Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-628/2023 23.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 9325.17 manat əsas, 550,99 manat faiz, 54 manat cərimə, cəmi 9930.16 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2323.52 manat əsas, 47,79 manat faiz, 6 manat cərimə, cəmi 2377.31 manat borcun və ödənilmiş 126.92 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Cəmiyyətin xeyrinə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavəyə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 13000 manat kredit götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavəyə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 24 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixədək Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9325.17 manat əsas, 550,99 manat faiz, 54 manat cərimə, cəmi 9930.16 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2323.52 manat əsas, 47,79 manat faiz, 6 manat cərimə, cəmi 2377.31 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və nümayəndə Vüsal Həsənli ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə əsasən İddiaçı ASCdən illik 18 faizlə 36 ay müddətinə 13000 manat kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 24 ay müddətinə 4000 manat kredit götürmüşdür. İş materiallarında olan məxaric qəbzlərindən görünür ki, 18 noyabr 2021-ci il tarixli müqavilə üzrə 13000 manat və 01 mart 2022-ci il tarixli müqavilə üzrə isə 4000 manat pulu qəbzə imza etməklə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh 17 mart 2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9325.17 manat əsas, 550,99 manat faiz, 54 manat cərimə, cəmi 9930.16 manat borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2323.52 manat əsas, 47,79 manat faiz, 6 manat cərimə, cəmi 2377.31 manat borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Odur ki, cavabdehdən ödənilmiş 126.92 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli və 01 mart 2022-ci il tarixli kredit müqavilələri ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9325.17 manat əsas, 550,99 manat faiz, 54 manat cərimə, cəmi 9930.16 manat borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2323.52 manat əsas, 47,79 manat faiz, 6 manat cərimə, cəmi 2377.31 manat borcun kredit borcu və 126.92 (bir yüz iyirmi altı manat 92 qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-628/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-628/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver