Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qazax rayon İş № 2(023)-531/2023 25.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi azirliyinin tabeliyində olan “X4”-nin nümayəndəsi Nümayəndə Rövşən oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4”-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: 6CLK6HZ6) tərəfindən eyni növlü və keyfiyyətli avtoqaldırıcının (qaldırma qabiliyyəti 4,0 ton, qaldırma hündürlüyü 1800 mm, ümumi eni 3390 mm, elektrik mühərrikinin gücü 2.2 kVt. Marka və model DXTD LX-4), hidravlik press avadanlığının (12 ton gücündə, iş məsafəsi 0-980mm, iş sahəsinin eni 400 mm, Marka və model: Ezirkon 26207), qaldırıcı qurğunun (qaldırma qabiliyyəti 3 ton, sürətli qaldırma üçün cüt pistonlu nasos, Marka və model:JİNSONG 3T) hava kompressorunun (100L, gərginlik 220-240v, 50HZ, GÜCÜ 735w (1HP), 2850 qpm/dəq., 1 mühərrikli, Marka və model: ABAC 100L), qarışıq alətlər dəstinin (187 ədədli. Marka və model: Satagood LGX-ZT0003), dişli hidravlik stendin (dayaq) (gücü 0,5 ton, qaldırma məsafəsi 1100 mm-dən – 1900mm-dək. Marka və model: FENGYA 110) və açar tapançasının (pnevmatik, fırlanma anı 1200 Nm, hava sərfi 140İ/dəq, işləmə təzyiqi 6.3 bar. Marka və model: CORT XAWO2850) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X4” PHŞ-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “avtoçilingər” zərfinə daxil olan aktivlər, yəni avtoqaldırıcı (qaldırma qabiliyyəti 4,0 ton, qaldırma hündürlüyü 1800 mm, ümumi eni 3390 mm, elektrik mühərrikinin gücü 2.2 kVt. Marka və model DXTD LX-4), hidravlik press avadanlığının (12 ton gücündə, iş məsafəsi 0-980mm, iş sahəsinin eni 400 mm, Marka və model: Ezirkon 26207), qaldırıcı qurğunun (qaldırma qabiliyyəti 3 ton, sürətli qaldırma üçün cüt pistonlu nasos, Marka və model:JİNSONG 3T) hava kompressorunun (100L, gərginlik 220-240v, 50HZ, GÜCÜ 735w (1HP), 2850 qpm/dəq., 1 mühərrikli, Marka və model: ABAC 100L), qarışıq alətlər dəstinin (187 ədədli. Marka və model: Satagood LGX-ZT0003), dişli hidravlik stendin (dayaq) (gücü 0,5 ton, qaldırma məsafəsi 1100 mm-dən – 1900mm-dək. Marka və model: FENGYA 110) və açar tapançasının (pnevmatik, fırlanma anı 1200 Nm, hava sərfi 140İ/dəq, işləmə təzyiqi 6.3 bar. Marka və model: CORT XAWO2850) natura şəklində ona verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən istifadəyə verilən aktivlərin geri qaytarılmasının təhvil verilməsinə dair imzalanmış 06 yanvar 2021-ci il tarixli aktla vətəndaş Cavabdeh “avtoçilingər” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 22 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 12 iyul 2021-ci il tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “avtoçilingər” zərfinə daxil olan aktivlərdən, yəni avtoqaldırıcı (qaldırma qabiliyyəti 4,0 ton, qaldırma hündürlüyü 1800 mm, ümumi eni 3390 mm, elektrik mühərrikinin gücü 2.2 kVt. Marka və model DXTD LX-4), hidravlik press avadanlığının (12 ton gücündə, iş məsafəsi 0-980mm, iş sahəsinin eni 400 mm, Marka və model: Ezirkon 26207), qaldırıcı qurğunun (qaldırma qabiliyyəti 3 ton, sürətli qaldırma üçün cüt pistonlu nasos, Marka və model:JİNSONG 3T) hava kompressorunun (100L, gərginlik 220-240v, 50HZ, GÜCÜ 735w (1HP), 2850 qpm/dəq., 1 mühərrikli, Marka və model: ABAC 100L), qarışıq alətlər dəstinin (187 ədədli. Marka və model: Satagood LGX-ZT0003), dişli hidravlik stendin (dayaq) (gücü 0,5 ton, qaldırma məsafəsi 1100 mm-dən – 1900mm-dək. Marka və model: FENGYA 110) və açar tapançasının (pnevmatik, fırlanma anı 1200 Nm, hava sərfi 140İ/dəq, işləmə təzyiqi 6.3 bar. Marka və model: CORT XAWO2850) aşkar edilməmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 28 dekabr 2022-ci il tarixli, **********7 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini, Cavabdeh tərəfindən eyni növlü və əmlakların natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “X4” PHŞ-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli müqavilədən görünür ki, Mərkəz tərəflər arasındakı təhviltəslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh avtoqaldırıcı 4,0 ton, CLW240 və ya JİNSHENG- 1 ədəd, hidravlik press avadanlığı 10 ton gücündə, Zida 07103 - 1 ədəd, qaldırıcı qurğu 3 ton, Okboons - 1 ədəd, hava kompressoru Luotian 100L - 1 ədəd, alətlər dəsti: Satagood 4T - 1 ədəd, dişli hidravlik stend (dayaq) Zhidə 02051 - 1 ədəd, açar tapançası (hava təziqi ilə çalışan) Yizhe - 1 ədəd natura şəklində təhvil verilmişdir. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Cavabdeh verilmiş avtoqaldırıcı 4,0 ton, CLW240 və ya JİNSHENG- 1 ədəd, hidravlik press avadanlığı 10 ton gücündə, Zida 07103 - 1 ədəd, qaldırıcı qurğu 3 ton, Okboons - 1 ədəd, hava kompressoru Luotian 100L - 1 ədəd, alətlər dəsti: Satagood 4T - 1 ədəd, dişli hidravlik stend (dayaq) Zhidə 02051 - 1 ədəd, açar tapançası (hava təziqi ilə çalışan) Yizhe - 1 ədəd aşkar edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli müqaviləyə əsasən, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan məşğulluğun təşkili üçün biznesplanda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından göründüyü kimi Agentlik tərəfindən Cavabdeh avtoqaldırıcı 4,0 ton, CLW240 və ya JİNSHENG- 1 ədəd, hidravlik press avadanlığı 10 ton gücündə, Zida 07103 - 1 ədəd, qaldırıcı qurğu 3 ton, Okboons - 1 ədəd, hava kompressoru Luotian 100L - 1 ədəd, alətlər dəsti: Satagood 4T - 1 ədəd, dişli hidravlik stend (dayaq) Zhidə 02051 - 1 ədəd, açar tapançası (hava təziqi ilə çalışan) Yizhe - 1 ədəd natura şəklində təhvil verilmişdir. 12 iyul 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktına görə Cavabdeh verilmiş avtoqaldırıcı 4,0 ton, CLW240 və ya JİNSHENG- 1 ədəd, hidravlik press avadanlığı 10 ton gücündə, Zida 07103 - 1 ədəd, qaldırıcı qurğu 3 ton, Okboons - 1 ədəd, hava kompressoru Luotian 100L - 1 ədəd, alətlər dəsti: Satagood 4T - 1 ədəd, dişli hidravlik stend (dayaq) Zhidə 02051 - 1 ədəd, açar tapançası (hava təziqi ilə çalışan) Yizhe - 1 ədəd aşkar edilməmişdir. Odur ki, sözügedən əmlakların cavabdeh tərəfindən satılması iddiaçı təşkilatın nümayəndəsinin izahatı və iş materialları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinin tələbinə əsasən avtoqaldırıcı (qaldırma qabiliyyəti 4,0 ton, qaldırma hündürlüyü 1800 mm, ümumi eni 3390 mm, elektrik mühərrikinin gücü 2.2 kVt. Marka və model DXTD LX-4), hidravlik press avadanlığının (12 ton gücündə, iş məsafəsi 0-980mm, iş sahəsinin eni 400 mm, Marka və model: Ezirkon 26207), qaldırıcı qurğunun (qaldırma qabiliyyəti 3 ton, sürətli qaldırma üçün cüt pistonlu nasos, Marka və model:JİNSONG 3T) hava kompressorunun (100L, gərginlik 220-240v, 50HZ, GÜCÜ 735w (1HP), 2850 qpm/dəq., 1 mühərrikli, Marka və model: ABAC 100L), qarışıq alətlər dəstinin (187 ədədli. Marka və model: Satagood LGX-ZT0003), dişli hidravlik stendin (dayaq) (gücü 0,5 ton, qaldırma məsafəsi 1100 mm-dən – 1900mm-dək. Marka və model: FENGYA 110) və açar tapançasının (pnevmatik, fırlanma anı 1200 Nm, hava sərfi 140İ/dəq, işləmə təzyiqi 6.3 bar. Marka və model: CORT XAWO2850) natura şəklində Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1ytarılmalıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.5-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”mn 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin sübutların tədqiqatı zamanı məhkəmə xərclərinin olmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddiaya həmin hissədə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Tərəflər arasında bağlanan “Özünüməşgulluğa kömək göstərilməsinə dair” 06 yanvar 2021-ci il tarixli, 2020/ÖM-617 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən eyni növlü və keyfiyyətli avtoqaldırıcının (qaldırma qabiliyyəti 4,0 ton, qaldırma hündürlüyü 1800 mm, ümumi eni 3390 mm, elektrik mühərrikinin gücü 2.2 kVt. Marka və model DXTD LX-4), hidravlik press avadanlığının (12 ton gücündə, iş məsafəsi 0-980mm, iş sahəsinin eni 400 mm, Marka və model: Ezirkon 26207), qaldırıcı qurğunun (qaldırma qabiliyyəti 3 ton, sürətli qaldırma üçün cüt pistonlu nasos, Marka və model:JİNSONG 3T) hava kompressorunun (100L, gərginlik 220-240v, 50HZ, GÜCÜ 735w (1HP), 2850 qpm/dəq., 1 mühərrikli, Marka və model: ABAC 100L), qarışıq alətlər dəstinin (187 ədədli. Marka və model: Satagood LGX-ZT0003), dişli hidravlik stendin (dayaq) (gücü 0,5 ton, qaldırma məsafəsi 1100 mm-dən – 1900mm-dək. Marka və model: FENGYA 110) və açar tapançasının (pnevmatik, fırlanma anı 1200 Nm, hava sərfi 140İ/dəq, işləmə təzyiqi 6.3 bar. Marka və model: CORT XAWO2850) natura şəklində Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1ytarılsın. Qiyabi Qətnamədən rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Qazax Rayon Məhkəməsinə ərizə, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra isə 1 (bir) ay müddətində Qazax rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-531/2023
Qazax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(023)-531/2023
25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver