Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-533/2025 03.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya haqqından tutulmuş ümumilikdə 1940 (bir min doqquz yüz qırx) manatın cavabdehdən birdəfəlik tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir. Cavabdeh ona yaxınlaşaraq "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin “Ekspress Qazax" filialından kredit götürmək istədiyini bildirmişdir. Ondan da xahiş etmiş ki, o cavabdehə həmin işdə köməklik göstərsin və kerdit götürülən zaman zamin kimi bankda iştirak etsin. Ona söz vermiş ki, hənim krediti vaxtı vaxtında ödəyəcəkdir. O da, onun səmimiyyətinə inanaraq kredit götürülən zaman bankda zamin durmuşdur. Bir müddət keçdikdən sonra cavabdeh pulu ödəməmiş və "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ona qarşı məhkəmədə iddia qaldıraraq qalıq məbləği tələb etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-444/2023 saylı, 04 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən ondan müştərək qaydada ümumilikdə 4236,31 manat əsas məbləğində pul və ödənilmiş dövlət rüsumu əvəzi kimi 72,67 (yetmiş iki manat altmış yeddi qəpik) manat pul tutulub iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və icraçılar tərəfindən pulun ödənilməsi onun pensiyası vasitəsi ilə təmin edilmişdir. Ümumilikdə onun pensiya haqqından 1940 (bir min doqquz yüz qırx) manat “FiNOKO" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə tutulmuşdur. Cavabdehdən həmin pulları tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həlli nümkün deyil və onun pensiya haqqından ödənilmiş pulların cavabdehdən alınması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildridi ki, iddia tələbini qəbul edir, borcunu ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 2021/00001EQ-Z2998 saylı kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin “Ekspress Qazax" filialından 24 ay müddətinə 5000 manat kredit pul götürmüş və İddiaçı zamin olmuşdur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 444/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı, Cavabdeh və X1 xx.xx.2021-ci il tarixli 2021/00001EQ-Z2998 saylı kredit müqaviləsi üzrə 3451,53 manat, 734,78 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 4236,31 manat pul və 72,67 manat məbləğində dövlət rüsumu "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 21 nömrəli Qazax rayon icra və probasiya şöbəsinin arayışından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-444/2023 saylı icra sənədinə əsasən İddiaçı pensiyasından 1940 manat pul "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə ödənilmişdir. İş materiallarında olan 82618 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin “Ekspress Qazax" filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin “Ekspress Qazax" filialına ilə zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti zamindən pulun tutulmasını tələb etmiş, İddiaçı pensiyasından ümumilikdə 1940 manat pul tutularaq "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin hesabına ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı zamin kimi ödədiyi pul məbləğini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tələbində cavabdehdən onun pensiyasından kreditorun xeyrinə tutulan pulun 1940 manat hissəsini tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1940 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 39,40 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 1940 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 39,40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-533/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-533/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver