Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-543/2025 25.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ reqres qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 742,92 manat və Cavabdeh1 742,92 manat pul vəsaitin və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə birgə borclular Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bağlanmış 11 dekabr 2013-cü il tarixli 1722 saylı “Birgə borclulara kredit müqaviləsinə” əsasən birgə borclulara heyvandarlıq məqsədilə 12 ay müddətinə qaytarılması şərtilə illik 15 faizlə, hər birinə 1000 manat olmaqla, cəmi 3000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 12 müddətinə 3000 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş və birgə borcluların xx.xx.2023-cü il tarixli kredit təşkilatına olan əsas borcu 1729,72 manat əsas borc, 311,82 manat faiz borcu olmaqla, cəmi 2041,54 manat təşkil etmişdir. Bununla bağlı "xxxx" QSC tərəfindən cav abdehlər Cavabdeh1 və Cavabdeh2 və ona qarşı kredit borcunun tutulması tələbinə dair Qazax rayon Məhkəməsində iddia qaldırılmışdır. Qazax rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(023)-349/2024 saylı qətnaməsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilərək Cavabdeh2, Cavabdeh1 qızndan və İddiaçı 1729,72 manat əsas, 311,82 manat faiz borcu olmaqla cəmi 2041,54 manat dövlət rüsumunun alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Qazax rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qazax filialının xx.xx.2024cü il tarixli 821 saylı məktubuna və xx.xx.2024-cü il tarixli 822 saylı məktubuna əsasən həmin qətnamə üzrə müəyyən edilmiş borc məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə tam ödənilmiş və icra işinə xitam verilməsi Qazax rayon icra və probasiya şöbəsindən xahiş olunmuşdur. Məhkəmə qərarını icra edib borcu birbirinə düşən payda ödədiyini digər borclulara bildirsə də, bu barədə dəfələrlə danışıqlar aparsada Cavabdeh2 və Cavabdeh1 2041,54 manat pul və ödənilmiş 40,42 manat dövlət rüsumu məbləğindən və icra ödənişi məbləğindən özlərinə düşən pay hissəsini ona ödəməkdən imtina etmişlər. Nəticədə həmin məbləğləri o öz şəxsi vəsaiti hesabına ödəməli olmuşdur. Bundan sonra həmin şəxslərlə əlaqə saxlamış, borcu tam ödədiyini bildirmiş, həmin şəxslərin əvəzinə ödədiyi məbləğin 2041,54 manat kredit 40,42 manat dövlət rüsumu, 145,80 manat 7% icra ödənişi olmaqla cəmi 2228,76 manat məbləğinin üçdə iki hissəsi, yəni 1485,84 manatın ona qaytarılmasını bildirmişdir. Cavabdehlər bunu etiraz etdilər və öz paylarına düşən pul məbləğini ona qaytarmayacaqlarını bildirmişlər. Ona görə də, Cavabdeh2 742,92 manat və Cavabdeh1 742,92 manat pul vəsaitin və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edərək bildirmişdir ki, o Bakı şəhərində yaşayır və işləyir. Əmək haqqısı 489 manat təşkil edirdi və onun əmək haqqısından hər ay 250 manat pul tutulurdu. Cavabdehlərə borcun ödənilməsi barədə məlumat verilsədə, heç bir nəticə olmamışdır. Ona görə də, iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 məhkəməyə yazılı ərizə təqdim etməklə, iddianı etiraf etdiyini və maddi imkanı olmadığından həmin pulu ödəyə bilmədiyini qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim etməklə, iddianı etiraf etdiyini və maddi imkanı olmadığından həmin pulu ödəyə bilmədiyini qeyd etmişdir. İddiaçı məhəkəməyə ərizə ünvanlayaraq, göstərmidir ki, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir, ona görə də, mülki işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, İddiaçı və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1722 saylı kredit müqaviləsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin BOKT tərəfindən onlara 12 ay müddətinə 3000 manat kredit pul verilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)- 349/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və İddiaçı 1729,72 manat, 311,82 manat faiz olmaqla, cəmi 2041,54 manat pul və 40,42 manat məbləğində dövlət rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin BOKT Qazax filialının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1.12.2013-cü il tarixli, 1722 saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və İddiaçı borc öhdəliyi xx.xx.2024-cü il tarixdə tam ödənilmişdir. İş materiallarında olan OD3 nömrəli, xx.xx.2024-cü il tarixli; OD22 nömrəli,xx.xx.2024-cü il tarixli; və OD53 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünr ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına 294 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı iddiasını qəbul edirlər və maddi imkanları olmadığından borcu ödəyə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf etmələri, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh1 və Cavabdeh2 iddianın etirafı qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Qazax filialı ilə birgə borclular Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bağlanmış 11 dekabr 2013-cü il tarixli 1722 saylı “Birgə borclulara kredit müqaviləsinə” əsasən birgə borclulara heyvandarlıq məqsədilə 12 ay müddətinə qaytarılması şərtilə illik 15 faizlə, hər birinə 1000 manat olmaqla, cəmi 3000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 12 müddətinə 3000 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş və birgə borcluların xx.xx.2023-cü il tarixli kredit təşkilatına olan əsas borcu 1729,72 manat əsas borc, 311,82 manat faiz borcu olmaqla, cəmi 2041,54 manat təşkil etmişdir. Qazax Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(023)349/2024 saylı qətnaməsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilərək Cavabdeh2, Cavabdeh1 qızndan və İddiaçı 1729,72 manat əsas, 311,82 manat faiz borcu olmaqla cəmi 2041,54 manat dövlət rüsumunun alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. İddiaçı borcu öz vəsaiti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin BOKT-a olan borcu tam ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı kimi ödədiyi pul məbləğini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tələbində cavabdehlərdən öz vəsaiti hesabına ödədiyi kreditorun xeyrinə tutulan pulun cəmi 1485,84 manat hissəsini tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1485,84 manat pul cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 manat vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin. Cavabdeh2 742,92 manat və Cavabdeh1 742,92 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-543/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-543/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver