Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-316/2024 24.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxilədən azad edilmə tələbinə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən kameraların onun evi və həyətyanı torpaq sahəsinin görülməcəyək qədər yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunmun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,0999 ha torpaq sahəsində 192.2 kv.metr ev onun mülkiyyətindədir. Cavabdehlər onun qonşularıdır. Cavabdehlər qanunsuz olaraq mülkiyyətini təqib edirlər. Belə ki, onlar özlərinə məxsus torpaq sahəsində 9 metr hündürlükdə dəmir dirəkdə 04 ədəd kamera (360 rədəcə) quraşdıraraq onun evini qanunsuz təqib edir. Sözügedən kamera onun həyətyanı torpaq sahəsini çəkir və daimi olaraq qeydiyyatını aparır. Eyni zamanda cavabdehlər torpaq sahəsinə iri həcmli işıqlar qoymuşdur ki, sözügedən işiqların təsirindən yatmaq mümkünsüz hal almışdır. Bu kameralarla onun şəxsi ailə sirri pozulur. Eyni zamanda sözügedən kameralar gecə 24:00-03:30 radələrində polis səsləri və digər vaxtlarda müxtəlif səslər çıxarır. O çöl sahəsində işlədiyi üçün məcburiyyətdən üst geyimlərini evin həyətində çıxarmalı oldğundan kameralar onu çəkməməsi üçün evinin həyətindən sərbəst istifadə edə bilmir. Sözügedən evdə azyaşlı qızı və xəstəsi yaşayır ki, kameraların çəkməsi onlarında hüquqlarını kobud şəkildə pozur. Sözügedən kameraların sökülməsini deyil, onun evi və həyətyanı topraq sahəsini çəkməyəcək səviyədə endirilməsini, yəni onun və ailə üzvlərinin qanunsuz müdaxilədən azad edilməsini istəyir. Bu barədə rayon rəhbərlərinə müraciət etsə də, müraciətinə müsbət qərar verilməmiş, nəticədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəməyə göndərdiyi etiraz ərizəsində İddiaçı iddia ərizəsini əsassız və qeyri-qanuni hesab edərək göstərmişdir ki, Qazax rayonu, Hüseynbəyli kənədində yerləşən fərdi yaşayış evi və həmin evə məxsus həyətyanı torpaq sahəsi onun şəxsi mülkiyyətindədir, həmin evdə təkcə o qeydiyyatdadır. Bu baxımdan oğlu X4 və qızı Cavabdeh2 həmin işdə cavabdeh ola bilməzlər, çünki onlar iddiaya cavab verməli olmayan şəxslərdir və Bakı şəhərində yaşayırlar. 2016-cı ildə onun qeyd etdiyi ünvandakı evindən və həyətyanı torpaq sahəsindən oğurluq hadısəsi olmuşdur, bu barədə o Qazax rayon Polis Şöbəsinə və 102 saylı Polis Xidmətinə ərizə ilə müraciət etmişdir, ərizəsinə əsasən fakt üzrəcinayət işi başlanılmış,ekspertiza təyin edilmiş və onun evindən oğurluq hadisəsi olması öz təsdiqini tapmışdır. 2020 - 2021-ci illərdə qeyd etdiyi ünvandakı evinin həyətyanı sahəsi yandırılmış, həyətyani sahəsində olan bar verən ağacların hamısı yanıb külə dönmüşdür. 2021-2022-ci illərdə o həyat yoldaşı ilə birlikdə Bakıda övladlarının yanında olmuşdur, pandemiyaya görə rayona gediş-gəliş məhdudlaşdırıldığından İddiaçı həyətyanı sahəsində olan tut ağaclarını kəsmiş, hasarı söküb 12 metr məsafədə onun həyətyani torpağını zəbt etmişdir. Bütün bu əsaslara görə o məcburiyyətdən, evi yiyəsiz olduğundan, evindən və həyətyanı sahəsindən tez-tez oğurluq hadisəsi baş verdiyindən, evinin həyətyanı sahəsinin düz ortasında kamera quraşdırmışdır ki, gün ərzində evində və həyətyanı sahəsində baş verənləri izləyə bilsin. Əlavə olaraq onu da qeyd edir ki, İddiaçı həyətyanı sahəsində quraşdırılmış kameranın götürülməsi barədə əvvəllər də ona qarşı məhkəməyə iddia ərizəsi vermiş, lakin onun iddia ərizəsi təmin edilməmişdir. O, həyətyanı sahəsində olan kamera ilə əlaqədar 12 dəfə 102 saylı Xidmətinə müraciət etmiş, lakin onlar bunun onların vəzifə səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. İddiaçı ona qarşı həyətyanı sahəsində quraşdırılmış kamera ilə əlaqədar 2 dəfə məhkəməyə müraciət etməsi, 12 dəfə saylı Polis Xidmətinə müraciət etməsi onu həddindən artıq çox narahat edir, evinin həyətyanı sahəsinin təhlükəsizliyinə mane olur. Həyətyanı sahəsində quraşıdırlmış kamera və həyətyani sahəsində yanan işıq iddiaçıya hər hansı bir narahatçılıq törətmir. Qeyd olunanlara əsasən İddiaçı ona qarşı “qanunsuz müdaxilədən azad edilmə tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəməyə göndərdiyi teleqramda işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X5 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə 501-3/178 inventar nömrə ilə X3 və İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,0999 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsi ümumi birgə İddiaçı, fərdi yaşayış evi ¾ hissə, torpaq sahəsi ümumi birgə X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/873 saylı məlumatdan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının predmetinə müxtəlif rəqəmsal məlumat daşıyıcılarında, o cümlədən smartfonlarda olan məlumatların, müxtəlif proqram məhsullarının müəyyən edilməsi, onların mübadiləsi nəticəsində yaranan rəqəmsal izlərin, pozulmuş məlumatların bərpası, rəqəmsal hesablama sistemlərində baş vermiş hadisələrin təhlili və elektron yaddaşın fəaliyyətinə aid digər bu tipli suallar aiddir. Hər hansı bir kameranın normalara uyğun quraşdırılıb-quraşdırılmaması, quraşdırlmış kameranın digər vətəndaşa maneçilik yaradıb-yaratmamasının müəyyən edilməsi cihazın yaddaşında rəqəmsal izlərlə müəyyən edilmir. Məlumat üçün bildirilir ki, ekspert qarşısında qoyulan suallarda göstərilən kameranın normalara uyğun quraşdırılıbquraşdırılmamasının müəyyən edilməsi üzrə Məhkəmə Mərkəzində hər hansı bir ekspertiza aparılmır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilir. İşdə olan xx.xx.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndindıə İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, mübahisəli evdə yerləşən kameraların cavabdehlərə məxsus evin hasarının içərisində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1 və 171.2-ci maddələrinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində İddiaçı mübahisələndirdiyi kameralar cavabdehlərin yaşadığı X5 həyətində quraşdırılmışdır və bu hal İddiaçı öz sahəsindən istifadə etməkdə ona maneçilik yaratmır və ya hüququnu pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz müdaxilədən azad edilmə tələbi barədə iddiası rədd edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-316/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-316/2024
24.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver