Məhkəmə qərarları › İş №2(023)-408/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-408/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-408/2025 22.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh 6000 ABŞ dolları və 400 manat pulun birdəfəlik alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 02 fevral 2017-ci il tarixli 2(104)- 320/2017 nömrəli qətnaməsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 31 avqust 2016-cı il tarixli 2-1629 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İlkin iddia tələbi qismən təmin edilərək ilkin iddia üzrə Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları alınan anda manatla məzənnəsi və 400 (dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 1 ədəd 40 litrlik somovar, 2 ədəd dəmir stol və kustar üsulla hazırlanmış elektrik peçi və ya onların dəyəri alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-ü il tarixdə icra sənədinin icraatına xitam verilməsi barədə Qazax Rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən onlara olan borcun tam ödədiyindən ona qarşı hər hansı şikayəti olmamasını və xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi qeyd olunan mübahisəyə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Gəncə Apellyasiya Məhkəməsinin 02 fevral 2017-ci il tarixli 2(104)-320/2017 nömrəli qətnaməsi qəbul olunmuş və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar