Məhkəmə qərarları › İş №2(023)-455/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-455/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-455/2024 02.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə1 Məhəmməd oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 Kamal oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə 02 aprel 2024cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh – Bakı şəhəri, Binəqədi rayonu 3-cü mədən korpus 124 ünvanında yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh 2277.40 manat vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Nümayəndə1 iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-458/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, Bakı və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Başı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2023cü il tarixdə idarənin qeydiyyatına alınmış və ona “Attenti” markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh xx.xx.2023cü il tarixdə ona tətbiq edilmiş elektron nəzarət vasitəsinə xidmət etmək vəzifəsini pozmuş, eyni zamanda mobil qurğunun nasazlığını aradan qaldırmaq üçün icra məmurunun çağırışlarına vaxtında cavab verməmiş və buna görə də vaxtında müdaxilə edilmədiyi üçün mobil qurğu öz funksiyasını itirmişdir. Elektron nəzarət vasitəsinin dəyərinin könüllü şəkildə ödənilməsi ilə bağlı Cavabdeh müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun ana platada korroziya müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. "xxxx" QSC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda məhkumlar tərəfindən onlara verilmiş elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəst şəklində dəyərinin ödənilməsi müəyyən edilmişdir. Həmin nəzarət vasitələri dəstinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, cavabdehin üzərinə quraşdırılmış elektron nəzarət vasitəsi yalniz bir hissəsi işləmədiyinə görə dəyişdirilmişdir. Cavabdeh həmin qurğuya heç bir müdaxilə etməmişdir və qurğunun işləməməsində cavabdehin təqsiri yoxdur. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)- 458/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, Cavabdeh bir ədəd “Attenti” markalı 35639682 nömrəli elektron nəzarət qurğusu komplekti təhvil verilmişdir. Cavabdeh üzərində elektron nəzarət vasitəsini daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh tətbiq edilmiş 35639682 nömrəli elektron nəzarət qurğusu nasaz vəziyyətə salınmışdır və enerji yığmır. Eyni zamanda enerji toplayan adapter də zədələnmişdir. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun ana platada korroziya müşahidə olunur, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Əsgərov X1 Rayon Məhkəməsinin 1(012)-458/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası ilə bağlı İddiaçındə xx.xx.2022-ci il tarixdə məhkumun özünün iştirakı ilə tərtib edilmiş protokola əsasən Cavabdeh üzərinə “Attenti” markalı 35639682 nömrəli elektron nəzarət vasitəsi quraşdırılmışdır. Cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsini kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə onu zədələmişdir, bununla da 2277,40 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddia təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 42.77 (qırx iki manat yetmiş yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.3, 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh «Attenti” markalı 35639682 nömrəli elektron nəzarət vasitəsini dəyəri olan 2277.40 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh ödənilməli olan 42.77 (qırx iki manat yetmiş yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar