Məhkəmə qərarları › İş №2(023)-509/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-509/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-509/2023 14.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında 14 aprel 2023-cü il tarixdə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq TuranBank ASC-nin "Nur" filialı ilə (indiki "Neftçilər") Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №GK F7_1116/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №GK F7_1116/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3930.35 AZN (üç min doqquz yüz otuz manat otuz beş qəpik) əsas, 112.98 AZN (bir yüz on iki manat doxsan səkkiz qəpik) faiz borcu, 13.42 AZN (on üç manat qırx iki qəpik) cərimə borcu olmaqla, cəmi 4056.75 AZN (dörd min əlli altı manat yetmiş beş qəpik) məbləğində borcun və ödənilmiş 60.57 AZN (altmış manat əlli yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, TuranBank ASC-nin "Nur" filialı ilə (indiki "Neftçilər") Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NGK F7_1116/K-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1%lə ödəmək şərti ilə 60 ay müddətinə 3930,35 manat məbləğində kredit verilmişdir. Cavabdehnın xx.xx.2023-cü il tarixə 3930,35 manat əsas, 283,67 manat faiz, 112,98 manat faiz, 13,42 manat cərimə, cəmi 4056,75 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı Cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı Cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 60,57 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. TuranBank ASC-nin "Nur" filialı ilə (indiki "Neftçilər") Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №GK F7_1116/K-19 saylı kredit müqaviləsi ləğv edilsin. TuranBank ASC-nin "Nur" filialı ilə (indiki "Neftçilər") Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №GK F7_1116/K-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 3930,35 AZN əsas, 112,98 AZN faiz borcu, 13,42 AZN cərimə borcu olmaqla, cəmi 4056,75 AZN məbləğində borcun və ödənilmiş 60,57 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar