Məhkəmə qərarları › İş №2(023)-360/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-360/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-360/2023 23.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı eyni zamanda X2 hüquqi varisi və Cavabdeh nümayndəsi vəkil X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 fevral 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı və X4 məhkəmədə iddia qaldıraraq, cavabdehdən 2000 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun birdəfəlik tutulub, onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(023)-901/2017 nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh 2000 (iki min) ABŞ dolları alınan anda məzənnəyə uyğun manatla borc pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı və X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh 13 yanvar 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(023)-901/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(023)-901/2017 nömrəli qərardadına əsasən İddiaçı və X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(023)-901/2017 nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı eyni zamanda X1 hüquqi varisi iddianı müdafiə etmiş və bildirmişdir ki, Qazax rayonu, Dəmirçilər kəndində yaşayan Cavabdeh onlarla birlikdə Türkiyə Cumhurriyətində işləmişlər. Cavabdeh qohumları olduqları üçün bir evdə qalmış və mütəmadi olaraq ondan borc adı ilə 2000 ABŞ dolları pul almışdır. Ancaq cavabdehdən dəfələrlə pulu tələb etsə də o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. X4 12 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi vəkil X5 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, sözügedən qiyabi qətnamə qəbul edilən zaman iddiaçı Türkiyə Respublikasında olmuşdur. Həmin qətnamənin qəbul edilməsindən onun məlumatı olmamışdır. Cavabdehin iddiaçı Gülbarə Rüstəmovaya iddia ərizəsində göstəriən məbləğdə borcu yoxdur. İddiaçının həmin məbləğdə borcu olması barədə hansı bir subutu yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh onlarla birlikdə Türkiyə Cumhurriyətində mütəmadi olaraq ondan borc adı ilə 2000 ABŞ dolları pulu cavabdehə verdiyini iddia etsə də, həmin məbləğdə pulu Cavabdeh verməsi barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar