Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-305/2024 04.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 04 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 583 əyyarlı çəkisi 64 qram qiyməti 5760 (beş min yeddi yüz ahımış) manat olan 1 ədəd moruq boyunbağı və 583 əyyarlı çəkisi 16.5 qram qiyməti 1480 (bir min dörd yüz səksən) manat olan 1 ədəd moruq qolbağıdan ibarət olan qızıl- zinət əşyalarını, həmin qızıl-zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 7240 (yeddi min iki yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Qazax şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi Kolxoz bazarının ətrafında özünə məxsus mağazasında qiymətli metalların və qiymətli daşların alqı-satqısı, dövriyyəsi ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehi uzun müddətdir ki, tanıyır, bir-birlərinə etibarları yaranmışdır. Cavabdeh zərgər işləyir, dəfələrlə onun qızıl-zinət əşyalarını təmir edib. Cavabdeh ondan təmir üçün götürdüyü qızıl-zinət əşyalarını vaxtı-vaxtında təmir edib, qaytarıb. Buna görədə onun cavabdehə hörməti və etibarı yaranmışdır. O, xx.xx.2022-ci il tarixdə cavabdeh X5 qiyməti 5760 (beş min yeddi yüz altımış) manata 583 əyyarlı çəkisi 64 qram olan 1 ədəd moruq boyunbağını və qiyməti 1480 (bir min dörd yüz səksən) manata 583 əyyarlı çəkisi 16.5 qram olan 1 ədəd moruq qolbağını 3 gün müddətinə təmir etmək üçün vermişdir. Həmin vaxtı, öz aralarında müqavilə yazmışlar və müqavilənin doğruluğunu cavabdeh X6 öz imzası ilə təsdiqləmişdir. Həmin tarixdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh ona olan 7240 (yeddi min iki yüz qırx) manat dəyərində olan 1 ədəd moruq boyunbağını və 1 ədəd moruq qolbağını qaytarmamışdır. Dəfələrlə Cavabdeh təmir üçün götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını xahiş etsə də, Cavabdeh onu aldadaraq təmir üçün götürdüyü qızıl-zinət əşyalarını qaytarmaqdan yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı qiyməti 5760 manat olan çəkisi 64 qram olan 583 əyarlı moruq boyunbağını, qiyməti 1480 manat olan çəkisi 16,5 qram olan 583 əyarlı moruq qolbağını təmir etmək üçün qəbul etmişdir. Həmin qızıl-zinət əşyalarını 3 günə keyfiyyətli olaraq təmir edib İddiaçı qaytaracağını öhdəsinə götürmüşdür. Təmir üçün qəbul etdiyi qızıl-zinət əşyasını üzürlü və ya üzürsüz əbdən korlasa, itirsə, başqasına versə, satsa, təmir edilməsi üçün başqa şəxsə versə, qəbul etdikdən sonra qızıl-zinət əşyasının əvvəlcədən keyfiyyətsiz olmasını və yaxud əvvəlcədən korlandığını və s. bəhanələri gətirsə, o halda bütün məsuliyyəti öz üzərimə götürmüşdür. Heç bir halda müqavilənin şərtlərini pozmamağa söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qızıl-zinət əşyaları verərək təmir etməsini xahiş etmişdir. Bununla bağlı tərəflər arasında yazılı müqavilə bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyindən, İddiaçı 583 əyyarlı çəkisi 64 qram qiyməti 5760 (beş min yeddi yüz ahımış) manat olan 1 ədəd moruq boyunbağı və 583 əyyarlı çəkisi 16.5 qram qiyməti 1480 (bir min dörd yüz səksən) manat olan 1 ədəd moruq qolbağıdan ibarət olan qızıl- zinət əşyalarını, həmin qızıl-zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 7240 (yeddi min iki yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı qiyməti 5760 manat olan çəkisi 64 qram olan 583 əyarlı moruq boyunbağını və qiyməti 1480 manat olan çəkisi 16,5 qram olan 583 əyarlı moruq qolbağını təmir etmək üçün Cavabdeh verməsi iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı, həm də iş materiallarındakı sübutlarla öz təsdiqini tapmışdır. Öhdəliyin icra edilməsini sübutetmə yükü öhdəliyi icra etməli olan şəxsin üzərinə düşür. Cavabdeh öz öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 583 əyyarlı çəkisi 64 qram qiyməti 5760 (beş min yeddi yüz ahımış) manat olan 1 ədəd moruq boyunbağı və 583 əyyarlı çəkisi 16.5 qram qiyməti 1480 (bir min dörd yüz səksən) manat olan 1 ədəd moruq qolbağıdan ibarət olan qızılzinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 7240 (yeddi min iki yüz qırx) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 583 əyyarlı çəkisi 64 qram qiyməti 5760 (beş min yeddi yüz ahımış) manat olan 1 ədəd moruq boyunbağı və 583 əyyarlı çəkisi 16.5 qram qiyməti 1480 (bir min dörd yüz səksən) manat olan 1 ədəd moruq qolbağıdan ibarət olan qızıl- zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadıqda onların ümumi dəyəri olan 7240 (yeddi min iki yüz qırx) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-305/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-305/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver