Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-53/2024 18.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 mart 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2564 manat məbləğində pulun və 46 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmkəndlisi Cavabdeh 2022-ci ilin dekabr ayında ona məxsus (051) 537-31 -86) mobil nömrəsinə (whatsapp sosial şəbəkəsi əng edərək boş bank kartının olub-olmamasını soruşmuşdur. O bank kartının olmadığını demiş, cavabdeh Rusiya Federasiyasından adına pul göndəriləcəyini bildirmişdir. Bundan yarım saat sonra whatsapp sosial şəbəkəsində hər qaydada həll etdiyini, "xxxx" KB ASC-yə məxsus olan “Leobank” kartını götürməsini ona yazmışdır. O, Unibank” KB ASC-nin Sumqayıt Filialına yaxınlaşaraq “Leobank” götürmüşdür. Cavabdeh yenidən ona zəng edərək Sumqayıt şəhərinə gələcəyini, Bank kartını öz adına (cavabdehin adına) keçirəcəyini bildirmişdir. 60 gündən sonra "xxxx" KB ASC-nin mobil tətbiqindən ona məktub gəlmişdir. Bundan sonra o cavabdehə whatsapp sosial şəbəkəsində yazaraq ona məktub gəldiyini, həmçinin kartın boş olmadığını, 2200 manata 239,98 manat faiz, 124 manat cərimə, cəmi 2563,98 manat borcunun olduğu göstərildiyini demişdir. "xxxx" KB ASC-dən gələn bildirişdən cavabdehin onu aldatdığı, adına 2200 manat kredit götürdüyü məlum olmuşdur. O 2022-ci ilin dekabr ayında "xxxx" KB ASC-nin Sumqayıt filialına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edib “Leobank” kartını götürərkən həmin kartın boş olduğunu hesab etmişdir. O “Leobank” kartının hər iki üzünün fotoşəkilini çəkib whatsapp sosial şəbəkəsi vasitəsi ilə cavabdehə göndərmişdir. Cavabdeh onun boş hesab etdiyi dörd rəqəmi 9363 olan bank kartına 2187,90 manat pul göndərmişdir. Cavabdeh tərəfindən gönndərilmiş 2187,90 manat pula 42.9 manat komissiya xərci çıxılmışdır. Cavabdeh həmçinin 12.10 manat pulu (055) ***-**- ** mobil nömrəsinə kontur kimi göndərmişdir. O pulun qaytarılması üçün cavabdehə müraciət etdikdə pulu olmadığını, gələcəkdə pulu cəm halda qaytaracağını ona bildirmişdir. Hətta o, bankla danışdığını, götürülən kreditə görə kreditin üzərinə faizlər gəlmədiyini, 2023-cü ilin aprel ayının sonuna kimi məbləğin hamısını ödəyəcəyini bildirmişdir. Cavabdehdən niyə kartın boş olduğunu deyib onu aldatdığını soruşduqda, cavabdeh sonradan müraciət edib kredit götürdüyünü bildirmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış, onun "xxxx" KB ASC-yə 2200 manata 239,98 manat faiz, 124 manat cərimə borcu olmaqla, cəmi 2563,98 manat borcunun yaranmasına səbəb olmuşdur. Hazırda cavabdeh onun adına olan “Leobank” kartını blok etmişdir. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmiş və bildirmişdir ki, həqiqətəndə İddiaçı adına olan bank kartından pul çıxarmışdır. Onun iddiaçıya hazırda 2564,00 manat borcu vardır. Maddi vəziyyəti ağır olduğu üçün həmin pulu İddiaçı qaytara bilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında İddiaçı borcu olduğunu etiraf etmiş və həmin borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1- 882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh onlayn qaydada iddiaçının adına kart açdırmış və həmin karta yüklənmiş kredit məbləğini cavabdehi aldadaraq kartdan çəkmişdir. Həmin faktları cavabdeh məhkəmə iclasında verdiyi izahatında etiraf etmiş və həmin borcu qaytaracağını öhdəsinə götürmüşdür. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448, 739 və 882-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2564,00 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2564 (iki min beş yüz altmış dörd) manat məbləğində pul və 46 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-53/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-53/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver