Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-275/2025 04.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5500 manat pulun və ödənilmiş 65 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qazax rayon sakini kimi tanımışdır. Cavabdeh səmimiyətindən istifadə edərək ondan pul istəmişdir və o 16 dekabr 2021-ci il tarixdə 5500 manat pulu sonuncuya şahidlərin yanında vermişdir. Bu barədə öz aralarında müqavilə bağlamışlar. Həmin müqaviləyə Cavabdeh imza etmiş və qeyd olunan məbləği 02 iyun 2023-cü il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır və hesab edir ki, Tərminə onun pulunu vermək istəmir. Belə ki, Tərminədən pulunu istədikdə onları təhqir edir və pulu qaytarmaqdan imtina edir. Pulun qaytarılması üçün o, cavabdehə rəsmi məktub göndərsədə, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, o Cavabdeh 5500 manat pulu anasının və qardaşının iştirakı ilə vermişdir. Cavabdeh borcunu 02 iyun 2023-cü il tarixdə qaytaracağına söz versə də, lakin Tərminə hal-hazıradək onun pulunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı tanımır, o, Ağstafa rayon sakini Hafiz adlı şəxsin qohumu olmaqla ona pul vermiş və ona hər-hansı bir miqdarda pul verməmişdir. İddiaçı guya ki, onun dələduzluq etməsi ilə bağlı Ağstafa rayon polis şöbəsinə şikayət ərizəsi vermiş, cinayət işi Qazax RPŞ-nin icraatındadır. İddiaçı, eləcədə əqdə qol çəkmiş Şahid2 və Şahid3 Ağstafa RPŞ-yə şikayət ərizəsi vermişlər və onların şikayətlərinə görə o, 10 aya yaxın həbsdə qalmışdır. Hazırda iddia ərizəsinə əlavə ediİmiş əqdlər onun tərəfindən bağlanmamışdır. Belə ki, o gözdən birinci qrup əlildir və görmə qabiliyyəti yoxdur. İddiaçı onu tanımadan ona pul verməsi, yəni tanımadğı şəxsə bir belə borc verməsi gülməli, qanunsuz və əsassızdır. Əqddə olan şahidlərdən Şahid2 və Şahid3 onun barəsində şikayət etdikdən sonra tanımışdır. Həmin şəxslər Hafizin yaxın qohumları olmaqla Hafizə verdikləri pulu ondan tələb edirlər və bu əqdlər Hafiz tərəfindən bağlanmışdır. Eyni zamanda İddiaçı sözügedən pulu Şahid1 vermiş, hazırda Hafizin qurması ilə ona böhtan edir. Əqdə imza edən şəxsləri heç vaxt görməmişdir və bu uydurma əqd Hafizin oyunlarıdır. İddiaçı pulu Hafiz adlı şəxs tərəfindən istintaq orqanında qaytarılmış və o bu barədə Ağstafa RPŞ-də ərizə vermişdir. Odur ki, işə onun iştirakı olmadan baxaraq, Qazax RPŞ-dən İddiaçı verdiyi ərizə və izahat, onunla üzləşdirmə protokolu və ərizələrinin surətlərini alaraq iş materiallarının birgə tədqiq edilməsi, eyni zamanda Şahid1, Şahid2 və Şahid3 şahid qismində məhkəmədə dindirilməsini təmin edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəsiniz. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, vəsatətində qeyd edilən sənədlərin müvafiq orqanlardan alınıb iş materiallarına əlavə etmək məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun oğludur və onunla birlikdə yaşayır. Cavabdeh onlara gəlib-getmişdir. Tərminə oğlu Talehdən borc pul istəmişdir, sonradan borcunu qaytarmadığı üçün müqavilə bağlamışlar. Cavabdeh ərizəsində qeyd etdiyi cinayət işi oğlu Nəsiminin oğluna pensiya düzəldilməsi ilə bağlı olmuşdur. Həmin iş üzrə o və oğlu Nəsimi polis şöbəsində dindirilmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun qardaşıdır və o ata evində yaşayır. Cavabdeh onlara gəlib-getmişdir. Tərminəni qardaşı Talehin vasitəsi ilə tanımışdır. X4 5500 manat pul vermişdir. Lakin həmin pulunə məqsədlə verdiyini bilmir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh kənddə paltar satmışdır, kəndin xeyir-şər işlərində iştirak etmişdir. Tərminə ilkin olaraq İddiaçı anasından pensiya ilə bağlı pul almışdır. Daha sonra isə İddiaçı borc pul almışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Əsgərova X1 Taleh Saleh oğlundan xx.xx.2021-ci il tarixdə şahidlərin yanında 5500 manat məbləğində pulu borc almış və həmin pulu 02 iyun 2023-cü il tarixdə ona qaytaracağına dair öhdəlik götürmüşdür. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı şahidlərin yanında 5500 manat pulu borc aldığını və həmin pulu 02 iyun 2023cü il tarixdə ona qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş Qazax Rayon Polis Şöbəsinin 04 aprel 2025-ci il tarixli məktubundan və əlavə olunmuş izahat, dindirmə və üzləşdirmə protokolu və ərizələrinin surətlərindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Ağstafa rayonu Qara Həsənli kəndində yaşayan İddiaçı deyil, onun anası X2 2021-ci ilin dekabr ayında Cavabdeh təqaüdün bərpa edilməsi məqsədilə 5500 manat verməsi və onun tərəfindən aldadılması barədə müraciəti əlavə edilmiş və o, həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş, Cavabdeh ilə üzləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 5500 (beş min beş yüz) manat məbləğində pulun cavabdehə borc verməsini təsdiq edən sübutları, yəni tərəflər arasında tərtib edilərək, imza edilmiş ərizəni və qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin sənədlərlə müəyyən olunur ki, 5500 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 65 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat pul və 65 (altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-275/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-275/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver