Məhkəmə qərarları › İş №2(023)-308/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-308/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-308/2024 01.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı ABDİ QİZİNİN nümayəndəsi OĞLUNUN və Cavabdeh Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında İddiaçı ABDİ QİZİNİN Cavabdeh qarşı qızıl-zinət əşyalarını və ya onların dəyəri olan pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ABDİ QİZİNİN Cavabdeh qarşı qızıl-zinət əşyalarını və ya onların dəyəri olan pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ABDİ QİZİNİN nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş və mülki işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmişdir. Cavabdeh məhkəmə iclasında bildirişdir ki, o hal-hazırda Lənkəran rayonunda qeydiyyatdadır. Mülki işin də Lənkəran Rayon Məhkəməsinə göndərilərək orda baxılmasını iştəmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra Cavabdeh şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, o LƏNKƏRAN ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV PROSPEKTİ, 85 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh ünvanı Lənkəran rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ABDİ QİZİNİN Cavabdeh qarşı qızıl-zinət əşyalarını və ya onların dəyəri olan pul tələbinə dair 2(023)-308/2024 saylı mülki iş aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar