Məhkəmə qərarları › İş №2(023)-276/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-276/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-276/2025 25.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 fevral 2022-ci il tarixdə Cavabdeh 2000 manat borc pul vermişdir. Bununla bağlı öz aralarında müqavilə bağlamışlar. Həmin müqaviləyə Cavabdeh imza etmiş və qeyd olunan məbləği 15 iyun 2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin Tərminə hələdə onun pulunu qaytarmamışdır və hesab edir ki Tərminə onun pulunu vermək istəmir. Tərminənin ondan borc pul alması ilə bağlı şahidləri də vardır. Borcun qaytarılması üçün o, cavabdehə rəsmi məktub göndərsədə, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin mıəzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh 2000 manat pulu verərəkən onunla müqavilə bağlamışlar, müqaviləni Cavabdeh imzalamış və qeyd olunan məbləği 15 iyun 2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür. Hazırda cavabdeh həmin pulu ödəməkdən yayınır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, İddiaçı tanımır o, Ağstafa rayon sakini Hafiz adlı şəxsə pul vermiş və ona hər-hansı bir miqdarda pul verməmişdir. Bununla bağlı cinayət işi Qazax RPŞ-nin icraatındadır. Hazırda iddia ərizəsinə əlavə edilmiş əqdlər onun tərəfindən bağlanmamışdır. Belə ki, o gözündən 1ci qrup əlildir, yazı yazmaq və imza etmək qabiliyyəti yoxdur. İddiaçını tanımır, onun iddiası qanunsuz və əsassızdır. Odur ki, işə onun iştirakı olmadan baxılması, Qazax RPŞ-nin icraatında olan materialların surətini alaraq hazırki iş materialları ilə birgə tədqiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun dayısıdır. Dayısının evində yığıncaq olan vaxt Cavabdeh da orada olmuşdur və o, oğlunun təhsil haqqını ödəmək üçün 2000 manat lazım olduğunu bildirmişdir. Dayısı həmin günlərdə heyvan satmış və həmin pulu borc olaraq Tərminəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun qonşusudur. O Təhminəni Nazilə müəlliməgildə görmüşdür. Orada İddiaçı Cavabdeh oğlunun təhsil haqqını ödəmək üçün 2000 manat pul vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğində pulu X4 və X1 şahidliyi ilə almış və həmin pulu xx.xx.2023-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarix İddiaçı 2000 manat məbləğində pul aldığını və həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 2000 (iki min) manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni tərəflər arasında tərtib edilərək, imza edilmiş ərizəni və qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin sənədlərlə müəyyən olunur ki, 2000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar