Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-60/2024 24.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı OĞLUNA, OĞLUNA, Cavabdeh3, OĞLUNA qarşı maddi ziyanın ödənilməsi və OĞLUNUN İddiaçı qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QİNNAYEV ASİM CAMAL OĞLU, CAMALLİ CAMAL RASİM OĞLU, Cavabdeh3, CAMALLİ ROMAN NAZİM OĞLUNA qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə (2(023)-60/2024 saylı mülki iş üzrə) müraciət etmişdir. OĞLU İddiaçı qarşı qaldırmış olduğu pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə (2(023)-1575/2023 saylı mülki iş üzrə) müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək OĞLU və qeyriləri ilə barışdıqlarını qeyd etmiş və buna görə də iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. OĞLU ərizə ilə məhkəməyə müraciət edərək onun İddiaçı qarşı qaldırmış olduğu pul tələbinə dair iddia üzrə İddiaçıla barışdıqları üçün iddiasından imtina etdiyini qeyd etmişdir. Odur ki, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, tərəflərin iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı OĞLUNA, OĞLUNA, Cavabdeh3, OĞLUNA qarşı maddi ziyanın ödənilməsi tələbinə və OĞLUNUN İddiaçı qarşı pul tələbinə dair mülki işlər üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Qazakh branch vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 38 manat (Qəbz №**********) məbləğində dövlət rüsumu ona geri qaytarılsın. OĞLU tərəfindən "xxxx" ASC Qazakh branch vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 39 manat (Qəbz №**********) məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-60/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-60/2024
24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver