Məhkəmə qərarları › İş №2(023)-483/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-483/2023

18.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-483/2023 18.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Mətbəx mebeli, 8 karobka bağlama (üstü yazılı), 3 balaca karobka (üstü yazılmayıb), 6 personlu çay servisi parıltılı, 1 ədəd baliq fiqurlu şamdan, 6 ədəd kənarı zərli kasa, 5 ədəd sadə nimçə, 6 ədəd böyük və 6 ədəd balaca xrustal su stəkanı dəsti, 2 ədəd mürəbbə qabı, 6 ədəd nəlbəki çaşqa dəsti qırmızı güllü çayniklə birlikdə, 1 ədəd tefal, 2 ədəd padnos (1 plasmas və 1 nerjavika), 5 parçadan ibarət 1 dəst ağ qazan dasti, ARSHİA firmasının 6 parçadan ibarət qazan dəsti, mətbəx üçün zibil qabı, sürmədə 6 ədəd çay dəsmalından ibarət karobka, 1 dəst qırmızı 6 ədəd çaşqa və 6 ədəd nəlbəki, 2 ədəd zoğalı xrustal meyvə qabı, 2 ədə külqabı, 1 ədəd üstü qaşlı lotka meyvə qabı, 6 ədəd mürəbbə qabı, 2 ədəd dabanlı mürəbbə qabı, 2 ədəd balaca xrustal lodka, 3 ədəd balaca dəmir tava, 1 ədəd üstü güllü çaynik, 1 ədəd xrustal gülqabı, 3 ədəd üstü qaroşkalı balaca qazanlar, 1 ədəd xrustal tort qabı, 2 ədəd balaca qazan və kruşka, 7 ədəd balaca ləyən və bankalar. 1 dəst Bursa yataq dəsti, 1 dəst FİRST CHOİCE yataq dəsti, 1 dəst yataq otağı pərdəsi, 1 dəst qonaq otağı pərdəsi, 2 ədəd qonaq və yataq otaqları çil-çıraq, 1 ədə pakrival, 1 dəst dvuxspalni yorğan-döşək, 1 dəst yataq otağı mebeli, 2 ədəd yastıq, 2 ədəd qırmızı rəngli zamoklu bağlama, 2 ədəd Xalça, Divan dəsti, 1 ədəd stol, 6 adǝd stul, 1 ədəd stolüstü klyonka, 1 ədəd stolüstü çərəz meyvə qabı, palisos 1 ədəd, 1 ədəd ütü stolu, 1 ədəd paltarqurutmaq üçün Padstavka, 3 ədəd Günlük pərdə, 3 meyvə qabı eyni rəngdə biri qapaqlı, 1 ədəd zibil qabı, 1 ədəd paltar üçün səbət, 1 ədəd plasmas balaca vannadan ibarət cehiz əşyalarının onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsindəki 21 nömrəli evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cehiz əşyalarının çıxarılmasını tələb etdiyi evin ünvanını səhvən qeydiyyatda olduğu evin ünvanını qeyd etmişdir. Cehiz əşyalarının çıxarılmasını tələb etdiyi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsindəki ev 21” deyil, “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən nömrəsiz ev” kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsindəki 21 nömrəli evi o tikdirmişdir və ona məxsusdur. Evin sənədləşməsini başa çatdıra bilməsə də, neçə illərdir ki, o evdə yaşayır. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu X2 həyat yoldaşı olmuşdur, cavabdeh onların evindən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. xx.xx.2022-ci ildə cavabdehin oğlu ilə arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh könüllü olaraq gəlib öz cehiz əşyalarını götürmək istəmir. Cavabdehə məxsus Mətbəx mebeli, 8 karobka bağlama (üstü yazılı), 3 balaca karobka (üstü yazılmayıb), 6 personlu çay servisi parıltılı, 1 ədəd baliq fiqurlu şamdan, 6 ədəd kənarı zərli kasa, 5 ədəd sadə nimçə, 6 ədəd böyük və 6 ədəd balaca xrustal su stəkanı dəsti, 2 ədəd mürəbbə qabı, 6 ədəd nəlbəki çaşqa dəsti qırmızı güllü çayniklə birlikdə, 1 ədəd tefal, 2 ədəd padnos (1 plasmas və 1 nerjavika), 5 parçadan ibarət 1 dəst ağ qazan dasti, ARSHİA firmasının 6 parçadan ibarət qazan dəsti, mətbəx üçün zibil qabı, sürmədə 6 ədəd çay dəsmalından ibarət karobka, 1 dəst qırmızı 6 ədəd çaşqa və 6 ədəd nəlbəki, 2 ədəd zoğalı xrustal meyvə qabı, 2 ədə külqabı, 1 ədəd üstü qaşlı lotka meyvə qabı, 6 ədəd mürəbbə qabı, 2 ədəd dabanlı mürəbbə qabı, 2 ədəd balaca xrustal lodka, 3 ədəd balaca dəmir tava, 1 ədəd üstü güllü çaynik, 1 ədəd xrustal gülqabı, 3 ədəd üstü qaroşkalı balaca qazanlar, 1 ədəd xrustal tort qabı, 2 ədəd balaca qazan və kruşka, 7 ədəd balaca ləyən və bankalar. 1 dəst Bursa yataq dəsti, 1 dəst FİRST CHOİCE yataq dəsti, 1 dəst yataq otağı pərdəsi, 1 dəst qonaq otağı pərdəsi, 2 ədəd qonaq və yataq otaqları çil-çıraq, 1 ədə pakrival, 1 dəst dvuxspalni yorğan-döşək, 1 dəst yataq otağı mebeli, 2 ədəd yastıq, 2 ədəd qırmızı rəngli zamoklu bağlama, 2 ədəd Xalça, Divan dəsti, 1 ədəd stol, 6 adǝd stul, 1 ədəd stolüstü klyonka, 1 ədəd stolüstü çərəz meyvə qabı, palisos 1 ədəd, 1 ədəd ütü stolu, 1 ədəd paltarqurutmaq üçün Padstavka, 3 ədəd Günlük pərdə, 3 meyvə qabı eyni rəngdə biri qapaqlı, 1 ədəd zibil qabı, 1 ədəd paltar üçün səbət, 1 ədəd plasmas balaca vannadan ibarət cehiz əşyalarının onun mənzilində qalması onun mənzildən istifadə hüquqlarını məhdudlaşdırır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmaqla Cavabdeh məxsus cehiz əşyalarının onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən iddiaçının oğlu X3 ilə 04 mart 2021-ci ildə rəsmi nikaha daxil olmuş, 08 mart 2021-ci il tarixdə isə ailə həyatı qurmuşdur. Evlənərkən özünə məxsus cehiz əşyalarını iddiaçının yaşadığı evdə yerləşdirmişdir. İddiaçının təqsiri ucbatından onların arasında narazılıq yaranmış və o, 2021-ci ilin oktyabr ayında atası evinə qayıtmışdır. Bundan sonra xx.xx.2022-ci ildə cavabdehin oğlu ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. O cehiz əşyalarını götürməyə etiraz etmir, lakin ərizədə göstərilən əşyalarda çatışmamazlıqlar vardır, həmçinin mətbəx mebelini istəmir, pulunu tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəflərin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh iddiaçının oğlu X3 ilə 2021-ci ilin mart ayında rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, həmin vaxt özünə məxsus cehiz əşyalarını iddiaçının evinə gətirmiş, lakin ailə daxili münasibətlər pozulduğundan o, 2021ci ilin oktyabr ayında iddiaçıya məxsus evdən çıxaraq valideynlərinin yaşadığı evə köçmüşdür. Bundan sonra iddiaçının oğlu ilə arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh özü mübahisəli evdə yaşamasa da, cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Ona görə də iddiaçı yaşadığı evdən istifadə edə bilmir. Cavabdeh iddiaçının tələb etməsinə baxmayaraq, cehiz əşyalarını mübahisəli evdən çıxarmaqdan imtina etmişdir. Məhkəmə iddiaçının cavabdehə məxsus cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının subyektiv hüquqa malik olubolmamasının, həmçinin cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edərək belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. İş materiallarinda olan Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsinin “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” barədə layihədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində tikili xx.xx.2020-ci il tarixdə, 5864 inventar nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə, 5864 inventar nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır və mübahisəli evə dair İddiaçı gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X4 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X4 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Məhkəmə, həmçinin nəzərə alır ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçən vaxt həmin mənzil iddiaçının qanuni istifadəsində olmuş, cavabdehlə iddiaçının oğlu X3 rəsmi nikah qeydiyyatından keçməklə evlənib bir müddət birgə ailə şəraitində yaşasalar da, sonradan ailə münasibətlərinin pozulması nəticəsində cavabdeh 2021-ci ilin oktyabr ayında evdən çıxaraq başqa ünvana köçmüşdür. Sonradan aralarında olan nikah məhkəmə qaydasında pozulmuş və hazırda isə tərəflər arasında ailə münasibətləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh məxsus əşyaların iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılması məsələsi həll edilərkən, həmçinin cavabdehin həmin evdən istifadə hüququnun olub-olmaması da müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından cavabdehin qeyd olunan mənzilin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ mahkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli evdə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan arvad “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin ərin əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə, hesab edir ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli mənzilin mülkiyyətçisi və istifadəçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, cavabdehlə iddiaçı arasında hər hansı bir etibarlı razılaşma bağlanmadığına, cavabdehin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü olmadığına görə onun mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququ yaranmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin tədqiq edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evi üzrə iddiaçının gözlənilən mülkiyyət hüququnun olmasına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehin mübahisəli evin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmadığına görə, onun özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququ yaranmamışdır. Ümumiyyətlə, cavabdeh ailə üzvü kimi mübahisəli evə yaşamaq üçün gəldikdən sonra həmin evə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş evdən istifadə hüququnun gercəkləşdirilməsi ilə bağlı hazırkı vaxtadək heç bir cəhd etməmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdehə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan iddiaçının hüquqlarının pozulması mənasına gəlir və buna görə də onun iddiası təmin edilməlidir. Bundan əlavə cavabdehin özünün də izahatında bildirdiyi kimi o, artıq yaşayış yerini dəyişib, yaşamaq üçün valideynlərinə məxsus evə köçmüşdür. Başqa sözlə, digər səbəblərlə yanaşı, cavabdehə məxsus əşyaların iddiaçının evində qalmasına zərurət də aradan qalxıb. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin Konstitusiyada və qanunlarda təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin gözlənilən mülkiyyət hüququ üzrə iddiaçının istifadəsində və sahibliyində olan evin yaşayış sahəsinin tərkib hissəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, onun cehiz əşyalarının mübahisəli evdə qalması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus evin qanuni istifadəçisi və sahibi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları hazırda iddiaçının mülkiyyətində olan evdə qalmışdır. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı iddiası təmin edilməli, cavabdehə məxsus cehiz əşyaları iddiaçının istifadəsində olan, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus Mətbəx mebeli, 8 karobka bağlama (üstü yazılı), 3 balaca karobka (üstü yazılmayıb), 6 personlu çay servisi parıltılı, 1 ədəd baliq fiqurlu şamdan, 6 ədəd kənarı zərli kasa, 5 ədəd sadə nimçə, 6 ədəd böyük və 6 ədəd balaca xrustal su stəkanı dəsti, 2 ədəd mürəbbə qabı, 6 ədəd nəlbəki çaşqa dəsti qırmızı güllü çayniklə birlikdə, 1 ədəd tefal, 2 ədəd padnos (1 plasmas və 1 nerjavika), 5 parçadan ibarət 1 dəst ağ qazan dasti, ARSHİA firmasının 6 parçadan ibarət qazan dəsti, mətbəx üçün zibil qabı, sürmədə 6 ədəd çay dəsmalından ibarət karobka, 1 dəst qırmızı 6 ədəd çaşqa və 6 ədəd nəlbəki, 2 ədəd zoğalı xrustal meyvə qabı, 2 ədə külqabı, 1 ədəd üstü qaşlı lotka meyvə qabı, 6 ədəd mürəbbə qabı, 2 ədəd dabanlı mürəbbə qabı, 2 ədəd balaca xrustal lodka, 3 ədəd balaca dəmir tava, 1 ədəd üstü güllü çaynik, 1 ədəd xrustal gülqabı, 3 ədəd üstü qaroşkalı balaca qazanlar, 1 ədəd xrustal tort qabı, 2 ədəd balaca qazan və kruşka, 7 ədəd balaca ləyən və bankalar. 1 dəst Bursa yataq dəsti, 1 dəst FİRST CHOİCE yataq dəsti, 1 dəst yataq otağı pərdəsi, 1 dəst qonaq otağı pərdəsi, 2 ədəd qonaq və yataq otaqları çil-çıraq, 1 ədə pakrival, 1 dəst dvuxspalni yorğan-döşək, 1 dəst yataq otağı mebeli, 2 ədəd yastıq, 2 ədəd qırmızı rəngli zamoklu bağlama, 2 ədəd Xalça, Divan dəsti, 1 ədəd stol, 6 adǝd stul, 1 ədəd stolüstü klyonka, 1 ədəd stolüstü çərəz meyvə qabı, palisos 1 ədəd, 1 ədəd ütü stolu, 1 ədəd paltarqurutmaq üçün Padstavka, 3 ədəd Günlük pərdə, 3 meyvə qabı eyni rəngdə biri qapaqlı, 1 ədəd zibil qabı, 1 ədəd paltar üçün səbət, 1 ədəd plasmas balaca vannadan ibarət cehiz əşyalarının onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar