Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-4/2023 14.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 oktyabr 2012-ci il tarixli 968 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4999,54 manat əsas, ödənilməmiş faiz borcu 2829,88 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 78.73 manat, cəmi 7908,15 manat məbləğində pul vəsaiti, həmçinin 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı və 30 manat ipoteka bildirişinin qeydiyyata alınması ilə bağlı xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, borcun bankla Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdeh X3 məxsus Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən, 368,4 kv.m ümumi sahəsi, 81,2 kv.m yaşayış sahəsi olan 34 nömrəli yaşayış evinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra X4, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ən geci bir ay ərzində əmlakları ilə birlikdə evi tərk etmələri, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları, mənzilin boşaldılaraq onların mənzildən istifadə hüququna xitam verilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankının “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 968 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərin təmin edilməsi məqsədi ilə X4 ilə Bank arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən, 368,4 kv.m ümumi sahəsi, 81,2 kv.m yaşayış sahəsi olan 34 nömrəli yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir və beləliklə banka borcu yaranmışdır.Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 4999,54 manat əsas, ödənilməmiş faiz borcu 2829,88 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 78.73 manat, cəmi 7908,15 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcun qaytarılması üçün heç bir tədbir görməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 oktyabr 2012-ci il tarixli 968 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3790,54 manat əsas, ödənilməmiş faiz borcu 608,61 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1458.63 manat, cəmi 5857,78 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş X3 məxsus Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən, 368,4 kv.m ümumi sahəsi, 81,2 kv.m yaşayış sahəsi olan 34 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracda satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və verdiyi izahatında göstərmişdir ki, həqiqətən "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. Borcunu hissə-hissə ödəyir, ona vaxt verilməsini xahiş etmişdir. 06 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, X4 17 aprel 2019-cu il tarixdə ölmüşdür. Qazax RİHB-nin Qazax şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 578 saylı arayışından görünür ki, X2 ölümündən sonra sağ olan vərəsələri X6 və Cavabdehdur. Cavabdeh X2 hüquqi varisi X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2012-ci il tarixli 968 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana aylıq faiz dərəcəsi 18% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. "xxxx" ASC-nin Gəncə filialı ilə X4 arasında bağlanmış 19 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, X3 məxsus Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən, 368,4 kv.m ümumi sahəsi, 81,2 kv.m yaşayış sahəsi olan 34 nömrəli yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 25.000 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2012-ci il tarixli Seriya RN ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evi «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 19 oktyabr 2012-ci il tarixli 968 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 3790,54 manat əsas, 608,61 manat faiz borcu, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1458.63 manat, cəmi 5857,78 manat təşkil edir. "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, nəticədə onun bank qarşısında müqavilədən irəli gələn əsas və faiz borcu yaranmışdır. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ekspert rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə ekspert rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/957-9/2070 nömrəli rəyindən görünür ki, Qazax şəhəri, M.Hüseyn küçəsində yerləşən 34 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 162000 manat (440x368,4) məbləğində, likvid dəyərinin isə təqribən (162000-10%) 146000 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) 146000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələbi qanununun tələblərinə uyğun hesab edir. Məhkəmə, iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsaitin kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə konkret olmadığından təmin oluna bilməz. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2012-ci il tarixli 968 nömrəli müqavilə üzrə 3790,54 manat əsas, 608,61 manat faiz borcu, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1458.63 manat, cəmi 5857,78 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməli, tələb üzrə tutma ipoteka predmeti olan Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 146000 (bir yüz qırx altı min) manat müəyyən edilməli, Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evi açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən məbləğ «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat xidmət haqqının Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Bununla yanaşı, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 oktyabr 2012-ci il tarixli 968 nömrəli müqavilə üzrə 3790,54 manat əsas, 608,61 manat faiz borcu, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1458.63 manat, cəmi 5857,78 (beş min səkkiz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat pul alınaraq «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Qazax şəhəri M.Hüseyn küçəsində yerləşən 34 nömrəli fərdi yaşayış evinə fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 146000 (bir yüz qırx altı min) manat müəyyən edilsin. Cavabdeh ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq «Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-4/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-4/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver