Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-618/2023 07.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “aliment ödənilməsi” tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu xx.xx.2013-cü il tarixdə anadan olmuş X3, xx.xx.2014-cü il tarixində anadan olmuş X4, xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay dörd uşağa görə qazancının və başqa gəlirlərinin yarısı (50%) hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, elektron portaldan görünən məlumata əsasən iddiaçı Dadaşova X1 rayonu, Hirkan Ərazi Dairəsi, Hirkan qəsəbəsində, cavabdeh Borclu isə Biləsuvar rayonu Dəvrişli kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Dadaşova X1 rayonu, Hirkan Ərazi Dairəsi, Hirkan qəsəbəsində cavabdeh Borclu qeydiyyat ünvanları Biləsuvar rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Qazax Rayon Məhkəməsində baxıla bilməz. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyat qaydaların əsasən verilir.Həmin məcəllənin 278.4-cü maddəsinə əsasən ərizənin bu məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və on aəlavə edilmiş sənədləri geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “aliment ödənilməsi” tələbinə dair məhkəmə əmri ərazi aidiyyəti üzrə Qazax Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 277-278, 279.2.2 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “aliment ödənilməsi” tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fəxri Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QAZAX RAYON MƏHKƏMƏSİ AZ 3500, Qazax şəhəri, S.Vurğun küçəsi 29, tel (02229) 5-23-49, faks (02229) 5-31-79, ***-***-**-** İş № 2(023)-618/2023 07 aprel 2023-cü il İddiaçı: Tələbkar Qazax şəhəri, H.Əliyev prospekti bina 173, mən 21 Qazax Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(023)-618/2023 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sizə geri qaytarılır. Qoşma: Qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “ “ vərəqə Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-618/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-618/2023
07.04.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver