Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-274/2023 14.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı taxta qapıların qaytarılması tələbinə dair mülki işə 14 mart 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 630 manat dəyərində 2 ədəd taxta qapıların və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, uzun müddətdir ki, özünə məxsus taxta sexində qapı və pəncərə düzəldib satır. Cavabdeh sifarişi əsasında ona 630 manat dəyərində 2 ədəd taxta qapıları düzəldib, onun evinə quraşdırmışdır. Bir müddət sonra cavabdeh həmin qapıları yararsız olduğunu bildirib, ona ödədiyi 630 manat pulun qaytarılmasını tələb etmişdir. Qazax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ona qarşı pul tələbinə dair iddiası təmin edilmiş 630 manat pulun və 30 manat dövlət rüsumunun ondan alınıb Cavabdeh verilməsi qərara alınmışdır. 630 manat pul Cavabdeh tam olaraq ödənilmişdir. Qeyd olunan qapıların dəyəri cavabdehə ödənilsədə qapılar ona geri qaytarılmamışdır. Ona məxsus 2 ədəd taxta qapının Cavabdeh alınaraq ona verilməsini istəyir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh 21 fevral 2023-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının tələb etdiyi 2 ədəd taxta qapı onun evindədir. İddiaçı tərəfindən 630 manat pul tam olaraq ona ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qazax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(023)-320/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş İddiaçı 630 manat, ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Cavabdeh ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qazax rayon İcra və Probasiya şöbəsinin 05 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Qazax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(023)-320/2022 saylı icra vərəqəsinə əsasən 630 manat pul tam olaraq Cavabdeh ödənilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh dəyəri 630 manat olan 2 ədəd taxta qapı düzəldərək təhvil vermişdir. Cavabdeh sözügedən qapıların yararsız olduğunu bildirib, məhkəmədə iddia qaldıraraq qapıların dəyəri olan 630 manat pulun ödənilməsini tələb etmişdir. Cavabdeh iddiası təmin olunaraq İddiaçı 630 manat pulun alınıb Cavabdeh verilməsi qət edilmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, 630 manat pul Cavabdeh tam olaraq ödənilmiş və sözügedən 2 ədəd taxta qapı Cavabdeh qalmışdır. Odur ki, iddia təmin olunmalı Cavabdeh 630 manat dəyərində 2 ədəd taxta qapıların və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 630 manat dəyərində 2 ədəd taxta qapılar və ödənilmiş 30 manat dövlət rüsumun alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-274/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-274/2023
14.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver