Məhkəmə qərarları › İş №2(023)-4/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-4/2024

29.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-4/2024 29.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı1, Cavabdeh Vəliəhd oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova (X9 cavabdehlər Kosalar kənd Bələdiyyəsinə və Cavabdeh Vəliəhd oğluna qarşı mövcud sənədlər əsasında 20 il istifadədə olmuş gediş-gəliş yolunun zəbtdən azad edilib bərpa olunması tələbinə dair mülki işə 29 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova (X9 cavabdehlər Kosalar kənd Bələdiyyəsinə və Cavabdeh Vəliəhd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 6 nömrəli qərarı ilə verilmiş JN-789 KOD 50100068 seryalı Torpağa Mülkiyyət hüququna X30 əsasında verilmiş torpaq sahəsi və həmin sahədən istifadə etmək üçün qeyd edilən sənədlərdə göstərilmiş cizgilərlə müəyyən edilmiş gediş-gəliş yolunun zəbtdən azad edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 6 nömrəli qərarı ilə İddiaçı1, X16 və Məmmədova (Nəsibova) Günel Şaiq qızının adına verilmiş 0,72 ha torpaq sahəsinə dair JN-789 KOD 50100068 olan Torpağa Mülkiyyət Hüququna X28 əsasən və həmin sənəddə göstərilmiş cizgilərlə müəyyən edilmiş yoldan istifadə etməklə qeyd edilən torpaq sahəsini həmin sənədin verildiyi tarixdən 28 oktyabr 2020-ci il tarixədək digər qonşularla birlikdə istifadə etmişlər. Ancaq 28 oktyabr 2020-ci il tarixdə Kosalar Kənd İƏD-nin nümayəndələrinin, Hüseynbəylı kənd İƏD-nin nümayəndələrinin, Kosalar və Canallı bələdiyyə sədrlərinin, Azərbaycan Respublukası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi bölməsinin müdir müavininin, eləçədə bir neçə nəfər Kosalar və Canallı kənd sakinlərinin iştirakları ilə Kosalar kənd sakini Cavabdeh Vəliəhd oğlunun ərizəsi əsasında Kosalar kəndi ilə Canallı kəndinin sərhəddi kimi qəbul edilmiş su arxının cənub tərəfinin Canallı kəndinə məxsus olması müəyyən edilərək 8 metr mühafizə zolağından sonra 6 metr enində gediş-gəliş yolu verildiyi qeyd edilərək mərz nişanlarının qoyulması barədə akt tərtib edilmişdir. Onun mövcud sənədlərlə müəyyən edilmiş gedişgəliş yolu faktiki olaraq zəbt edilərək bağlanmışdır. Həmin vaxt heç bir müasir ölçü cihazlarından istifadə edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastır və Ünvanlı Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı təmin edilməmişdir. O və oğlu həmin aktın tərtib edilməsində iştirak etməmişlər. Həmin akta xəstə olan zaman gətirib evdə ona imza etdirmişlər. O bu təsərrüfat ilində sahəni beçərməyə gedən zaman onların 20 il ərzində istifadə etdikləri yolu ləğv edib başqa istiqamətdən yol verildiyini, onlar öz ərazilərinə getmək üçün iki ədəd körpü inşa etmək məcburiyyətində olduqlarınıə görmüşdür ki, bu da onun maddi imkanı xaricindədir. O həmin sahədə becərdiyi yonca sahəsini biçdirə bilməmişdir, çünki həmin sahəyə yeni verilmiş yoldan texnika körpü olmadan keçə bilmir. O bununla bağlı Kosalar Kənd bələdiyyəsinə müraciət edərək, onun əvvəlki gediş-gəliş yolunu bərpa etməsini və yaxud sahəyə getmək üçün normal yol verilməsini tələb etsədə Kosalar kənd bələdiyyəsi qeyd olunan akt əsasında yol verildiyini əsas gətirərək onun tələbini təmin etməkdən imtina barədə məktubla cavab vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvanlı Reyestri Xidmətinin ona ünvanlanmış 16 aprel 2021-ci il tarixil **********09 saylı məktubunda vətəndaşlara məxsus pay torpaq sahələrinə gediş-gəliş yollarının bələdiyyələrin mülkiyyərində olduğu qeyd edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Doviət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvanlı Reyestri Xidmətinin Qazax rayon Kosalar və Canallı bələdiyyələrinə ünvanlanmış 26 may 2021-ci il tarixli **********87 saylı məktubunda isə qeyd edilmişdir ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respubikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdıq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli sərəncamı ilə Dövlət və Bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planına uyğun olaraq Qazax rayon ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sanələrı müasir ölçü aləti (GPS) vasitəsi ilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin kordinatları müəyyənləşdirilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, Kosalar kəndi ilə Canallı kəndi arasındakı sərhəddə yerləşən pay torpaq sahələrində mövcud olan uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq işçi qrupu yaradılmışdır və bu istiqamətdə işlər Qazax rayonunda aparılan zaman həmin fakta baxılacaqdır. Göründüyü kimi Kosalar kənd bələdiyyəsi bunun üçün kifayət qədər səlahiyyəti və əsası olmadan onun və qeyrilərinin 20 il müddətində istifadə etdiyikləri gediş-gəliş yolunu əsassız olaraq dəyişərək faktiki olaraq onların gediş-gəliş yolunu kəsmişdir. O faktiki olaraq öz mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Vəliəhd oğlu iddianı qəbul etməmiş, iddianı əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Kosalar bələdiyyəsinin sədri X13 məhkəməyə göndərdiyi ərizədə İddiaçı1 iddiası ilə bağlı qeyd etmişdir ki, həmin ərazidə sərhəd pozuntusu olması nəticəsində mübahisə yaranmışdır. Mübahisənin araşdırılaraq qanuna müvafiq həll edilməsi üçün xx.xx.2022-ci il tarixdə 68 nömrəli məktubla İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Kadastr və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinə rəsmi müraciət etmişdir. Həmin müraciəti ilə bağlı xx.xx.2022-ci il tarixdə 15 saylı Tovuz ərazi idarəsinin mütəxəssisləri X20 və X6, Canalı və Kosalar bələdiyyələrinin sədrlərinin və İƏD-si üzrə nümayəndələrinin iştirakı ilə sərhəddi və yolu yerində göstərərək akt tərtib edərək təhvil vermişlər. Ölçü zamanı iddiaçının iddia etdiyi yolu Cavabdeh deyil, İddiaçı1 özünün həmin ərazidə Cənalı ərazisindən aldığı pay torpağına qataraq zəbt etdiyi müəyyən edilmişdir. Kadastrın sərhəddi və yolu göstərməsinə baxmayaraq İddiaçı1 Kosalar bələdiyyəsinə aid torpağın bir qismindən əl çəkməyərək əkməkdə davam etmişdir. Yolun və sərhəddin müəyyən edilməsi ilə bağlı o təkrar olaraq ƏMDX-nin Qazax ərazi şöbəsinə xx.xx.2023-cü il tarixli 81 nömrəli məktubla rəsmi müraciət etmiş, məktubuna cavab olaraüq 09 oktyabr 2023-cü il tarixdə ƏMDX-nin Qazax ərazi sektor müdiri X1, şöbənin baş məsləhətçisi X11, dövlət Kadastr və Restr publik hüquqi şəxsin nümayəndəsi X6, Kosalar və Canalı bələdiyyələrinin sədrləri və İƏD-si üzrə nümayəndələrinin iştirakları ilə ərazidə CPS cihazı vasitəsilə ölçü işləri aparılaraq akt tərtib edilmişdir. Ölçü zamanı iddia edilən yol Cavabdeh deyil, İddiaçı1 tərəfindən və həmin ərazidə pay torpaqları olan digər Canallı vətəndaşları tərəfindən zəbt edilərək pay torpaqlarına qatıldığı müəyyən edilmişdir. Bu məsələ ilə bağlı ƏMDX tərəfindən Daxili İşlər Nazirliyinə tədbir görülməsi ilə bağlı müraciət göndərilmişdir. Həmin müraciət əsasında 20 fevral 2024-cü il tarixdə polisin və aidiyyatı orqanların iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, sərhəddin və təsərrüfat daxili yolların kordinatları CPS cihazı vasitəsi ilə elektron baza məlumatları naturada göstərilərək tanıdılmış və akt tərtib edilmişldir. Nəsibov X12 bələdiyyəsinə aid zəbt etdiyi 0,0490 ha torpaq sahəsini zəbtdən azad etmiş, lakin Canallı bələdiyyəsinə aid zəbt etdiyi 0,30 ha yol üçün nəzərdə tutulmuş torpaq sahəsini zəbtdən azad etməmişdir. Kosalar kəndinin pay torpaqlarına xidmət edən böyük “Armudlu” arxının müəyyən hissəsi Canalı ərazisinə aid torpaqdan keçir, həmin arxın Canallı ərazisindən keçən müəyyən hissəsi İddiaçı1 Canallıdan aldığı yerin yanından keçdiyindən, yerinin yanından keçən yol üçün nəzərdə tutulmuş 0,30 ha torpaq sahəsini yerinə qataraq zəbt etmişdir. Zəbtdə saxlaması səbəbindən suvarma zamanı ciddi problemlərlə üzləşirlər. İddiaçı1 iddia etdiyi yol hazırda tamamilə açıq və işlək vəziyyətdədir. İddiaçı1 iddiası tamamilə əsassızdır. İşə baxlmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova (X17 cavabdeh Kosalar kənd Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN–789 nömrəli KOD 50100068 saylı Torpağa Mülkiyyət Hüququna X30nın surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 06 nömrəli qərarı ilə 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X9 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli, A№670328 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonunun Kosalar kəndində yerləşən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qazax rayon notariat ofisi, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi 4Ə-501, xx.xx.2017, DTXK Qazax rayon şöbəsi, Torpağa mülkiyyət hüququna X30, JN-396, xx.xx.1998 Cavabdeh Vəliəhd oğlunun adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/12 hissə Cavabdeh Vəliəhd oğlu, 2/12 hissə X10, 3/12 hissə X14, 2/12 hissə X15 və 2/12 hissə X5 xüsusi mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli, A№669587 saylı Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonunun Kosalar kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK Qazax rayon şöbəsi, Torpağa mülkiyyət hüququna X30, JN-395, xx.xx.1998 Qazax rayon DNK, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi 4Ə- 01-52, xx.xx.2012 Cavabdeh Vəliəhd oğlunun adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam hissə Cavabdeh Vəliəhd oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tərəflərin iştirakı ilə iddiaçıların iddia etdikləri əraziyə baxış keçirilmiş və yol kimi təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüşdür. Baza məlumatları ilə yoxlayan zaman məlum olmuşdur ki, yol kimi iddia olunan torpaq sahəsi X3 X8 (TEKUİS) əsasən Qazax rayonu Kosalar kəndinin sərhədləri daxilində olmaqla ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələri və Kosalar bələdiyyəsinə məxsus təsərrüfatdaxili yollar ilə üst-üstə düşür. İddiaçılara məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolu TEKUİS məlumat bazasına əsasən başqa subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və Kosalar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 68 nömrsli müraciəti əsasında Kosalar və Canalı kəndlərinin mübahisələndirilən ərazi üzrə sərhəd xəttininin döngə nöqtələri Kosalar bələdiyyəsinin sədrinin, Kosalar kənd İƏD üzrə nümayəndəsinin, Canalı bələdiyyəsinin sədrinin və Hüseynbəyli kənd İƏD üzrə nümayəndəsinin iştirakı ilə naturada tanıdılmışdır. Hal-hazırda mübahisələndirilən ərazi Kosalar kəndi ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası məhkəmə-ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/8282 saylı rəyindən görünür ki, tərəflərin iştirakı ilə iddiaçıların iddia etdikləri əraziyə baxış keçirilmiş və yol kimi təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüşdür. Baza məlumatları ilə yoxlayan zaman məlum olmuşdur ki, yol kimi iddia olunan torpaq sahəsi X3 X8 (TEKUİS) əsasən Qazax rayonu Kosalar kəndinin sərhədləri daxilində olmaqla ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələri və Kosalar bələdiyyəsinə məxsus təsərrüfatdaxili yollar ilə üst-üstə düşür. İddiaçılara məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolu TEKUİS məlumat bazasına əsasən başqa subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və Kosalar bələdiyyəsinin xx.xx.2022ci il tarixli, 68 nömrəli müraciəti əsasında Kosalar və Canalı kəndlərinin mübahisələndirilən ərazi üzrə sərhəd xəttininin döngə nöqtələri Kosalar bələdiyyəsinin sədrinin, Kosalar kənd İƏD üzrə nümayəndəsinin, Canalı bələdiyyəsinin sədrinin və Hüseynbəyli kənd İƏD üzrə nümayəndəsinin iştirakı ilə naturada tanıdılmışdır. Hal-hazırda mübahisələndirilən ərazi Kosalar kəndi ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 06 nömrəli qərarı ilə 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X9 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qazax rayonu, Kosalar kəndində yerləşən 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/12 hissə Cavabdeh Vəliəhd oğlu, 2/12 hissə X10, 3/12 hissə X14, 2/12 hissə X15 və 2/12 hissə X5 xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam hissə Cavabdeh Vəliəhd oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin və həmin sahədən istifadə etmək üçün qeyd edilən sənədlərdə göstərilmiş cizgilərlə müəyyən edilmiş gedişgəliş yolunun cavabdehlər tərəfindən zəbt edilməsini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətdə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “X4 Edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanununun 11.7-ci maddəsinə əsasən ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. X4 edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsi və həmin torpaq sahəsindən istifadə etmək üçün gediş-gəliş yolunun zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası məhkəmə-ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən yol kimi iddia olunan torpaq sahəsi X3 X8 (TEKUİS) əsasən Qazax rayonu Kosalar kəndinin sərhədləri daxilində olmaqla ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələri və Kosalar bələdiyyəsinə məxsus təsərrüfatdaxili yollar ilə üst-üstə düşür. İddiaçılara məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolu TEKUİS məlumat bazasına əsasən başqa subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və Kosalar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 68 nömrəli müraciəti əsasında Kosalar və Canalı kəndlərinin mübahisələndirilən ərazi üzrə sərhəd xəttininin döngə nöqtələri Kosalar bələdiyyəsinin sədrinin, Kosalar kənd İƏD üzrə nümayəndəsinin, Canalı bələdiyyəsinin sədrinin və Hüseynbəyli kənd İƏD üzrə nümayəndəsinin iştirakı ilə naturada tanıdılmışdır. Hal-hazırda mübahisələndirilən ərazi Kosalar kəndi ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə baxışı zamanı yol kimi iddia olunan torpaq sahəsi Qazax rayonu Kosalar kəndinin sərhədləri daxilində olmaqla ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələri və Kosalar bələdiyyəsinə məxsus təsərrüfatdaxili yollar ilə üst-üstə düşdüyü, iddiaçılara məxsus torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova (X9 cavabdehlər Kosalar kənd Bələdiyyəsinə və Cavabdeh Vəliəhd oğluna qarşı mövcud sənədlər əsasında 20 il istifadədə olmuş gedişgəliş yolunun zəbtdən azad edilib bərpa olunması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 130 (yüz otuz) manat ekspertiza xərci iddiaçının özünə aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı1, İddiaçı2 və Məmmədova (Nəsibova) Günel Şaiq qızının Kosalar kənd Bələdiyyəsinə və Cavabdeh Vəliəhd oğluna qarşı mövcud sənədlər əsasında 20 il istifadədə olmuş gediş-gəliş yolunun zəbtdən azad edilib bərpa olunması tələbinə dair iddiası təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 130 (yüz otuz) manat ekspertiza xərci özünə aid edilsin. İddiaçı1 100 (bir yüz) manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar