Məhkəmə qərarları › İş №2(023)-37/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-37/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-37/2024 20.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə 20 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 4000 (dörd min) AZN pulun alınaraq İddiaçı xeyrinə vurulmuş maddi zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax şəhər Bələdiyyəsindən 18 sentyabr 2019-cu il tarixdə AN №0803623 qeydiyyat nömrəli alqı-satqı müqaviləsilə 0.6 ha torpaq sahəsini öz adına alıb. Həmin aldığı torpaq sahəsində 8 (səkkiz) ədəd ərik ağacına hər il qulluq edib 200 kq az olmayaraq məhsul yığırmış ağaclarına vaxtlı-vaxtında qulluq etdiyi üçün sağlam gövdəli, hər birinin diametrləri 25-30 sm, məhsuldar ərik ağacları olmuşdur. Hər il qulluq edib məhsulunu satırmış. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində ağaclarına baxmağa gedəndə, ağacları kəsildiyini görmüşdür. Maraqlananda Cavabdeh ağaclarını kəsərək aparır, soruşanda ki, niyə ağaclarını kəsib, ona deyib ki, “haqq eləmişəm, özüm əkmişəm, özümdə kəsirəm”. Həmin kəsilmiş ağaclarda onun həyətində imiş. Belə olan halda ona dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ona ödəməsini orta bazar qiymətilə Qazax Rayon Polis X2 xx.xx.2023-cü il tarixli, 577 № li məktubla DAİM-a müraciət edərək qiymətləndirilmişdir.DAİM-in verdiyi Rəyə əsasən o, 8 ədəd ağacdan hər biri azı 25 kq məhsul verdikdə 8 əd* 25 kq =200 kq, kiloqramı 200 kq * 2 manat =400 manat bir məhsul ili üçün qazanc götürürmüş. Qarşıdakı 10 il ərzində hər il 400 manat gəlir əldə etməklə hesabladıqda 10 il* 400 manat=4000 manat fayda qazana bildiyi halda cavabdeh ağacı kəsməklə onu gəlirdən məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə idida ərizəsi ilə eyni məzmunlu izahat verərək, ekspertiza rəyi ilə razılaşdığını bildirib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi böyük meşəlik olmuşdur. Həmin torpaq sahəsindən qurumuş vəziyyətdə cəmi 2 ədəd ağac kəsmişdir. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1326/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası sifariş edilmiş iş üzrə rəy alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 07 dekabr 2023-cü il tarixli 9/8447-7/1548 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli qərardada əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qazax X3 Mərkəzinin bitkiçilik sektorunun müdiri B.İ.Vəliyev tərəfindən xx.xx.2023-cü il tarixli 3-22-3- 35/2-110/2023 №-li rəyinə əsasən Qazax şəhəri "əriklik" adlanan ərazidə yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə baxış zamanı həmin ərazidə 8 ədəd kəsilmiş ərik ağacının kökləri və doğranıb yığılmış budaqları vardır. Həmin kötüklərin hər birinin diametri 20-30 santimetr olub, həmin ərik ağacları həmin əraziyə təxminən 30 il bundan əvvəl basdırılmışdır.Tədqiqata təqdim edilmiş 27 sentyabr 2023-cü il tarixli qərardada əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qazax X3 Mərkəzinin bitkiçilik sektorunun müdiri B. Vəliyev tərəfindən xx.xx.2023-cü il tarixli 3-22-3- 35/2-110/2023 №-li rəyində ərik ağacları həmin əraziyə təxminən 30 il bundan əvvəl basdırılması barədə məlumat verilsə də həmin ağaclaın dəqiq olaraq neçə illik olması barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş "Ağacların neçə illikdir" sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən və iş materialında olan Kənd Təsərrüfatı Nazirliyi Qazax X3 Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-22-3- ekspert 35/2-110/2023 №-li rəyinə əsasən qeyd edilən ərazidə mövcud olmuş 8 ədəd ərik ağaclarına çəkilən xərc və bir ildə götürüləcək gəlir, quyuların qazılması və tinglərin basdırılması hər bir quyu üçün 1 manat olmaqla 8 ədəd x 1 man = 8 man, hər bir quyuya 1 ədəd ting olmaqla 8 quyu x 1 ting = 8 ting x 3 man=24 manat, Sahənin suvarılmasına ildə 3 dəfə hər dəfəsi 5 man olmaqla 15 manat. Beləliklə, 1-ci il ağacların əkilməsinə çəkilən xərc 8 man+24 man+15 man =47 manat təşkil edir. İlk dörd ildə məhsul verənə qədər çəkilən xərc, ağacların dibinin bellənməsi və yemləmə kübrəsinin verilməsi 10 manat, suvarılması ildə 3 dəfə olmaqla 3 x 5 man =15 manat, ağacların ildə 1 dəfə budanması 5 manat, ağacların xəstəlik və zərərvericilərə qarşı dərmanlanması (dərmanla birlikdə) 10 manat. Cəmi çəkilən xərc 10 man+15 man+5 man+10 man=40 manat x 4 il= 160 manat, ağacların dibinin bellənərək suvarma çuxurların hazırlanması üçün bir ağaca 0,50 manat olmaqla 8 ədəd x 0,50 man =4 man, yazda ağacların dibinə peyin və kübrə verilməsi hər bir ağaca çəkilən xərc 1,50 manat olmaqla 8 ədəd x 1,50 manat =12 manat, suvarma ildə 3 dəfə olmaqla 3 x 5 man =15 manat, ağacların biclərinin təmizlənərək budanması və kolların sahədən çıxarılması hər ağaca 0,5 manat 8 ədəd x 0,5 man = 4 manat, ağacların xəstəlik və zərərvericilərə qarşı dərmanlanmasına ildə 2 dəfə olmaqla (dərmanla birlikdə) cəmi 10. manat. Növbəti hər ilə çəkilən xərc təxminən 45,00 (4 man + 12 man + 15 man + 4 man + 10 man) manat, 8 ədəd ərik ağacından bir ildə əldə ediləcək gəlir təxminən 400,00 (8 ağac x 25 kq x 2 manat) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublilası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin verdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Yeni Yaşayış massivində ərazisində yerləşən 1.4728 ha torpaq sahəsi Qazax Bələdiyyəsinin mülkiyyətində olmuşdur. İşdə olan, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Qazax şəhər bələdiyyəsi Qazax şəhəri Yeni yaşayış massivində yerləşən ümumi sahəsi 1.47276 ha torpaq sahəsinin 0.6 ha hissəsini İddiaçı satmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Qazax şəhər bələdiyyəsi Qazax şəhəri Yeni yaşayış massivində yerləşən ümumi sahəsi 1.47276 ha torpaq sahəsinin 0.6 ha hissəsini İddiaçı satmışdır. Həmin torpaq sahəsində 8 (səkkiz) ədəd ərik ağacına hər il qulluq edib 200 kq az olmayaraq məhsul yığırmış Ağaclarına vaxtlı-vaxtında qulluq etdiyi üçün sağlam gövdəli, hər birinin diametrləri 25-30 sm, məhsuldar ərik ağacları olmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 07 dekabr 2023-cü il tarixli 9/8447-7/1548 saylı rəyinə əsasən 8 ədəd ərik ağaclarına çəkilən xərc və bir ildə götürüləcək gəlirin ümumi məbləği 560 manat vurulmuş maddi zərər və əldən çıxmış faydanın əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 60 manat dövlət rüsumu Cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İşmateriallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 07 dekabr 2023-cü il tarixli 9/8447-7/1548 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat müştərək qaydada İddiaçı və Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərər 560 manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı və Cavabdeh müştərək qaydada 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar