Məhkəmə qərarları › İş №2(023)-626/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-626/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-626/2024 11.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3090 (üç min doxsan) manat məbləğində borc pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu ərazisində hərbi qulluqçu kimi tanıdığı və yaxşı münasibətdə olduğu Qazax rayon sakini Cavabdeh xx.xx.2022-ci il tarixdə onun evinə gələrək pula ehtiyacı olduğunu və ona borc pul verməyini xahiş etdi. O Nicatın səmimiyyətinə inanaraq 8.000 (səkkiz min) manat məbləğində borc pulu 3 il müddəjinə qaytarmaq şərti ilə vermişdir. Bununla bağlı borc müqaviləsi bağlamışlar və həmin müqavilə Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq imzalanmışdır. Hətta müqaviləyə əsasən əgər borcunu qaytarmasa ona qarşı pul tələbinə dair mülki icraat qaydasında iddia qaldıracağına dair söz vermişdir. Bundan başqa müxtəlif tarixlərdə - xx.xx.2023-cü ildə 30 manat, xx.xx.2023-cü ildə 20 manat, xx.xx.2023cü ildə 20 manat və xx.xx.2023-cü il tarixdə isə 20 manat pulu emanat vasitəsi ilə cavabdehin bank hesabına köçürmüşdür. Həmin köçürmə qəbzlərini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ondan ümumilikdə borc aldığı 8090 manat puldan indiyədək yalnız 5000 (beş min) manat geri qaytarmışdır. Lakin qalan 3090 (üç min doxsan) manat qalıq borcunu qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi qalıq borcunu geri qaytarmamışdır. Hazırda cavabdeh borcunu ödəməkdən boyun qaçırır. İddiaçı məhkəməyə göndərdiyi teleqramda məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, İddiaçı 7100 manat borc pul götürmüşdür. O, borc aldığı puldan 5000 manatı iddiaçıya qaytarmışdır. Qalan borcla bağlı isə Beyləqan Rayon Məhkəməsində işə baxılarkən 2100 manat borcu həll etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02 fevral 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 8000 manat borc olaraq pul almasını, həmin pulu 3 il müddətində qartaracağı barədə öhdəlik götürmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023-cü ildə 30 manat, xx.xx.2023-cü ildə 20 manat, xx.xx.2023-cü ildə 20 manat və xx.xx.2023-cü il tarixdə 20 manat pulu emanat vasitəsi ilə Cavabdeh bank hesabına köçürülmüşdür. Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş Beyləqan Rayon Məhkəməsinə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 8000 manat məbləğində pulun cavabdehə verilməsini və ayrı-ayrı tarixlərdə olmaqla 90 manat pulun cavabdehin bank hesabına göndərilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş borc müqaviləsini və qəbzləri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə və qəbzlərlə müəyyən olunur ki, ümumilikdə 8090 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunu qaytarmasını bildirsə də, borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan 8000 manat pul məbləğini cavabdehə vermişdir. Həmçinin 90 manat pul müxtəlif tarixlərdə cavabdehin bank hesabına köçürülmüşdür. Cavabdeh iddiaçıdan yazılı müqavilə əsasında aldığı ümumilikdə 8000 manat pulun və bank hesabına köçürülmüş 90 manat pulun iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh həmin borcdan 5000 manatı iddiaçıya qaytarsa da, 3000 manat pul vəsaitini və bank vasitəsi ilə cavabdehə göndərilmiş 90 manat pulu iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən yazılı müqavilə və qəbzlər əsasında cavabdehə verdiyi ümumilikdə 3090 (üç min doxsan) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3090 (üç min doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3090 (üç min doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar