Məhkəmə qərarları › İş №2(023)-534/2024

Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-534/2024

22.02.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-534/2024 22.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Əlimusa oğlu Musayev Tələbkar Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan Kreditor borclu Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan Borclu qarşı aliment tələbinə dair ərizəsinə baxaraq müəyyən etdim: Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, o Borclu ilə ailə quraraq 11 aprel 2013-cü il tarixdə 121 nömrə ilə Qazax rayon qeydiyyat şöbəsinədə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 iyul 2013-cü il tarixdə X2, 18 may 2015-ci il tarixdə X3 və 06 oktyabr 2020-ci il tarixdə X4 doğulmuşdur. Faktiki olaraq cavabdehlə ayrılmışdır. Uşaqları onun himayəsindədir. Odur ki, onun himayəsində olan uşaqlarının saxlanılmaları üçün alimentin müəyyən edilməsi həm hazırkı, həm də gələcək inkişafı baxımından uşaqlarımın ən üstün mənafelərinə uyğundur. Borcludan qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqlarının saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı hissəsində aliment tutulmalıdır. Borclu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) PHŞ-də işləyir. Stabil qazancı vardır. O aliment tələbi ilə bağlı borcluya könüllü olaraq mediasiya prosessinin tətbiqi barədə təklif göndərmişdir. Mediatorun dəvəti əsasında ilkin mediasiya sessiyasında iştirak etməmişdir və buna görədə 16 fevral 2024-cü il tarixdə mediator müvaifiq xitam haqqına protokol vermişdir. Tələb etdiyi aliment Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.2.4-cü maddəsinə əsasən mübahisə olunmayan məbləğ olduğu üçün əmr icraatında baxılmasını qeyd etmiş və yetkinlik yaşına çatana kimi saxalanılmaları üçün aliment tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.3-cü madddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Göstərilən Məcəllənin 25-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə ümumi məhkəmələrdə baxılır. Göstərənlərə əsasən Kreditor tələbi üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilən qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də hazırkı iş üzrə cavabdeh Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-76, Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq əmr etdim: Borclu xx.xx.1987-ci ildə anadan olmuş, Qazax ray, Çaylı kəndində qeydiyyatda olan Borclu aylıq qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq 15 iyul 2013-cü il tarixdə X2, 18 may 2015-ci il tarixdə X3 və 06 oktyabr 2020-ci il tarixdə X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Kreditor verilsin. Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə əmri dərhal icra edilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən : Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar