Məhkəmə qərarları › İş №2(023)-292/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-292/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-292/2024 01.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Fəxrəddin oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 01 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixdə doğulmuş Şəfəq və xx.xx.2017-ci ildə doğulmuş Mövlanın saxlanılması üçün ayda 235 manat olmaqla, cəmi 470 manat alimentin və həmin uşaqların müayinə və müalicə xərclərinə görə ayda hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müalicə xərcinin, eləcə də 50 manat mediasiya xərcinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-356/2020 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2015-ci il tarixdə doğulmuş Şəfəq və xx.xx.2017-ci ildə doğulmuş Mövlanın ssaxlanılması üçün ayda hər uşağa 170 manat olmaqla, cəmi 340 manat aliment və həmin uşaqların müayinə və müalicə xərclərinə görə ayda hər uşaq üçün 50 manat, cəmi 100 manat müalicə xərci müəyyən olunmuşdur. Hazırda heç bir yerdə işləmir və uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh ödədiyi aliment pulu ilə uşaqlarını saxlamaqda çətinlik çəkir. Bundan əlavə uşaqları tez-tez xəstələnir və onların müalicəsi üçün təyin olunmuş məbləğ onların dərmanlarının alınmasında azlıq edir. Cavabdeh maddi imkanının yaxşı olmasına baxmayaraq təyin olunmuş alimentdən əlavə heç bir maddi yardım göstərmir. Uşağlarının tələbatlarını təkbaşına təmin edə bilmir. Cavabdeh Dövlət Neft Şirkəti “Azneft” İB-də işləməklə bərabər əlavə ticarətlə məşğul olur. Aylıq qazancı 1000-1500 manat təşkil edir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı qəbul etməyərək iddia ərizəsində göstərilənlərin tamamilə əsassız olduğunu və heç bir mötəbər sübuta söykənmədiyini qeyd etmişdir. O iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində aliment ödəyir. Bundan əlavə həmin uşaqlarin müayinə və müalicəsi üçün hər ay hər uşağa görə 50 manat, cəmi 100 manat məbləğində müalicə xərci ödəyir Beləliklə, ayda ümumilikdə 440 (dörd yüz qırx) mahat məbləğində pul ödəyir. Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-356/2020 saylı qətnaməsi ilə həmin məbləğdə aliment və müalicə xərci müəyyən edilərkən, o ayda 744.69 manat məbləğində əmək haqqı almışdır. Həmin dövrdə quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində işləmişdir və ağır işlərin öhdəsindən gələ bilirdi. Lakin, səhhətində yaranmış ciddi problemlərlə bağlı (diaqnoz - "sağ əl biləyinin dirsək sümüyü stiloid çıxıntısının köhnə bitişməmiş sınığı") üzərində cərrahiyyə aparıldığına görə artıq əmək qabiliyyəti (sağlamlığı) ağır işdə çalışmağa imkan vermədiyindən, başqa yəni, əmək funksiyası yüngül işdən ibarət olan əmtəə operatoru vəzifəsinə keçirilmişdir ki, bu vəzifənin aylıq əmək haqqısı da cəmi 657.74 manat təşkil edir. Göründüyü kimi, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)- 356/2020 saylı qətnaməsi ilə aliment və müalicə xərci müəyyən edildikdən sonra onun maddi vəziyyətində müsbət deyil, mənfiyə doğru dəyişiklik olmuşdur. Yəni, əmək haqqı əvvəlkinə nisbətən xeyli dərəcədə azalmışdır. Göründüyü kimi, o iki uşağın saxlanılması üçün ayda (həm aliment, həm də icə xərci daxil olmaqla) ümumilikdə 440 manat miqdarında aliment ödəyir. Bu məbləğ onun aldığı 657.74 manat əmək haqqından tutulur və əmək haqqından ona 217.74 manat qalır. Ayda 217.74 manat məbləğində pul heç onun özümün müalicələrinə yetmir. Belə olduğu halda, alimentin və müalicə xərcinin miqdarı artarsa, o son dərəcə ağır vəziyyətə düşə bilər. Bu halın baş verəcəyi isə onun hüquqlarının pozulmasına dəlalət edir. Həmçinin o, iddiaçı ilə boşandıqdan sonra başqa qadınla nikaha daxil olaraq evlənmişdir və yaxın zamanlarda övladı dünyaya gələcək Hesab edir ki, bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdehin iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək üçün maddi imkanı yoxdur. Cavabdehin səhhətində problemlər olduğundan ayda 657 manat əmək haqqı alır. Belə ki, cavabdeh əməliyyat olunduqdan sonra daha yüngül işə keçmişdir, bu səbəbdən əmək haqqı azalmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, tərəflər 10 iyun 2015-ci ildə 1357 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 01 avqust 2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(023)- 356/2020 saylı qətnamədən görünür ki, Qazax Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(023)-1941/2017 saylı qətnamə ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 01 avqust 2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh ayda hər uşaq üçün 170 manat, cəmi 340 manat aliment və həmin uşaqların müalicə və müayinə xərclərinə görə 21 yanvar 2020-ci ildən başlayaraq ayda hər uşaq üçün 50 manat, cəmi 100 manat müalicə xərci tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh “Sağ mil-bilək oynağının iki proyeksiyada çəkilmiş rentgenoqrammasında dirsək sümüyünün bizəbənzər çıxıntısının sınığı” diaqnozu ilə xəstədir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, qətnamə qəbul edilməsindən keçən müddət ərzində uşaqların tələbatının artmasını nəzərə alaraq belə hesab edir ki, iddia alimentin məbləğinin dəyişdirilməsi hissəsində təmin edilməli, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla 01 avqust 2015-ci ildə anadan olmuş X6 və 19 iyul 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən ayda hər uşağa 220 manat alimentin sabit pul məbləğində tutularaq iddiaçıya verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, iddia tələbinin uşaqların müayinə və müalicə xərclərinə görə ayda hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müalicə xərcinin tutulması hissəsinə qiymət verərərk hesab edir ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının himayəsində olan 01 avqust 2015-ci ildə anadan olmuş X6 və 19 iyul 2017-ci ildə anadan olmuş X4 adlı uşaqların diaqnozunda əvvəlki dövrə, yəni Qazax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(023)-356/2020 saylı qətnaməsi çıxdığı dövrə münasibətdə ağırlaşma halları müşahidə olunmur, əlavə müalicəyə ehtiyaclarının olması ilə bağı hər hansı bir yeni diaqnozun olması ilə bağlı və eyni zamanda iddiaçı uşaqların müalicəsi üçün çəkdiyi xərclərlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bu Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 5280 manat məbləğində təşkil etdiyindən 30+42.80 manat, cəmi 72.80 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(023)-356/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 01 avqust 2015-ci ildə anadan olmuş X6 və 19 iyul 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 170 manat sabit pul məbləğində alimentə dair hissədə artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 01 avqust 2015-ci ildə anadan olmuş X6 və 19 iyul 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(023)-356/2020 saylı qətnaməsi ilə uşaqların müayinə və müalicə xərclərinə görə Cavabdeh tutulan ayda hər uşaq üçün 50 manat, cəmi 100 manat müalicə xərcinin artırılaraq, ayda hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müalicə xərcinin tutulması hissəsində təmin edilməsin. Cavabdeh 72.80 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar