Məhkəmə qərarları › İş №2(023)-529/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-529/2023

02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-529/2023 02.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X6”-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X6”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qazax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X6” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: 5Y4UF4G) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arasi sağlamlıq haqqinda baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X6”-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 36310 birka nömrəli 1(bir) baş qoç, 36044, 35292, 34689, 36138, 34875, 35270, 36159, 36488, 36052, 34790, 36185, 35501, 36373, 36466, 35492, 36446, 36545, 36580, 35608, 36573 birka nömrəli qoyun və 400 kq qarışıq yem natura şəklində ona verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 20 sentyabr 2021-ci il tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 22 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 21 fevral 2022-ci il tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 36310 birka nömrəli 1(bir) baş qoç, 36044, 35292, 34689, 36138, 34875, 35270, 36159, 36488, 36052, 34790, 36185, 35501, 36373, 36466, 35492, 36446, 36545, 36580, 35608, 36573 birka nömrəli qoyun aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 29 dekabr 2022-ci il tarixli, **********2 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Agentliyin hesabına köçürməlidir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arasi sağlamlıq haqqinda baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyunun natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, 20 sentyabr 2021-ci il tarixdə Agentlik tərəfindən 1 (bir) baş qoç və 20 (iyirmi) baş qoyun verilmişdir. İlkin monitorinq zamanı heyvanları yaşadığı ünvanda saxlayacağını bildirsə də, aralıq monitorinq zamanı heyvanlar yerində aşkarlanmamışdır. X1 fermada çoban işlədiyinə görə ona verilmiş heyvanları həmin fermaya aparmışdır. Hazırda ona verilmiş 15 baş xırdabuynuzlu heyvanlar fermada saxlanılır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021ci il tarixli, 2021/ÖM-420 nömrəli müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh 1(bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1(bir) baş qoç və 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı “X6”-nin nümayəndəsi X2 təqdim etdiyi 25 aprel 2023-cü il tarixli aktdan görünür ki, 25 aprel 2023-cü il tarixdə Ağstafa rayonu Poylu kəndində Cavabdeh evində baxış zamanı “X6” tərəfindən verilmiş aktivlər (heyvanlar) 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) quzu yerində aşkar edilmişdir. Artım müşahidə olunmuşdur. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli müqaviləyə əsasən, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 20 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-420 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından göründüyü kimi Agentlik tərəfindən Cavabdeh 1(bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem natura şəklində təhvil verilmişdir. 21 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 1(bir) baş qoç və 20 (iyirmi) baş qoyun aşkar edilməmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 25 aprel 2023-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş 35 (otuz beş) baş qoyun və 25 (iyirmi beş) quzu yerində aşkar edilmiş və artım müşahidə olunmuşdur. Belə olan halda, sözügedən əmlakların cavabdeh tərəfindən satılması iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X6”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddiası təmin edilə bilməz. Həmçinin sübutların tədqiqatı zamanı məhkəmə xərclərinin olmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddiaya həmin hissədə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X6”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar