Məhkəmə qərarları › İş №2(023)-59/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-59/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-59/2024 16.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Maraqlı şəxs1na qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan sonra aparılmış bütün əməliyyatların hərəkətlərin qeydiyyatların etibarsız hesab edilməsi tələbinə dair mülki işə 16 fevral 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, sahibliyində və istafadəsində olan, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair 30.07. 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra notariat kontorunda və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində aparılmış bütün hərəkətlərin, qeydiyyatların etibarsız hesab edilməsi, saxta sənədlərdən istifadə olunduğndan onun olan torpaq sahəsinin qeyr-qanuni qaydada satılması müəyyən etməklə, xüsusi qərardad çıxarılması və cinayət işinin araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin atrırılmasına dair ərizə ilə məhkəmədə iddia qaldıraraq, sahibliyində və istafadəsində olan, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha troapq sahəsinə dair X9 və X12 07 may 1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN- 379F, KOD 50103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair 30.07. 2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra notariat kontorunda və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində aparılmış bütün hərəkətlərin, qeydiyyatların etibarsız hesab edilməsi, saxta sənədlərdən istifadə olunduğndan onun olan torpaq sahəsinin qeyr-qanuni qaydada satılması müəyyən etməklə, xüsusi qərardad çıxarılması və cinayət işinin araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, mərhum X7 atası X5 vəfatından sonra ondan 0.50 ha torpaq sahəsi vərəsəlik qaydasında X7 mülkiyyətinə keçmişdir. X1 31 yanvar 1988-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakdan oğlu X9 xx.xx.1988-ci il tarixdə Maraqlı şəxs1na ərizə ilə müraciət edərək, atası X3 31 yanvar 1988-ci ildə vəfatından sonra qalan vərəsəlik əmlakının ona çatası payından imtina etmişdir. X3 digər övladı X4 Federasiyasının vətəndaşı olduğundan ona Azərbaycan Respublikasında torpaq sahəsi verilməmişdir. X2 miras qalmış 0.51 ha torpaq sahəsi ümumilikdə X7 adına rəsmiləşdirilmiş, bununla bağlı evə və torpağa dair xx.xx.1989-cu il tarixdə texniki pasportda verilmişdir. Hal-hazırda 0.51 ha torpaq sahəsindən və üzərində tikilmiş evdən istifadə edir. Sahiblik istifadə və mülkiyyətində torpaq 0.51 ha torpaq sahəsinin 0.25 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə qeyri qanuni olaraq X9 tərəfindən X13 onun məlumatı olmadan satmış və hazırda isə Cavabdeh mülkiyyətinə verilmişdir. Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bundan sonra notariat kontorunda və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində aparılmış bütün hərəkətlərin və qeydiyyatların etibarsız hesab edilməsini istəyir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Maraqlı şəxs1na nümayəndəsi məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan, xx.xx.1989-cu il tarixli texniki pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli (Əzizbəyli) kəndində 0.51 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı üumu sahəsi 141.4 kv.m sahədən ibarət fərdi yaşayı evi X7 mülkiyyətinə verilmişdir. İşdə olan, Qazax rayonu İcra hakimiyyəti X21 rayonu İcra Hakimiyyətinin Hüseynbəyli kənd ərazi dairəsi təsərrüfat başı kitabdan çıxarışdan görünür ki, X7 xüsusi mülkiyyətində, istifadə və sahibliyində olan 0.74 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kvm, yaşayış sahəsi 50 kvm olan fərdi yaşayış evi X7 mülkiyyəti kimi qeydə alınmışdır. İşdə olan, X6 xx.xx.1988-ci il tarixdə Maraqlı şəxs1na verdiyi ərizədən görünür ki, o, atası X3 vəfatından sonra vərəsəlik əmlakının ona çatası payından imtina etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, mərhum X7 atası X5 vəfatından sonra ondan 0.50 ha torpaq sahəsi vərəsəlik qaydasında X7 mülkiyyətinə keçmişdir. X1 31 yanvar 1988-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakdan oğlu X9 xx.xx.1988ci il tarixdə Maraqlı şəxs1na ərizə ilə müraciət edərək, atası X3 31 yanvar 1988-ci ildə vəfatından sonra qalan vərəsəlik əmlakının ona çatası payında imtina etmişdir. Qazax rayonu İcra hakimiyyəti X21 rayonu İcra Hakimiyyətinin Hüseynbəyli kənd ərazi dairəsi təsərrüfat başı kitabdan çıxarışda isə X7 xüsusi mülkiyyətində, istifadə və sahibliyində olan 0.74 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 96 kvm, yaşayış sahəsi 50 kvm olan fərdi yaşayış evi X7 mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.1989-cu il tarixli texniki pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli (Əzizbəyli) kəndində 0.51 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı üumu sahəsi 141.4 kv.m sahədən ibarət fərdi yaşayı evi X7 mülkiyyətinə verilmişdir. X24 Komissiyası qərar qəbul edən zaman sözügedən torpaq sahəsinin X7 mülkiyyətində olmasını, X9 xx.xx.1988-ci il tarixdə atası X3 31 yanvar 1988-ci ildə vəfatından sonra qalan vərəsəlik əmlakının ona çatası payında imtina etməsini nəzərə alınmamışdır. Odur ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair X9 və X10 mülkiyyətinə 07 may 1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN-379F, KOD 50103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iddia tələbinin saxta sənədlərdən istifadə olunduğndan onun olan torpaq sahəsinin qeyr-qanuni qaydada satılması müəyyən etməklə, xüsusi qərardad çıxarılması və cinayət işinin araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hissəsi ilkə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İşə əlavə edilmiş 25 iyun 2023-cü il tarixli 233 saylı arayışdan və xx.xx.1988 -ci il tarixli ərizədən görünür ki, X9 miras əmlakdan ona çatası paydan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilən Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürüldüyü ölçüdə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha troapq sahəsinə dair X9 və X10 mülkiyyətinə 07 may 1997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş JN-379F, KOD 50103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair xx.xx.2008-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar