Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-531/2024 18.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 18 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2030 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fermerdir, özünə məxsus iribuynuzlu heyvanlar saxlayır. Cavabdeh Qazax rayon sakinidir, çobanlıqla məşğul olur. 2023-cü ilin sentyabr ayının 19-da Cavabdeh ilə ona məxsus iribuynuzlu heyvanlara çobanlıq etmək üçün şifahi olaraq razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən Cavabdeh hər ay 650 manat əmək haqqı ödəməyi və gündəlik yeməyini verməyi öhdəsinə götürmüş, cavabdeh isə bunun müqabilində ona məxsus iribuynuzlu heyvanları Gədəbəy rayonunun Başkənd kəndi ərazisində saxlamağı öhdəsinə götürmüşdür. Bu məqsədlə ilkin olaraq Cavabdeh 1450 manat, sonra isə müxtəlif vaxtlarda hissə-hissə 3180 manat pul vermişdir. Eyni zamanda Cavabdehlə xx.xx.2023-cü ildə rəsmi əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh çobanlıq etməyi öhdəsinə götürmüş, bunun üçün aylıq əmək haqqı onun öz razılığı ilə müqavilədə 345 manat qeyd edilmişdir. Buna baxmayaraq hər ay ona verməli olduğu əmək haqqı 650 manat idi. Beləliklə Cavabdeh ona məxsus iribuynuzlu heyvanları Gədəbəy rayonunun Başkənd kəndi ərazisində “Spornu” adlanan ərazidə saxlamağa başlamışdır. Lakin 18 yanvar 2024-cü il tarixdə cavabdeh ondan 13 manat pul alaraq həyat yoldaşını Qovlar qəsəbəsindən Qazax rayonuna göndərəcəyini bildirib getmiş və həmin vaxtdan bir daha geri qayıtmamışdır. Bundan sonra dəfələrlə Cavabdehlə əlaqə saxlamağa çalışsa da, mümkün olmamışdır. Hesab edir ki, Cavabdeh verdiyi 4630 manat pulun cavabdehin çobanlıq etdiyi dövr üçün dörd aylıq əmək haqqı olan 2600 manat hissəsini çıxmaqla qalan 2030 manat pulu geri tələb etməkdə haqlıdır. Belə ki, Cavabdehlə razılaşmalarına əsasən sonuncu ona məxsus heyvanları müddətsiz olaraq otaracaq və saxlayacaqdı. Ona görə də o, Cavabdeh aylıq əmək haqqından artıq məbləğdə pul vermişdir. Lakin cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməkdən boyun qaçırmış, bununla da ona artıq ödədiyi 2030 manat həddində əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən 2030 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirərək, borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh əmək müqaviləsi üzrə çoban kimi işə götürülmüş, onun aylıq əmək haqqının məbləği 345,00 manat təşkil edir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Bu məqsədlə iddiaçı ilkin olaraq Cavabdeh 1450 manat, sonra isə müxtəlif vaxtlarda hissə-hissə 3180 manat pul ödəməklə özünə məxsus 85 baş iribuynuzlu heyvanı otarmaq və saxlamaq üçün cavabdehə təhvil vermiş, cavabdeh isə iddiaçı ilə olan razılaşmaya uyğun olaraq həmin heyvanları otarmağı və saxlamağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi qismən, yəni dörd ay müddətində iddiaçıya məxsus heyvanları otararaq onlara qulluq etmişdir. Məhkəmə iclasında Cavabdeh həqiqətən iddiaçıya qeyd olunan məbləğdə borcu olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh vermiş olduğu 4630 manat pulun cavabdehin çobanlıq etdiyi dövr üçün dörd aylıq əmək haqqı olan 2600 manat hissəsini çıxmaqla qalan 2030 manat pulu geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2030 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 40.30 (qırx manat otuz qəpik) manat dövlət rüsumu cavabdehdən tutulub Qazax Rayon Məhkəməsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2030 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 40.30 (qırx manat otuz qəpik) manat dövlət rüsumu tutulub Qazax Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-531/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-531/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver