Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-496/2024 26.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 4700 manat məbləğində borc pul və ödənilmiş 67 manat dövlət rüsumu, ümumilikdə 4767 (dörd min yeddi yüz altmış yeddi) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, yaxın tanışı Qazax rayon Orta Salahlı kənd sakini Aydın Məmmədovun vasitəsi ilə tanış olduğu Cavabdeh ailə vəziyyəti ilə əlaqədar ehtiyyacı olduğu üçün ayrı-ayrı vaxtlarda 5200 AZN (beş min iki yüz) manat borc pul vermişdir. Belə ki, ilk dəfə 16 dekabr 2020-ci il tarixdə cavabdehə 800 manat pul vermişdir. Cavabdeh həmin pulu 2 ay müddətində ayda 200 manat olmaqla geri qaytaracığına vəd vermiş və bu barədə öz xətti ilə yazılı qəbz vermişdir. Cavabdeh həmin puldan 2021-ci ilin fevral ayında ona 100 manat qaytarmış, 700 manat borcu qalmışdır. Cavabdeh ondan aldığı qeyd olunan borcunu geri qaytarmamış 23 dekabr 2020-ci il tarixdə yenidən ona müraciət edərək 2000 min manat borc pul istəmiş və hər iki borcunu birlikdə qaytaracağını bildirmişdir. O həmin məbləği cavabdehə vermiş və cavabdeh xx.xx.2020-ci il tarixdə Ağstafa rayon Notariat ofisində borc öhdəliyinə dair rəsmi ərizə vermişdir. Cavabdeh həmin puldan 2021-ci ilin mart ayında 200 manat pul qaytarmış, həmin puldan 1800 manat borcu qalmışdır. Daha sonra cavabdeh 19 dekabr 2021-ci il tarixdə ondan 1000 manat borc alaraq, həmin pulu bir ay müddətində geri qaytaracağını bildirmiş və bu barədə öz xətti ilə yazılı qəbz vermişdir. Cavabdeh həmin puldan 100 manat qaytarmış, 900 manat borcu qalmışdır. Daha sonra 23 mart 2021-ci il tarixdə cavabdeh ondan 1000 manat borc pul alaraq, həmin pulu 2 ay müddətində geri qaytaracağını bildirmiş və bu barədə öz xətti ilə yazılı qəbz vermişdir. Həmin puldan 100 manat qaytarmış, 900 manat borcu qalmışdır. Cavabdeh 18 avqust 2021-ci il tarixdə 400 manat borc pul alaraq, həmin pulu bir ay müddətində geri qaytaracağını bildirmiş və bu barədə öz xətti ilə yazılı qəbz vermişdir. Həmin puldan 100 manat qaytarmış, 300 manat borcu qalmışdır. O hər dəfə ailə vəziyyəti ilə bağlı çətin durumda olduğu üçün cavabdehə inanmış və həmin borc pulları ona vermişdir. Hər dəfə ona pul verərkən bizi tanış edən Aydın Məmmədov adlı şəxs də yanlarında olmuşdur. Beləliklə o indiyədək cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 5200 manat pul vermişdir. Cavabdeh həmin borcdan cəmi 500 manat qaytarmışdır. Cavabdehin ona olan borcu 4700 manat təşkil edir. Cavabdeh indiyədək ona olan borcunu qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, Cavabdeh onun yaxın dostudur. Cavabdeh ailə vəziyyəti ilə əlaqədar ona pul lazım olduğunu bildirmişdir. O İddiaçı Cavabdeh borc pul verməsini xahiş etmişdir. Cavabdeh onun iştirakı ilə bir neçə dəfəyə İddiaçı 5200 manat pul almışdır. Məhkəmə, iddiaçının izahatını, şahid ifadəsini dinləyib dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunan götürülmüş borc pulun geri qaytarılacağına dair xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 800 manat borcunu hər ay 200 manat olmaq şərti ilə 16 mart 2021-ci il tarixədək qaytaracağına dair öhdəlik götürmüşdür. Ağstafa rayon Notariat ofisində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı aldığı 2000 manat borc pulu 2021-ci ilin may ayınadək hissə-hissə qaytaracağına söz verir. 23 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh X3 vasitəsi ilə İddiaçı borc aldığı 1000 manat pulu 2 aya, may ayının 23-nə qaytaracağına söz verir. 12 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borc aldığı 400 manat pulu 1 aydan sonra qaytaracağına söz verir. Götürülmüş borc pulun geri qaytarılacağına dair xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1000 manat borcunu bir ay müddətində 19 yanvar 2022ci il tarixədək qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ehtiyacı olduğu üçün xx.xx.2020-ci il tarixdə 800 manat borc pul vermişdir. Bu fakt xx.xx.2020-c il tarixli qəbzlə öz təsdiqini tapmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə 2000 manat borc pul vermişdir. Bu fakt xx.xx.2020-ci il tarixli **********576 nömrəli ərizə ilə öz təsdiqini tapmışdır. Bundan başqa 23 mart 2021-ci il tarixdə 1000 manat borc pul vermişdir. Bu fakt xx.xx.2021-ci il tarixli qəbzlə öz təsdiqini tapmışdır. Bundan başqa 12 avqust 2021ci il tarixdə 400 manat borc pul vermişdir. Bu fakt xx.xx.2021-ci il tarixli qəbzlə öz təsdiqini tapmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə 1000 manat borc pul vermişdir. Bu fakt xx.xx.2021-ci il tarixli qəbzlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ona olan borcundan 500 manat qaytarmış, qalan 4700 manat borcun ödənilməsini dəfələrlə tələb etsə də, bu günədək Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddia təmin olunmalı Cavabdeh 4700 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun İsa borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda İsa bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 67 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4700 (dörd min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 67 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4767 (dörd min yeddi yüz altmış yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-496/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-496/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver