 2019-cu ildə Qazax rayon Məşğulluq Mərkəzindən məşğulluğu olmayan şəxs kimi iddiaçının atası Nümayəndə verilmişdir və müqavilədə qeyd olunmuşdur ki, həmin heyvanlar üçüncü şəxsə verilə bilməz. Qeyd olunan əmlak 2019-cu ildə dövlətə məxsus olmuşdur. İddiaçı ilə cavabdeh nişanlı olan vaxt 2019-cu il tarixdə iddiaçının atası həmin inəyi saxlamağa şəraiti olmadığını bildirərək, müəyyən müddətə cavabdehin evində qalmasını xahiş etmişdir. Lakin bir neçə aydan sonra gəlib aparmışdır. Bundan başqa 2021-ci il yanvarın 9-da Qazax rayon Məşğulluq Mərkəzi tərəfindən monitorinq keçirilərkən həmin heyvanlar Nümayəndə yaşadığı ünvanda olması müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh ayrıldıqdan sonra 1 il əvvəl cehiz tələbi ilə bağlı məhkəmə mübahisələri olmuşdur. Əgər iddiaçının qeyd etdiyi heyvanlar cavabdehdə olsaydı həmin vaxt Mediasiya Təşkilatına mal-qara ilə bağlı da müraciət edərdi. Qeyd edilənlərlə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhəkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, 3 il bundan əvvəl Nümayəndə Qazax rayon Məşğulluq Mərkəzi tərəfindən qızına və kürəkəninə iki baş heyvan verildiyini bildirmişdir. Həmin heyvanları və 4 kisə də yemi bazarda maşına mindirib Xanlıqlar kəndinə aparmışlar. Həmin vaxt Mehman heyvanı apardıqları evin qızının olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Qazax Rayon Məhkəməsinin 2(023)-490/2022 saylı 12 aprel 2022ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə doğulmuş X5 atası olması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Tabeliyində Dövlət X2 Mühasibatlıq və Təyinat Filialının verdiyi 19 mart 2024-cü il tarixli, 3-17-212-19988/2024 saylı arayışdan görünür ki, Qazax rayonu Cəfərli kənd sakini Nümayəndə xx.xx.2019-cu il tarixdə özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədi ilə “Maldarlıq təsərrüfatı” istiqaməti üzrə (2 baş inək, 400 kq yem) əmlaklarla təmin olunmuş və ona məxsus ünvanda xx.xx.2021-ci il tarixdə yekun monitorinq keçirilmişdir. Yekun monitorinqin nəticəsinə əsasən Nümayəndə verilmiş əmlaklardan təyinatı üzrə istifadə etdiyi və fəaliyyəti biznes plana uyğun olduğu üçün istifadəsinə verilmiş əmlaklar xx.xx.2021-ci il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın mülkiyyətə verilməsinə dair təhviltəslium Aktı” ilə mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın mülkiyyətə verilməsinə dair təhvil-təslium Aktı”ndan görünür ki, 2 baş inək Nümayəndə mülkiyyətinə verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdehla evlənməmişdən öncə atasının onlara verdiyi 1500 manat dəyərində 1 ədəd iribuynuzlu dişi qara-mal və həmin malın qidalanması üçün 168 manat dəyərində yem hədiyyə verildiyini, lakin ailə münasibətləri baş tutmadığından cavabdehlə ayrıldığını, hazırda cavabdehin həmin heyvanı qaytarmadığını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəmyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk növbədə iddiaçının hazırkı iddia ilə bağlı subyektiv hüquqa malik olub-olmamasına qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı iddia ərizəsində 2019-cu ildə atasının ona bir baş inək hədiyyə verdiyini qeyd etsə də, məhkəmə baxışı zamanı həmin vaxt qeyd edilən mal-qaranın dövlət mülkiyyətində olduğu müəyyən olunmuşdur. İddiaçı hazırkı vəziyyətdə qeyd olunan əmlakla bağlı heç bir subyektiv hüquqa malik deyildir. Bundan başqa, məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddiaçı tərəfindən sözügedən heyvan cavabdehin yaşadığı evə müvvəqəti olaraq gətirildiyi, iddiaçının həmin heyvanları saxlamaq üçün yerinin olmadığını, daha sonra apardığını bildirmişdir. Həmin heyvanların Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Tabeliyində Dövlət X2 Mühasibatlıq və Təyinat Filialının xx.xx.2021-ci il tarixli manitoruq aktından da göründüyü kimi həmin heyvanlar Mehman Aşurovun evində aşkar edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən heyvanların müvəqqəti olaraq verildiyini daha sonra aparması Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Tabeliyində Dövlət X2 Mühasibatlıq və Təyinat Filialının xx.xx.2021-ci il tarixli manitoruq aktı ilə öz təsdiqini tapmışdır. Hazırkı iddi tələbi üzrə sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdehin həmin heyvanı qaytarmadığını qeyd etsə də, məhkəmə baxışında iddiaçının nümayəndəsi həmin mal-qaranın cavabdehdə qalmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı iribuynuzlu mal-qara tələbinə dair iddia təmin edilə bilməz. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi mülkiyyətdə olan heyvanların qaytarılması ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən mediasiya prosesi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar