Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-264/2023 29.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elmninaz Zarif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı analığın mübahisə olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı analığın mübahisə olunması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X5 bioloji anası olmaması müəyyən edilməklə, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X5 anası olması barədə 13 mart 2014-cü il tarixli, 242 nömrəli doğum haqqında akt qeydində qeydiyyata alınan yazının ləğv etməyi vəzifə olaraq Qazax rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 ilə 2012-ci il tarixdə evlənərək, nikahı 13 mart 2014-cü il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində 61 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 05 iyun 2013-cü il tarixdə X12 və 19 iyun 2016-cı il tarixdə X10 doğulmuşdur. Nikah rəsmiləşdirilən gün cavabdeh özünün birinci nikahdan olan 21 yanvar 2009-cu il təvəllüdlü X5 anası kimi onun adını yazdırmışdır. Nikahın pozulması ilə bağlı məhkəmədə işə baxılarkən cavabdeh tərəfindən qanunsuz olaraq tibbi sənəd alınmaqla 21 yanvar 2009-cu il təvəllüdlü X5 anası olaraq onun adını qeydiyyata aldırmışlar. Bununla bağlı Qazax Rayon Məhkəməsi xüsusi qərardad qəbul edərək işi Qazax Rayon Prokurorluğuna göndərmişdir. Qazax Rayon Prokurorluğu işi araşdıraraq 05 mart 2022-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş və həmin qərarda 21 yanvar 2009-cu il təvəllüdlü X5 bioloji anasının X7 olması müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiuşdir. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etmiş və verdiyi izahatında göstərmişdir ki, 21 yanvar 2009-cu il təvəllüdlü X13 onun Gürcüstan vətəndaşı olan X11 ilə evliliyindən doğulmuşdur. X1 vətəndaşı olduğundan onunla rəsmi nikaha daxil ola bilməmişdir. Həmin uşaq doğulduqdan sonra anası Söylü xəstə olduğu üçün Gürcüstanda qalaraq müalicə olunmuş, azyaşlı oğlu isə onun yanında qalmışdır. Sonradan o, İddiaçı ilə ailə qurmuşdur, həmin evlilikdən iki övladı doğulmuşdur. İddiaçı onunla evləndikdən sonra oğlu Asəfə öz övladı kimi baxmışdır. Sonradan iddiaçı Asəfi öz övladı kimi qəbul etmək istədiyini bildirmiş və öz təşəbbüsü ilə ona doğum haqqında şəhadətnamə alaraq, uşağın anası kimi öz adını yazdırmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Qazax rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi və məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında akt qeydindən görünür ki, X9 xx.xx.2009-cu ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 13 mart 2014-cü ildə 242 nömrəli qeydiyyat aparılmışdır. Atalığın müəyyən etmək haqqında qeydin əsasları valideynlərin birgə ərizəsi olmuşdur. Doğum haqqında arayışdan görünür ki, X13 atası X9, anası İddiaçı olmaqla 21 yanvar 2009-cu ildə Qazax şəhərində doğulmuşdur. Bu barədə 13 mart 2014-cü ildə 242 nömrəli qeydiyyat aparılmışdır. 05 mart 2022-ci il tarixli qərarla toplanmış 12-c-22 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X23 xx.xx.2023-cü il tarixli 9/536 saylı məktubundan görünür ki, tərəflər ekspertizanın keçirilməsi üçün təyin edilmiş gün ərzində ekspertizaya getməmişləır, bu səbəbdən də ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-1735 saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olmadıqda və aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 02 may 2023cü il tarixli 135 saylı tibbi arayışdan görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Qazax RMX RHŞin doğum şöbəsində sağlam oğlan uşağı doğmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla və iş materialları ilə müəyyən olundu ki, İddiaçı 21 yanvar 2009-cu il təvəllüdlü X13 adlı uşağın bioloji anası deyildir. Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 02 may 2023-cü il tarixli 135 saylı tibbi arayışdan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında rayon prokurorluğunun 05 mart 2022-ci il tarixli qərarından da görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 bioloji anası X2r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001–ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1–ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 2–ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8 aid xx.xx.2014-cü il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 242 nömrəli doğum haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X8 aid xx.xx.2014-cü il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində 242 nömrə ilə qeydə alınmış doğum akt qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-264/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-264/2023
29.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver