Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-527/2023 01.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında 01 may 2023-cü il tarixdə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LORA Dolab üçün 1188 (min yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, YUPİTER Televizor asqısı üçün 1174 (min yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62227 SAMSUNG GALAXY A10 markalı telefon üçün, 117 (yüz on yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 (on bir) manat cərimə manat cərimə, ümumilikdə 2725 manat borc, 47,25 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh malları "xxxx" MMC-dən kreditlə almışdır. Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019, xx.xx.2020 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən ümumilikdə 2725 manat borc yaranmışdır. "xxxx" MMC 47,25 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47,25 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LORA Dolab üçün 1188 (min yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, YUPİTER Televizor asqısı üçün 1174 (min yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62227 SAMSUNG GALAXY A10 markalı telefon üçün, 117 (yüz on yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 (on bir) manat cərimə manat cərimə, ümumilikdə 2725 manat borc və 47,25 manat ödənilmiş dövlət cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-527/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-527/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver