Məhkəmə qərarları › İş №2(023)-394/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-394/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-394/2023 05.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə 05 iyun 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4542 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4542 ABŞ dolları məbləğində borcun və 97.22 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh1 14 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 14 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh börcunu ödəməkdən boyun qaçırmışdır. 10 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 14 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 4542 ABŞ dolları məbləğində əldən çıxmış fayda olaraq borcu yaranmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan sənədlərdən görünür ki, 16 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 illik 16 faizlə 24 ay müddətinə 9000 manat kredit vermişdir. Cavabdeh1 10 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən 04 sentyabr 2015-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək qətnamə üzrə tutulmuş illik 16 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən götürdüyü kredit borcunu vaxtında icra etmədiyindən onun 4542 ABŞ dolları kredit borcu yaranmışdır. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2(023)-1587/2015 saylı məhkəmə əmrinə əsasən 27 avqust 1976-cı ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayan Cavabdeh1 və xx xxxxxx 1985-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuş hazırda həmin kənddə yaşayan Cavabdeh2 müştərək qaydada "xxxx"İKB-nin xeyrinə əsas məbləğ üzrə 12118 ABŞ dolları, faiz üzrə 441 ABŞ dolları, cəmi 12559 ABŞ dolları kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Məhkəmə, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli 2(023)-1587/2015 saylı məhkəmə əmrinə əsasən 27 avqust 1976-cı ildə İmişli rayonunun Murğuzallı kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayan Cavabdeh1 və xx xxxxxx 1985-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuş hazırda həmin kənddə yaşayan Cavabdeh2 müştərək qaydada "xxxx"İKB-nin xeyrinə əsas məbləğ üzrə 12118 ABŞ dolları, faiz üzrə 441 ABŞ dolları, cəmi 12559 ABŞ dolları kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Qeyd olunan məhkəmə əmrinə əsasən icra sənədini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmələrinə baxmayaraq icra etməmişlər. Odur ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4542 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4542 ABŞ dolları məbləğində borcu və 97.22 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.3-cü maddəsinə əsasən Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 97.22 manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 (beş) faizlə hesablanmış 4542 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4542 ABŞ dolları məbləğində borcu və 97.22 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar