Məhkəmə qərarları › İş №2(023)-264/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-264/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-264/2025 03.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Fəxrəddin qızına qarşı evin tikintisi, əsaslı və cari təmiri ilə bağlı pul tələbinə dair mülki işə 03 iyul 2025ci il tarixdə Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Qazax rayonu, Canallı kəndində yerləşən evin tikintisi və təmiri ilə bağlı əsassız varlandırdığı 3.000 manat pulun və iddianın verilməsi ilə bağlı ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X10 Cavabdeh1 ilə 11 avqust 2007-ci il tarixdə el adəti ilə evlənmişlər, 17 aprel 2009-cu il tarixdə nikahı rəsmiləşdirmişlər. Onların birgə nikahından 11 iyun 2008-ci il tarixdə X4 doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli 2(104)-1240/2011 saylı qətnaməsinə əsasən cavabdehdən aylıq 40 manat sabit pul məbləğində aliment və 25 manat sabit pul məbləğində əlavə xərcin tutulması qət edilmişdir. Həmin qətnamə üzrə cavabdehin borcu yaranmışdır və həmin icra işi ilə Qazax rayon İcra və Probasiya Şöbəsi məşğul olur. Nurayın hazırda yaranmış bir sıra xəstəlikləri də vardır ki, cavabdeh valideyn kimi uşağın müalicəsində və saxlanılmasında iştirak etmir. Nurayın ciddi psixoloji, nevroloji xəstəlikləri də vardır. Cavabdeh özü sahibkarlıqla məşğul olur, həmçinin fərdi əməklə məşğul olur və xeyli miqdarda gəliri vardır. X7 cavabdehlə ailə qurarkən cavabdehə və onun valideynlərinə məxsus Qazax rayonu, Canallı kəndində yerləşən evə gəlin köçmüşdür. Nuray da həmin evdə doğulmuşdur və orada yaşamışlar. Cavadehlər qızını və nəvəsini gəlin köçdüyü və sonradan tikdirdikləri evdən qovub çıxarmışlar. Qızı Cavabdeh1 ilə evli olduğu müddətdə Cavabdeh2 məxsus Qazax rayonu, Canallı kəndlində yerləşən torpaq sahəsində tikilmiş evin tikintisi, əsaslı təmiri ilə bağlı xərcləri o mərhum həyat yoldaşı X5 ilə birlikdə çəkmişlər. Həmin evdə görülən təmir işləri ilə bağlı materiallar almışlar - 2 otaq üçün 18 ədəd mili - 360 manat, 800 ədəd mişar daşı - 640 manat, hasarın hörülməsi üçün ustanın əmək haqqı - 250 manat, döşəmənin materialı - 416 manat, tavanın materialı - 12 ədəd - 120 manat, 2 ədəd darvazanın dəmir listi - 140 manat, hamamın tavanının materialı (lambrin, profil və alt hissənin materialı - 100 manat, evin rənglənməsi üçün materiallar - 200 manat, şifer 16 ədəd - 50 manat, sement - 30 manat, mismar 80 manat, cəmi 2.386 manat maddi vəsait xərcləmişlər. Onun qeyd etdiyi məbləğlər evin tikintisi və təmiri zamanı olan qimətlərdir. Hazırda həmin məbləğ ən azı 3.000 manat təşkil edir. O cavabdehlərdən dəfələrlə həmin əsassız varlandırdığı vəsaitin ödənilməsi ilə bağlı telefonla danışmış, cavabdehlər “biz sənin pulunu danmırıq, verəcəyik” deyə ona bildirsələr də, həmin pulu vermirlər. Onun cavabdehlərlə sonuncu danışığı 25 sentyabr 2024-cü il tarixdə olmuşdurki, onda da həmin pulu verəcəklərini vəd etsələr də, həmin pulu qaytarmamışlar. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X10 Cavabdeh1 ilə 2007-ci ildə el adəti ilə evlənmiş, 17 aprel 2009-cu il tarixdə nikahı rəsmiləşdirmişlər. Onların birgə nikahından Nuray adlı uşaq doğulmuşdur. X10 cavabdehlə ailə qurarkən cavabdehlərə məxsus Qazax rayonu, Canallı kəndində yerləşən evə gəlin köçmüş və orada yaşamışdır. Qızı evli olduğu müddətdə Qazax rayonu, Canallı kəndlində yerləşən evin tikintisi, əsaslı təmiri ilə bağlı xərcləri mərhum həyat yoldaşı ilə birlikdə çəkmişlər. Cavadehlər qızını və nəvəsini gəlin köçdüyü və sonradan tikdirdikləri evdən qovub çıxarmışlar. Həmin evin təmirinə ümumilikdə 2.386 manat maddi vəsait xərcləmişlər. Hazırda qızı boşanmışdır. Həmin evə çəkdiyi xərci cavabdehlərdən tələb edir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçının X10 ilə evlənmiş, onların birgə nikahından Nuray adlı uşaq doğulmuşdur. Yaranmış narazılıqlara görə Gülnarə ilə ayrılmışlar. Onlar nikahda olan vaxt, yəni 2018-ci ildə qaynatası onların yaşadığı evin təmirinə köməklik etmişdir. Hazırda onun alimentdən borcu yaranmışdır. Həmin borcu ödəyib qutardıqdan sonra iddiaçının tələb etdiyi təmir xərcini də hissə-hissə ödəyəcəkdir. İddiaçı ərizəsində təmir xərclərini şişirdilmiş şəkildə göstərmişdir. Odur ki, iddianın 2000 manat hissəsində təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Fəxrəddin qızı məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclaslarına gəlməmələrinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, X5 ilə X1 nikahı 25 dekabr 1978-ci ildə Qazax rayon Cəfərli kəndində bağlanmış, bu barədə nikahın bağlanmasının akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X5 27 yanvar 2019-cu il tarixdə ölmüşdür. Qazax rayon notariat ofisi tərəfindən verilmiş 30 iyul 2019-cu il tarixli 2V-532 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi arvadı İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X2 nikahı 24 avqust 2011-ci ildə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanmasının akt qeydləri kitabında 71 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, görünür ki, tərəflərin birgə nikahından 11 iyun 2008-ci il təvəllüdlü X4 doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının qızı ilə Cavabdeh1 2007-ci ildə evlənərək, 17 aprel 2009-cu il tarixdə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan Nuray adlı uşaq doğulmuşdur. İddiaçının qızı Gülnarə ailə qurarkən cavabdehlərə məxsus Qazax rayonu, Canallı kəndində yerləşən evə gəlin köçmüşdür. Qızı Cavabdeh1 ilə evli olduğu müddətdə mərhum X5 ilə birlikdə onların yaşadığı evin tikintisi, əsaslı təmiri ilə bağlı xərc çəkmişlər. Sonradan cavadehlər qızını və nəvəsini gəlin köçdüyü və sonradan tikdirdikləri evdən çıxarmışlar. İddiaçı cavabdehlərdən evin təmirinə çəkdiyi xərci tələb etsə də, cavabdehlər onu qaytarmaqdan imtina etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından evin təmirinə xərclənmiş pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı evin təmiri ilə bağlı cəmi 2386 manat məbləğində pul xərcləndiyini qeyd etsə də, iddiaçı bunu təsdiq edən sübutları, yəni həmin materialların alınması ilə bağlı hər hansı bir ödəniş qəbzini və hesab-fakturaları məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 isə evin təmirinə təxminən 2000 manat pul xərcləndiyini etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının onlara məxsus evin təmirinə çəkdiyi vəsaitin hesabına əsassız olaraq varlanmışlar. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/2337/2025 saylı məlumatından görünür ki, ekspertiza qarşıdsında qoyulmuş suallar məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlərdən Qazax rayonu, Canallı kəndində yerləşən evin tikintisi və təmiri ilə bağlı 2.000 manat pul müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Fəxrəddin qızından Qazax rayonu, Canallı kəndində yerləşən evin tikintisi və təmiri ilə bağlı 2000 (iki min) manat məbləğində pul və 50 (əlli) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar