Məhkəmə qərarları › İş №2(023)-370/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-370/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-370/2023 20.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3400 manat pulun, məhkəmə və yol üçün xərclədiyi vəsaitlərin, həmçinin tam məhkəmə olana qədər çəkiləcək vəsaitlərin tam şəkildə alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bacısı Fidan Cəfərovanın vasitəsi ilə tanımışdır və sonradan aralarında yaxın münasibət yaranmışdır. 2019-2020-ci il tarixlərdə o Cavabdeh telefon almaq üçün 2500 manat, övladının müalicəsi üçün isə 900 manat borc pul vermiş, Saidə həmin pulu hər ay 200 manat olmaqla qaytaracağına söz vermişdir. Həmin vaxtdan bir müddət keçsə də, Səidə borcundan heç bir ödəniş etməmişdir. 2020-ci ilin mart ayında “COVİD-19” epidemiyası ilə bağlı iş yerləri bağlandığından o, Səidənin vəziyyətini başa düşüb pulunu istəməyə utanmışdır. 2021-ci ilin fevral ayında Saidə yenidən Bakı şəhərinə gələrək özünə iş yeri tapmış və işləyib onun borcunu qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ona olan borcunu qaytarmamışdır. Bir müddət sonra Saidə ona zəng edərək bir nəfər tanışı ilə sağlamlıq mərkəzi açmaq istədiyini, onu da ortaq edəcəyini və ortaq olduğu işdən hər ay 1000 manat maaş alacağını, aldığı maaşdan hər ay onun borcunu ödəyəcəyini, lakin həmin işə düzəlmək üçün əvvəlcədən 800 manat verməli olduğunu bildirmişdir. O yenə də Saidənin vədlərinə inanıb xx.xx.2021-ci il tarixdə ona 800 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Saidədən borcunu istədikdə “WhatsApp” sosial şəbəkəsində ona səs ataraq 4000-5000 pul götürüb borcunu qaytaracağını bildirmişdir. Lakin həmin gündən sonra Saidənin telefonuna zəng çatmamışdır. Həmin vaxt o Saidənin onu aldadaraq pulunu ələ keçirdiyini anlamışdır. Cavabdehdən pulunu tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı 4 ildir tanıdığını, 2019-cu ilin noyabrdekabr aylarında İddiaçı mobil telefon almaq məqsədilə 2500 manat borc pul aldığını, həmin pulu hissə-hissə ödəyəcyi barədə söz verdiyini, lakin imkanı olmadığından ödəyə bilmədiyini bildirmişdir. 2020-ci ilin sentyabr ayında yenidən İddiaçı övladı xəstə olması səbəbindən 900 manat borc aldığını, lakin “COVİD-19” xəstəliyinin yayılması səbəbindən işləmədiyindən borcunu qaytara bilməmişdir. İşləri düz getmədiyi üçün yenidən pula ehtiyacı olmuş, 2021-ci ilin avqust ayında İddiaçı zəng vuraraq ona Masaj salonu açacağını deyib, İddiaçı da həmin işdə şərik edəcəyini, 1000 manat maaş alacağı barədə vəd verib onu inandıraraq, ondan 800 manat pul almışdır. Sonradan İddiaçı ona zəng vurub iş barədə soruşduqda müxtəlif bəhanələr gətirərək özünə vaxt qazanmışdır. Sonradan İddiaçı işin alınmadığını bilib pulunu geri istədikdə onun telefonlarına cavab verməmiş və 800 manat pulu ona qaytarmamışdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, İddiaçı dəymiş 800 manat ziyan tərəfindən xx.xx.2022-ci il tarixdə tam ödənilmişdir. Cavabdeh 2019-cu il tarixdə İddiaçı hissə-hissə olmaqla ümumilikdə 3400 manat pul alıb geri qaytarmaması ilə bağlı aralarında yaranmış münasibətlər mülki xarakterli olduğundan Cavabdeh barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış, onlar arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu hissə-hissə iddiaçıya qaytarmalı idi. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehə müxtəlif vaxtlarda olmaqla 4200 manat pulu borc verdiyini bildirmişdir. Cavabdeh da, Bakı şəhəri, Nizami rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan həqiqətən müxtəlif vaxtlarda cəmi 4200 manat borc pul aldığını etiraf etmişdir. Həmin pulun 800 manatı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən tam ödənilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləri olduğu üçün həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması- öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə,öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Göründüyü kimi Cavabdeh borc müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavbabdeh Cavabdeh iddiaçı qarşısında şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini pozduğundan cavabdehlik daşıyır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 3400 (üç min dörd yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın – məhkəmə və yol üçün xərclədiyi vəsaitlərin, həmçinin tam məhkəmə olana qədər çəkiləcək vəsaitlərin tam şəkildə alınıb ona ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində yol üçün xərclədiyi vəsaitlərin, həmçinin tam məhkəmə olana qədər çəkiləcək vəsaitlərin tam şəkildə alınıb ona ödənilməsini tələb etməsinə baxmayaraq, həmin vəsaitin hansı miqdarda olmasını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 55 manat rüsum ödənilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar