Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-530/2023 01.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında 01 may 2023-cü il tarixdə baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC məhkəmədə iddia qaldıraraq iddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 018-EMB-0884-21 saylı kredit müqaviləsinə əsasən 764,80 manat əsas borc, 114,72 manat cərimə borcu olmaqla, xx.xx.2021-ci il tarixli 018-EMB-0893-21 saylı kredit müqaviləsinə əsasən 739,63 manat əsas borc, 110,94 manat cərimə borcu olmaqla, həmçinin ərizəyə görə ödənilmiş 37,70 dövlət rüsumu, ümumilikdə 1767,79 manat pul cavabdehdən alınaraq BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, X4 xx.xx.2021-ci il tarixli 018-EMB-0884-21 saylı müqaviləsinə əsasən 1418 manat məbləğində krediti 18 ay müddətinə və xx.xx.2021-ci il tarixli 018-EMB-0893-21 saylı müqaviləyə əsasən 18 ay müddətinə 1376 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixə X2 borclu olduğu xx.xx.2021-ci il tarixli 018-EMB-0884-21 saylı kredit müqaviləsinə əsasən 764,80 manat əsas borc, 114,72 manat cərimə borcu olmaqla, xx.xx.2021-ci il tarixli 018-EMB-0893-21 saylı kredit müqaviləsinə əsasən 739,63 manat əsas borc, 110,94 manat cərimə borcu olmaqla, həmçinin ərizəyə görə ödənilmiş 37,70 dövlət rüsumu, ümumilikdə 1767,79 manat iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı Cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı Cəmiyyətə ödənilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2021-ci il tarixli, 018-EMB-0884-21 saylı müqavilə üzrə 114,72 manat cərimə və xx.xx.2021-ci il tarixli, 018-EMB-0893-21 saylı müqavilə üzrə 110,94 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və hər iki müqavilə üzrə cəriməni hər ikisinə 20 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli 018- EMB-0884-21 saylı kredit müqaviləsinə əsasən 764,80 manat əsas borc, 20 manat cərimə və xx.xx.2021-ci il tarixli 018-EMB-0893-21 saylı kredit müqaviləsinə əsasən 739,63 manat əsas borc, 20 manat cərimə borcu olmaqla ümumilikdə 1 544,43 cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37,30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli 018-EMB-0884-21 saylı kredit müqaviləsinə əsasən 764,80 manat əsas borc, 20 manat cərimə və xx.xx.2021-ci il tarixli 018-EMB- 0893-21 saylı kredit müqaviləsinə əsasən 739,63 manat əsas borc, 20 manat cərimə borcu olmaqla ümumilikdə 1 544,43 manat və ödənilmiş 37,30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-530/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-530/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver