Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-274/2025 17.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6700 manat pulun və ödənilmiş 87 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhərindən tanımışdır. 11 iyul 2022-ci il tarixdə ehtiyacı olduğu üçün Cavabdeh 6700 manat borc pul vermişdir. Bununla bağlı öz aralarında müqavilə bağlamışlar. Həmin müqaviləyə Cavabdeh imza etmiş və qeyd olunan məbləği 01 iyun 2023-cü il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır və hesab edir ki, Tərminə onun pulunu vermək istəmir. Pulun qaytarılması üçün o, cavabdehə rəsmi məktub göndərsədə, heç bir nəticəsi olmamışdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə Xırdalan şəhərində tanış olmuşdur. Cavabdeh ona pensiya düzəldəcəyini bildirmişdir. Pensiyanı düzəldə bilməsə pulunu qaytaracağına söz vermişdir. Bu səbəbdən o polisə şikayət etməmişdir. Hafiz adlı şəxsi tanımamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə tanışlığı sonuncunun evinin satılması ərəfəsində olmuşdur. Bununla bağlı Tərminə ilə söhbət edərkən sonuncu onun qolunda olan çapıq izləri ilə maraqlanmış və ona müvafiq pul müqabilində əlilliklə bağlı pensiya düzəldəcəyini vəd etmişdir. Bundan sonra o Cavabdeh tələb etdiyi 6700 manat məbləği anasının və bacısının iştirakı ilə sonuncuya vermişdir. Lakin Tərminə hal-hazıradək onun pulunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı tanımır o, Ağstafa rayon sakini Hafiz adlı şəxsin dostu olmaqla ona pul vermiş və ona hər-hansı bir miqdarda pul verməmişdir. İddiaçı guyaki onun dələduzluq etməsi ilə bağlı polis şöbəsinə şikayət ərizəsi vermiş, cinayət işi Qazax RPŞ-nin icraatındadır. Hazırda iddia ərizəsinə əlavə edilmiş əqdlər onun tərəfindən bağlanmamışdır. Belə ki, o gözündən 1ci qrup əlildir və görmə qabiliyyəti yoxdur. İddiaçı Masallı rayon sakini olduğu təqdirdə, onu tanımadan ona pul verməsi, yəni tanımadığı şəxsə bir belə borc verməsi gülməli, qanunsuz və əsassızdır. Əqddə olan şahidlərdən Şahid2 və Şahid3 tanımır. Onları heç bir zaman görməmişdir, əqdləri Ağstafa şəhərində tanımadığı şəxs Hafizin deməsinə əsasən tərtib etmiş, ona oxutmadan qol çəkdirmiş, əqd bağlanan zaman orada yalnız Hafiz olmuşdur. İddiaçı sözügedən pulu Şahid1 vermiş, hazırda Hafizin qurması ilə ona böhtan edir. Əqdə imza edən şəxsləri heç vaxt görməmişdir və uydurma əqd Hafizin oyunlarıdır. Odur ki, işə onun iştirakı olmadan baxılması, Qazax RPŞ-dənİddiaçı verdiyi şikayət ərizəsi, izahat, onunla üzləşmə protokolu və ərizələrin surətlərini alaraq hazırki iş materialları ilə birgə tədqiq edilməsi, eyni zamanda Şahid1, Şahid2 Allahverən qızı və Şahid3 şahid qismində dindirilməsini təmin edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı adlı şəxsi tanımır və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. İlk dəfədir ki, həmin şəxsi görür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Allahverən qızı verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun oğludur. O ev alqı-satqısı ilə məşğul olur. Oğlu Tərminənin evini satarkən, sonuncu oğluna pensiyasını düzəldəcəyini bildirmişdir. Bununla bağlı Xırdalan şəhərində Kristal Abşeronda yerləşən restoranda görüşüb oğlu Cavabdeh onun və qızı Şahid3 yanında pul vermişdir. Cavabdeh da öz növbəsində əgər pensiyanı düzəldə bilməsə pulunu qaytaracağına söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun qardaşıdır. Tərminə qardaşının pensiyasını düzəldəcəyini bildirmişdir. Bununla bağlı Xırdalan şəhərində Kristal Abşeronda yerləşən restoranda görüşüb anası və qardaşı ilə birlikdə pulu Tərminəyə vermişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə şahidlərin yanında 6700 manat məbləğində pulu borc almış və 2023-cü ilin iyun ayının 01-də həmin məbləğdə pulu ona qaytaracağına dair öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı şahidlərin yanında 6700 manat pulu borc aldığını və 2023-cü ilin iyun ayının 01də həmin məbləğdə pulu ona qaytaracağına dair öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 6700 (altı min yeddi yüz) manat məbləğində pulun cavabdehə pensiya düzəltmək adı ilə verməsini təsdiq edən sübutları, yəni tərəflər arasında tərtib edilərək, imza edilmiş ərizəni və qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin sənədlərlə müəyyən olunur ki, 6700 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 6700 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 87 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat pul və 87 (səksən yeddi) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-274/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-274/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver